Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1972/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC – nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC – yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC – yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-dən 2021-ci ilin iyul ayında ona hesablanmış 572,40 manat əmək haqqının DSMF-dəkı fərdi şəxsi hesabında bərpa olunmasına və ona dəymiş maddi ziyanın əvəzi olaraq 9223,20 manat və mənəvi ziyanın əvəzi olaraq 2029,10 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-dən ona dəymiş maddi zərərin əvəzi olaraq 9223,20 manat və mənəvi ziyanın əvəzi olaraq 2029,10 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1959-cu il tarixdə anadan olmuşdur. Hazırda 63 yaşı var, ümumi əmək stajı 43 il təşkil edir. 23 iyul 2003-cü il tarixdən 26 sentyabr 2022ci il tarixədək Cavabdeh MMC-nin Astara filialında iqtisadçı vəzifəsində işləmişdir. 2006-cı il taixdən başlayaraq kompüterlə işləmiş və iş yeri zərərli sayıldığı üçün vəzifə maaşına 12% əlavə əmək haqqı hesablanmışdır. İşlədiyi kompüterlərin elektromaqnit şüaları gözlərində xəstəliklərin yaranmasına səbəb olmuşdur. Gözündə yaranmış xəstəlik ilə əlaqədar Cavabdeh MMC-yə əmək qabiliyyətinin olmaması ilə bağlı təqdim etdiyi sənədlərə görə DSMF tərəfindən ona 101 iş günü üçün ödənilməli olan müavinətlər qanunvericiliyin tələblərinə uyğun olmayaraq, qeyri-qanuni hesablanaraq az məbləğdə ödənilmişdir. Məhkəmədə baxılmasının hazırlıq mərhələsində cavabdeh “Aztelekom “MMC 1-ci ilin iyul ayında ona hesablanmış 572, 40 manat əmək haqqını DSMF-dəki şəxsi hesabında bərpa olunmasını təmin etmişdir. Lakin, xəstəlik vərəqələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci nxli 189 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələbinə uyğun olaraq yenidən hesablanmasını təmin etməmişdir. Xəstəlik vərəqələrinə “Aztelekom “ MMC tərəfindən 29,65 manat ödənildiyi halda, DSMF üzrə orta hesabla 1 günə 22,05 manat ödənilmişdir. Bu Əmək müqaviləsinin 6.3 bəndinin pozulmasına səbəb olmuşdur. Buna görə maddi sıxıntılar keçirmişdir. Bundan əlavə olaraq əmək məzuniyyətində olduğu, eyni anda atasının vəfatı etdiyi dövrdə Əmək məcəlləsinin 79 maddəsi, 172 maddəsinin 4-cü və Kollektiv müqavilənin 2.4-cü bəndi pozularaq xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Bu səbəbdən çox dərin mənəvi sarsıntı keçirmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsii xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC – nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı cari xx.xx.2023-cü il tarixli ərizəsində qeyd etmişdir ki, onun xəstəlik vərəqələrinə “Aztelekom'' MMC tərəfindən bir gün üçün 29,65 manat ödənildiyi halda, Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilən məbləğ isə bir gün üçün 22,05 manat təşkil edir və bu onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli Na 189 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. “Aztelekom" MMC tərəfindən iddiaçıya onun xəstəlik vərəqlərinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş 14 gün müddətində və qanunvericilikdə nəzərdə tutulmuş miqdarda ödəniş həyata keçirilmişdir. İddiaçının da ona Cəmiyyət tərəfindən ödənilmiş məbləğə etiraz etmədiyi iddia ərizəsindən də müəyyən olunur. Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ödənilmiş yuxarıda qeyd edilmiş müavinətin miqdarı isə Cəmiyyətin səlahiyyətinə aid deyil və bu məsələ iddiaçı ilə Fondun arasında müstəqil mübahisə predmetidir. İddiaçı Cəmiyyətin Cənub regional filialının Astara şöbəsində işləmiş olduğu iqtisadçı ştatı ixtisar edildiyindən o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən Cavabdeh MMC-nin 26.09 2022-cı il tarixli 2755 nömrəli əmri ilə əmək müqaviləsinə birtərəfli qaydada xitam verilmiş və kollektiv müqavilənin 4.3-cü bəndinə əsasən orta aylıq əməkhaqqının iki misli məbləğində işdən çıxarılma müavinəti (1034,52 manat) hesablanaraq 28.10 2022-ci il tarixdə ödənilmişdir. İddiaçı qanunvericiliyə uyğun qaydada işdən azad edilmişdir. Onunla son hesablaşmalar da həmçinin qanunvericiliyə müvafiq surətdə aparılmış yuxarıda qeyd edilmiş müvafiq müavinət ödənilmişdir. İddiaçının işdən azad edilməsində hər-hansı bir qərəzli mövqeyə qətiyyən yol verilməmiş və iddiaçının almalı olduğu ödənişlər müvafiq olaraq vaxtında ödənilmişdir. Qeyd edilən hal iddia ərizəsindən də müəyyən edilir, çünki İddiaçı tələbi onun işə bərpa edilməsi ilə deyil iddia olunan dəymiş maddı və mənəvi zərərin ödənilməsi ilə bağlıdır İddiaçı isə iddia etdiyi zərərin əsası olaraq hər-hansı bir səbəbi göstərməmiş və buna əsaslanan dəlilləri təqdim etməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə məlumat verilmişdir. Lakin üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı maddi yardım verilməsi və əmək qabiliyyətinin olmaması məlumatlarını Dövlət Sosial Müdafiə Fondunun (DSMF) qeydiyyat sisteminə daxil edilməsi barədə xx.xx.2022-ci il tarixli eyniməzmuniu müraciətlərinə cavab olaraq təqdim edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək qabiliyyətini itirmişdir. 2022-ci ilin fevral ayından Cəmiyyətdə səyyar vergi yoxlaması (2019, 2020, 2021-ci illər üzrə) aparıldığı üçün müfaviq qaydalara uyğun olaraq əvvəllər göndərilmiş hesabatlara münasibət bildirilməsi mümkün deyil. Bununla bağlı əmək qabiliyyətinin itirilməsinə görə ödənişi DSMF tərəfindən gecikir. Müavinətin ödənilməsi aidiyyəti şöbədə nəzarətdədir və DSMF-nin alt sistemində düzəliş aparıldıqdan sonra qısa vaxt ərzində ödəniləcəkdir. Əlavə olaraq bildirilmişdir ki, Cəmiyyətin qüvvədə olan kollektiv müqaviləsində 30 gün stasionar müalicəyə görə icbari sığorta tətbiqi istisna olmaqla birdəfəlik maddi yardımın ödənilməsi nəzərdə tutulmuşdur. Müvafiq sənədlər təqdim edildiyi halda müraciətə baxıla bilər. İş materiallarında olan Cavabdeh MMC-nin 24 may 2022-ci il tarixli k/ə 29 nömrəli əmrin surətindən görünür ki, Astara TKQ-nin (indiki Astara filialı) iqtisadçısı İddiaçı xx.xx.2020-xx.xx.2021ci iş ilinə görə xx.xx.2022-ci il tarixdən 36 təqvim günü əmək məzuniyyəti verilməsi və xx.xx.2022-ci il tarixdən işdə hesab olunması əmr edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin 22 iyul 2022-ci il tarixli k/ə 57 nömrəli əmrin surətindən görünür ki, Astara TKQ-nin (indiki Astara filialı) iqtisadçısı İddiaçı 08.06.22-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əmək məzniyyətində olduğu müddətdə müvəqqəti əmək qabiliyyətini itirdiyi üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 15 təqvim günü əmək məzuniyyətinin uzadılması, xx.xx.2022-ci il tarixdən işdə hesab olunması əmr edilmişdir. İş materiallarından görünür ki, xəstəlik vərəqələrinə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü üçün 53,71 manat məbləğin ödənilməsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü üçün 120,34 manat məbləğin ödənilməsi xx.xx.2022ci il tarixdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü üçün 60,22 manat məbləğin ödənilməsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü üçün 283,72 manat məbləğin ödənilməsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü üçün 295,17 manat məbləğin ödənilməsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü üçün 264,33 manat məbləğin ödənilməsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü üçün 309,3 manat məbləğin ödənilməsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövrü üçün 119,74 manat məbləğin ödənilməsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü üçün 352,57 manat məbləğin ödənilməsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü üçün 325,83 manat məbləğin ödənilməsi xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü üçün 41,75 manat məbləğin ödənilməsi xx.xx.2022-ci il tarixdə ödənişə göndərilmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bədinə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bədinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinin 1-ci bədinə əsasən, tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 192-ci maddəsinin 2-ci bədinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 195-ci maddəsinin 1-ci bədinə əsasən, işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda. Qeyd edilən normaların məzmunundan göründüyü kimi, işəgötürənin işçi qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olubolmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdeh müəsissənin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. İddiaçı cavabdeh müəssisə tərəfindən əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsini iddia etmişdir ki, bu halda əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə sübut edilə bilər. Lakin, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi ilə bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini təqdim etməmiş, ümumiyyətlə işəgötürənin əmək müqaviləsinə xitam verilməsi barədə əmrini məhkəmədə mübahisələndirməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə əlavə qeyd edir ki, iddiaçı xəstəlik vərəqələrinə “Aztelekom “ MMC tərəfindən 29,65 manat ödənildiyi halda, DSMF üzrə orta hesabla 1 günə 22,05 manat ödənildiyini, bu halın əmək müqaviləsinin 6.3 bəndinin pozulmasına səbəb olduğunu, buna görə maddi sıxıntılar keçirdiyini qeyd etmişdir. Göründüyü kimi, iddiaçı özü də ödənişin cavabdeh tərəfindən deyil, DSMF tərəfindən az ödənildiyini iddia etmişdir. Odur ki, xəstəlik vərəqələrinə məbləğin az ödənilməsinə görə cavabdeh məsuluyyət daşıya bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC tərəfindən ona ziyan vurulması, səbəbli əlaqə və s. bu kimi halların mövcudluğu sübuta yetirilmədiyindən, bunula da cavabdehin hərəkəti nəticəsində iddiaçıya maddi zərər vurulması halı müəyyən olunmadığından cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi və ya mənəvi zərər vurulması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC – yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü madəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin və 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Cavabdeh MMC – yə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1972/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1972/2023
16.05.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver