Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1800/2023 03.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı (“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ (Açar sözlər: işçilərin sayının və ya ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilməsi əsasları və qaydası, işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, kompensasiya) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı (“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İB müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya və s. tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7756/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC-nin (bundan sonra – cavabdeh və ya MMC) Sənayə şöbəsində Qazma avadanlıqları üzrə müfəttiş vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2019-cü il tarixli, 001D saylı əmrlə həmin şöbədə Keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsinə keçirilmişdir.
2. MMC-n in xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında işçilərin performansının illik dəyərləndirilməsi – iddiaçının 2021-ci il üçün əvvəlcədən müəyyən olunmuş hədəflərə çatmaq üçün göstərmiş olduğu cəhdlərin dəyərləndirilməsinin nəticəsi olaraq birbaşa rəhbəri tərəfindən verilən rəyə etirazının səbəblərinin aydınlaşdırılması məsələsi müzakirə olunmuş, iddiaçının ona qarşı ayrı-seçkilik edilməsini əsaslandırmalı və bu əsaslandırılmaları İR üzrə mütəxəssis Xatirə Məmmədovaya təqdim etməli olduğu, Fəxri Abbaslının (iddiaçının birbaşa rəhbəri - Sənaye departamentinin meneceri) eyni qaydada sifarişçi tərəfindən iddiaçı ilə əlaqəli daxil olan şikayətləri Xatirə Məmmədovaya təqdim etməli olduğu, iddiaçı bunu əsaslandıra bilmədiyi halda illik performans dəyərləndirilməsinin nəticələri və Fəxri Abbaslın ın qiymətləndirilməsinin obyektiv olması ilə razılaşmalı olduğu qərara alınmışdır.
3. İddiaçı MMC-yə ünvanlandığı xx.xx.2022-ci il tarixli ərizədə xx.xx.2022-ci il tarixdə tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli ərizəsində isə işdən azad olunma barədə həmin ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir.
4. Sənaye departamentinin meneceri Fəxri Abbaslı MMC-nin Baş direktoruna ünvanlandığı xx.xx.2022-ci il tarixli ştat cədvəlinə dəyişikliyin edilməsi barədə xidməti yazısında, MMC-nin yerinə yetirdiyi işlərin, göstərdiyi xidmətlərin həcminin xx.xx.2022-ci ildən gözlənilən azalması ilə bağlı Sənaye departamentinə daxil olan keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsinin üç ştat vahidi azaldılmasını təkl if etmiş, MMC-nin xx.xx.2022-ci il tarixli, 6K saylı əmri ilə “Sənaye şöbəsi” struktur bölməsi ləğv edilərək, tərkibinə daxil olan ştat vahidləri “Sənaye Departamenti” struktur bölməsinin tərkibinə əlavə olunmuş, Keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsi 3 ştat vahidi azaldılmışdır.
5. MMC-nin xx.xx.2022-ci il tarixdə keçirilmiş iclasında işçilərin sayının ixtisarı və ştatların ləğv edilməsi məsələsi müzakirə edilmiş, Sənaye departamentinin meneceri Fəxri Abbaslı çıxışında bildirmişdir ki, 2021-ci il işçilərin performans dəyərləndirilməsinə əsasən iddiaçı və Elşən Rəhmanov digər komanda üzvləri ilə müqayisədə inkişafa ehtiyacı olan işçilər siyahısındadırlar. Onlardan birinin ixtisarı məqsədəuyğundur. İR üzrə mütəxəssis Xatirə Məmmədova isə çıxışında işdə qalmaqda üstünlük hüquqlarının müqa yisəli analizinin aparıldığını, Elşən Rəhmanovun inkişaf yönündə peşəkarlıq səviyyəsinin daha yüksək olduğunu, həmçinin onun ailə başçısı və öhdəliyində yetkinlik yaşına çatmamış 1 övladı olduğunu, onunla bağlı sifarişçi tərəfindən heç bir şikayət daxil olmadığını, iddiaçının isə şirkətin və sifarişçinin daxili qaydalarını dəfələrlə pozduğunu və edilən heç bir xəbərdarlığa məhəl qoymadığını, Elşən Rəhmanovun intizamla bağlı rəhbərinin iradlarını qəbul etdiyini və bu yönünü inkişaf etdirəcəyinə dair səy göstərəcəyini bildirdiyini, iddiaçının isə heç bir halda rəhbərin rəyi ilə razılaşmadığını, bununla da öz səhvlərini görmədiyini və aradan qaldırmaq üçün cəhd etmədiyini göstərmişdir. İclasın yekununda qanunvericiliyin tələblərinə riayət olunmaqla işçilərin sayı ixtisar edilərkən işdə qalmaq da üstünlüyü olan işçilərin yenidən nəzərdən keçirməsi, iddiaçının işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan işçilər siyahısında olmadığı təqdirdə ştatların gözlənilən ixtisarı barədə xəbərdarlıq məktubunun təqdim edilməsi, alınmış qərara əsasən ştat cədvəlinə müvafiq dəyişikliklərin edilməsi və yeni ştat cədvəlinin təsdiq üçün baş direktora təqdim edilməsi qərara alınmışdır.
6. MMC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli ştatların ixtisar edilməsi barədə xəbərdarlıq məktubu ilə MMC-də aparılan ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq (xx.xx.2022-ci il tarixli 6K saylı əmr) iddiaçı gələcəkdə gözləyən işdən azad edilmə barədə xəbərdar edilərək, ona Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bu xəbərdarlıq sənədi təqdim ediləndə n 4 təqvim həftəsi sonra və ya xx.xx.2022-ci tarixdən tutduğu vəzifədən azad olunacağı bildirilmiş, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyasının icrasından azad edilmişdir.
7. MMC-nin xx.xx.2022-ci il tarixli, 14K saylı əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ləğv edilmiş və Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdənçıxarma müavinəti və istifadə etmədiyi əmək məzuniyyətinə görə 18 təqvim günü üçün pul əvəzinin verilməsi əmr edilmişdir. Əmrin əsası kimi MMC-nin xx.xx.2022-ci il tarixli 6K saylı əmri göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəm ə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli, 14K saylı əmrinin ləğv edilməsi, keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsinə bərpa olunması, cavabdehdən onun xeyrinə xx.xx.2022-ci il tarixdən işə bərpa olunacağı günədək hər ay üçün 1741,61 manat məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının, 25 aprel 2022-ci il tarixdən işə bərpa olunacağı günə qədər hər ay üçün 176 manat məbləğində məcburi işburaxmaya görə aylıq yemək pulunun, 2022-ci ilin mart və aprel ayları ücün hər ay 176 manat məbləğində aylıq yemək pulunun, 148 manat məbləğində 2 gün üçün ödənilməmiş əsas məzuniyyət pulunun, 2021-ci iş ili üçün təqribən 1500 manat məbləğində illik bonusun (mükafatın), ilkin mediasiyaya ödədiyi 65 manat dövlət rüsumunun, maddi ziyanın əvəzi kimi 50.000 manatın, mənəvi ziyanın əvəzi kimi 50.000 manatın tutulması qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinadla tələbini onunla əsaslandırılmışdır ki, MMC-də işlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş, əmək intizamının pozulması ilə əlaqədar hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmiş və şirkətin sistemində lazım olan bütün lazımlı kursları keçmişdir (74 kurs/50 saat). Hesab edir ki, MMC-nin xx.xx.2022-ci il tarixli əmri ilə işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi əsası ilə əmək müqaviləsinin ləğv edilməsi qanunsuzdur. Belə ki, MMC-də təqribən 25 nəfərə yaxın işçi işləyir. Filialda ştatlar ixtisar olunubsa və işçilərin sayı azaldılıbsa hansı səbəbdən bunun yalnız ona şamil olunması əsaslandırılmayıb. Onunla BP proyektində/BP WHS komandası (üçüncü tərəf İnspektor/TPİ) işləyən keyfiyyətə nəzarət üzrə müfəttişlərdən ancaq onun ştatı ixtisar olunmuşdur, hansı ki, eyni proyektdə ondan savayı 5 keyfiyyətə nəzarət üzrə müfəttiş işləyir, 6-cı isə birabaşa rəhbəri Fəxri Abbaslıdır ki, o həm baş keyfiyyətə nəzarət üzrə müfəttiş, həm də əməliyyat meneceri işləyir. MMC-də heç bir ixtisar aparılmamış, əmək müqaviləsinin bu əsasla ləğvi isə yalnız ona qarşı Fəxri Abbaslının şəxsi qərəzlilik zəminində baş vermiş və formal əsassız həyata keçirilmişdir. Əmək fəaliyyətində yüksək göstəriciləri, o cümlədən peşəkarlığı, neft və qaz sahəsi üzrə (qazma, tamamlama və karotaj avadanlıqları) iş təcrübəsini n çox olmasına baxmayaraq (2003-cü ildən neft və qaz sahəsində çalışır), cavabdeh müəssisə ondan dəfələrlə neft və qaz sahəsində aşağı stajı, peşəkarlığı olan işçiləri işdə saxlayıb, onun tutduğu ştatı qanunsuz olaraq ixtisar etmişdir. İşində heç bir nöqsan olmasa da, ona mənfi iş barəsində xasiyyətnamə verilmişdir ki, bu da ona qarşı şəxsi qərəzliyin olmasının göstəricisidir. MMC-də ştatlar ixtisar olunubsa və işçilərin sayı azaldılıbsa, qeyd olunan ixtisarların hansı kriteriyalar əsasında, hansı fərqləndirməyə və ya peşəkarlığa görə aparılması, peşəkarlığın hansı sənədlərlə rəsmiləşdirilməsi, işlədiyi sahədə ixtisarın aparılması, eyni zamanda bu ixtisarın yalnız ona şamil oluması qeyri-müəyyən olarmaqla, yeganə ixtisarın yalnız ona qarşı açıq-aşkar prosesin qərəzliliklə aparılmasını sü but edir. MMC-də bu sahədə çalışan digər vəzifəli şəxslərin heç kimin ştatı ixtisar olunmayıb, ixtisarın bu qaydada aparılması və digər vəzifəli şəxslərin heç biri deyil, yalnız onun vəzifəsinin ixtisar olunması, ona qarşı açıq-aşkar ayrı-seçkilik və qərəzçilik zəminində baş vermişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, bildirmişdir ki, tutduğu vəzifənin ixtisara düşməsi ilə bağlı iddiaçının əmək müqaviləsinə xitam verilmiş, ştatların sayı azaldılarkən, yəni yeni ştat cədvəlinə görə mövcud olan ştatda iddiaçıya nisbətən peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik işçilər işdə saxlanılmışdır. Belə ki, MMC-də daxili prosedur qaydalara əsasən işçilərin performansının illik dəyərləndirilməsi aparılır. İddiaçının 2021-ci il üçün əvvəlcədən müəyyən olunmuş hədəflərə çatmaq üçün göstərmiş olduğu cəhdlərin dəyərləndirilməsi aparılmış, illik performans dəyərləndirilməsi “Büro Veritas” şirkətinin “My performance My Development” (Mənim Performansım, Mənim İnkişafım) proseduruna əsasən rəqəmsal platforma üzərində yerinə yetirilmişdir. Dəyərləndirilən hədəflər prosedura əsasən hər təqvim ilinin əvvəlində hər bir işçiyə əvvəlcədən bildirilmiş, iddiaçı da eyni qaydada məlumatlandırılıb və hədəfləri qəbul etmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə müəssisənin keçirilən iclasında iddiaçının performans dəyərləndirilməsi zamanı meyar kimi qarşıya qoyulan hədəflərə yenidən bir-bir baxılması təklif edilmiş, iclas zamanı MMC-nin Sənaye Departamentinin meneceri Fəxri Abbasovun (iddiaçının meneceri) rəyi dinlənilmiş və müəyyən edilmişdir ki, iddiaçı tərəfindən hesab atların təqdim edilməsi proseduru - sifariçi tərəfindən layihə üçün nəzərdə tutulmuş 48 saatlıq hədəf dəfələrlə pozulmuş, hesabatlar 48 saatdan gec sifarişçiyə təqdim edilmiş və dəfələrlə düzəliş üçün Fəxri Abbaslıya geri qaytarılmışdır. İddiaçı 2021-ci ildə təşkil edilmiş motivasiyanı artırmaq və əməkdaşlığı təşviq etmək üçün nəzərdə tutulmuş fəaliyyətlər və tədbirlərdə iştirak etməmişdir. “My Learning” platformasında iddiaçı il ərzində təxminən 7 saatlıq təlimlərə qoşulmuşdur, hansı ki, işçilər əvvəlcədən illik təlim saatlarının minimal həddinin 30 saatdan ibarət olduğu barədə mlumatlandırılıblar və bu, illik performans dəyərləndirilməsi zamanı nəzərə alınan və qiymətləndirilən amillərdən biridir. Sözügedən iclasdan sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı əmək müqaviləsinə xitam ver ilməsi üçün ərizə ilə şirkətə müraciət etmiş, lakin xx.xx.2022-ci ildə həmin ərizənin etibarsız hesab edilməsi üçün yeni ərizə vermiş və müraciəti icra edilmişdir. İddiaçı işdənçıxma ərizəsi verdiyindən, həmin müddətdə podratçıya (BP) məlumat verilmiş və qeyd edilən müddətdə BP layihəsində onu əvəz etməsi üçün Eltac Əlizadə layihəyə cəlb edilmişdir. Ümumiyyətlə, şirkətlə BP arasında bağlamış müqavilənin şərtlərinə əsasən yalnız BP tərəfindən təsdiqlənmiş işçi heyəti layihədə işlərin yerinə yetirilməsinə cəlb edilə bilər. Yəni işçilər bu Şirkətin layihələrinin icrasında iştirak etdiyi üçün işə qəbul zamanı onların rəyi də nəzərə alınır. Şirkətdə ixtisar zamanı ilk növbədə yerli əmək qanunvericiliyinin tələbləri yerinə yetirilmiş və işdə saxlanılmağa üstünlüyü olan şəxslər müəyyənləşdirilmiş dir. Daha sonra isə şirkətin daxili prosedurları və qaydaları, etik davranış qaydaları və işçilərin texniki bilik və bacarıqları nəzərə alınaraq qiymətləndirilmişdir. MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, 6K saylı əmrinə əsasən müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, müəssisənin ştat strukturunun, işçi sayının optimallaşdırılması və müəssisədə işçilərin sayının azaldılması barədə əmrinə əsasən şirkətdə bir sıra ştatların, o cümlədən keyfiyyətə nəzarət üzrə müfəttiş ştatların sayı azaldılaraq 3 ştat vahidinə endirilmişdir. Bu əmrin verilməsinə səbəb podratçı şirkət tərəfindən verilən sifarişlərin azalması və bunun da iş yükünün azalmasına səbəb olması olmuşdur. Göstərilən tarixədək isə həmin şöbədə keyfiyyətə nəzarət üzrə 6 müfəttiş ştatı mövc ud olmuşdur. Sözügedən əmrin icrası üzrə şöbədə mövcud olan 6 ştatdan yeni ştat cədvəlinə görə 3 ştat ixtisara düşmüş, keyfiyyətə nəzarət üzrə müfəttiş 3 ştat təsdiq edilmişdir. Bundan sonra 09 mart 2022-ci il tarixdə işçilərin sayının ixtisarı və ştatların ləğv edilməsi ilə əlaqədar müəssisənin iclası keçirilmişdir. İclasda çıxış edən Fəxri Abbaslı - işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanıldığını, 2021-ci il işçilərin performans dəyərləndirməsinə əsasən iddiaçının və Elşən Rəhmanovun digər komanda üzvləri ilə müqayisədə inkişafa ehtiyacı olan işçilər siyahısında olduğunu və adları qeyd edilən işçilərdən birinin ixtisarının məqsədəuyğun hesab edildiyini bildirmişdir. Eyni zamanda, iclasda İnsan resurları üzrə mütəxəssis Xatirə Məmmədova çıxışında işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin aparıldığını, Elşən Rəhmanovun inkişaf yönündə peşəkarlıq səviyyəsinin daha yüksək olduğunu, həmçinin onun ailə başçısı və öhdəliyində yetkinlik yaşına çatmamış 1 övladı olduğunu, onunla bağlı sifarişçi tərəfindən heç bir şikayət daxil olmadığını, iddiaçının isə şirkətin və sifarişçinin daxili qaydalarını dəfələrlə pozduğunu və edilən heç bir xəbərdarlığa məhəl qoymadığını, Elşən Rəhmanovun intizamla bağlı rəhbərinin iradlarını qəbul etdiyini və bu yönünü inkişaf etdirəcəyinə dair səy göstərəcəyini bildirdiyini, iddiaçının isə heç bir halda rəhbərin rəyi ilə razılaşmadığını, bununla da öz s əhvlərini görmədiyini və aradan qaldırmaq üçün cəhd etmədiyini göstərmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. İddia ərizəsində qeyd olunan, iddiaçının qərəzli şəkildə işdən çıxarılması ilə bağlı fikrilər isə tamamilə əsassız və heç bir məntiqə uyğun deyildir. Ən azından ona görə ki, MMC tərəfindən iddiaçının peşəkarlıq və ixtisas səviyyəsinin artırılması üçün onun müxtəlif təlimlərdə iştirakı təmin edilmiş və bu təlimlərin 3500 manata yaxın xərci şirkət tərəfindən qarşılanmışdır. Peşəkar kadr hazırlığı üzrə şirkətin bu addımları atdığı, hətta bunu öz hesabına etdiyi halda, bu qədər əmək və vəsait sərf edilən işçinin işdən çıxarılmasında maraqlı olması ağlabatan deyil. Bundan əlavə, iddiaçının motivasiya edil məsi üçün əmək haqqı artırılmış, lakin o, özü inkişafına önəm verməmişdir. İddiaçının cavabdehin vəsaiti hesabına əldə etdikləri təlimlərdəki bilikləri öz gələcək fəaliyyətində istifadə edəcəyi nəzərə alınsa, onda onun şirkətə qarşı qərəzli davranışla bağlı iddiaları vicdanlı davranış qaydaları baxımından düzgün deyildir. Bütün bunlardan aydın şəkildə görünür ki, şirkət qərəzli şəkildə deyil, məhz öz imicinin qorunmasını və podratçılarla işləmək üçün daha peşəkar işçilərin işdə saxlanmasını qanunvericiliyin tələblərinə tam şəkildə əməl etməklə təmin etmişdir.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-3531/2022 nömrəli, 04 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia rədd olunmuşdur.
12. Birinci instansiya məhkəm əsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, tərəflər arasındakı əmək münasibətlərinə işçilərin sayının azaldılması əsası ilə xitam verilmişdir. Məhkəmə araşdırması zamanı əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, azaldılmanın məqsədəuyğunluğu məsələsi müzakirə edilmiş və gəlinən nəticə əsaslandırılmış, iddiaçının işdə saxlanmaq üçün üstünlük hüququnun olub-olmaması araşdırılmış, cavabdeh tərəfindən işçilərin sayının azaldılması səbəbi ilə əmək münasibətlərinə xitam veriləcəyi barədə vaxtında xəbərdar edilmiş, həftənin bir iş günü əmək funksiyasının icrasından azad edilməklə yeni iş yeri axtarmaq üçün ona şəra it yaradılmışdır. Bundan başqa, MMC tərəfindən işdən azad olunması barədə xx.xx.2022ci il tarixli, 14K saylı əmr barədə iddiaçıya məlumat verilməklə onunla son haqq-hesab aparılmış, əmək kitabçasının təqdim edilməsi təmin edilmişdir.
13. İddiaçı son haqq-hesabın düzgün aparılmadığına istinad etsə də, bu halı təsdiq hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı Şəhər İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının əmək hüquqlarının pozulması barədə ünvanladığı müraciətin araşdırılması zamanı tərəfindən təqdim olunmuş sənədlərdən onun çalışdığı dövr üzrə 87 gün əmək məzuniyyət (77 gün əsas məzuniyyət, 10 gün əlavə məzuniyyət) hüququndan istifadə etdiyi, onunla müəssisə arasında bağlanmış əmək müqaviləsinə müəssisədəki əmək stajına uyğun olaraq xəbərdarlıq edilməklə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçilərin sayı və ştatların ixtisar edilməsi) xitam verildiyi və son haqq-hesabının (əmək haqqı, istifadə olunmamış əmək məzuniyyət günlərinə görə pul əvəzi və işdənçıxma müavinəti) əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. Yəni, işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati tənbehin tətbiq edilməsi üçün hər hansı əsas olmadığı müəyyən edilmişdir. Eyni zamanda, iddiaçı tutduğu vəzifə üzrə işçilərin sayının onun hesabına azaldılmasının cavabdeh MMC tərəfindən ona qarşı edilən ayrı-seçkilik və qərəzlilik zəminində baş verd iyinə dair heç bir sübut təqdim etməmişdir, bu dəlillər mülahizə xarakterlidir.
14. Beləliklə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.
15. Aylıq yemək pulu və 2021-ci iş ili üçün 1500 manat məbləğində illik bonus (mükafat) tələblərinə münasibətdə isə Məhkəmə hesab etmişdir ki, yemək pulunun və mükafatın ödənilməsi məsələsinin həlli cavabdeh hüquqi şəxsin diskresion səlahiyyətlərinə aiddir və MMC-nin özünün diskresion hüququndan qərəzli şəkildə istifadə etməsi halını təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məh kəməyə təqdim edilməmişdir. Əksinə, iddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin 3.4-cü bəndinə əsasən işçinin işlədiyi zaman ərzində hər hansı mükafatların yalnız şirkətin müstəsna mülahizəsinə əsasən ödənilməli olduğu müəyyən edilmiş, yemək pulunun isə müqaviləyə əsasən edilməli olan mütləq ödənişlərə aidliyi halı nə əmək müqaviləsində, nə də tərəflər arasında bağlanmış müqaviləyə əlavələrdə öz təsdiqini tapmamışdır.
16. Odur ki, qeyd olunanlara əsasən cavabdehin iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia maddi və mənəvi zərər hissələrində də rədd edilməlidir.
17. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 11, 70, 71.1, 76, 77.1-77.3, 83-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsini n 21.1, 21.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilmədiyi, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmadığı, maddi hüquq normalarını düzgün tətbiq edilmədiyi, MMC-dən sübutlar əldə edilərək onlara qiymət verilmədiyi irəli sürmüşdür.
20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7756/2022 nömrəli, 29 dekabr 2 022-ci il tarixli qətnaməsi ilə (hakimlər - E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və V.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, apelllyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilərkən cavabdeh müəssisə tərəfindən qanunvericiliyin tələblərinə əməl edilmişdir. Belə ki, iddiaçıya qanunda nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, həmin bildiriş ona çatdırılmış, bildirişdə göstərilən müddət başa çatdıqdan sonra əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh MMC-nin nümayəndəsinin təqdim etdiyi ştat cədvəllərindən aydın olur k i, MMC-nin sənaye departamentində 8 ştat vahidi keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsi mövcud olmuş, ixtisardan sonra keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsi üzrə 5 ştat vahidi müəyyən edilmişdir.
22. İddiaçı ixtisar həyata keçirilərkən ixtisasının və peşəkarlıq səviyyəsinin nəzərə alınmadığını qeyd etsə də, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır. O da nəzərə alınmalıdır ki, iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olunan işçilər kateqoriyasına da aid olmamışdır.
23. Kollegiya, həmçinin qeyd etmişdir ki, iddiaçı digər tələblərinin təmin olunmasına imkan verəcək heç bir sübut təqdim etmədi yindən həmin tələblərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət yoxdur. Birinci instansiya məhkəməsi həmin tələblər üzrə kifayət qədər əsaslandırma aparmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytraılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, qətnamədə qeyd edildiyi kimi guya digər işçi Elşən Rəhmanovla arasında müqayisə aparılarkən sonuncunun yetkinlik yaşına çatmamış bir uşağı olduğundan qanunla ona üstünlük verilmişdir. Halbuki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsi ndə iki və daha çox uşağın olması üstünlük üçün əsas kimi göstərilmişdir.
26. Apellyasiya məhkəməsi isə Əmək Məcəlləsinin 65.1-ci maddəsini mübahisəyə tətbiq etməmiş, nəzərə almamışdır ki, işəgötürənin "xxxx" qanunla müəyyən olunmuş hədləri aşmışdır. Nə MMC-də işlədiyi müddətdə, nə də ştatların ixtisarından əvvəl göstərilən qaydada şirkətdə Attestasiya komissiyası yaradılmamış və işçilərin peşəkarlıq səviyyəsi müəyyən olunmamışdır.
27. Bundan başqa, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən Şirkətin rəhbərliyi iddiaçını bu sahədə və ya digər sahədə vəzifə və ya peşəsinə uyğun digər işlə təmin etmək üçün Əmək Məcəlləsinin 71.1-ci maddəsində nəzərdə tutulan qaydada heç bir tədbir görməmişdir. Baxmayaraq ki, onun bu və şirkətin digər sahələrində, işləmək üçün ki fayət qədər bilik, təcrübəsi və peşəkarlığı vardır. Həmçinin, müəssisədə onun bilik və təcrübəsinə uyğun kifayət qədər iş yerləri vardır.
28. İşdən azad olunması barədə mübahisələndirilən əmr Əmək Məcəlləsinin 71.3 və 84-cü maddələrinin tələblərinə uyğun olmamışdır. Belə ki, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, əmr ümumi və formal sözlərdən ibarət olmuşdur. “İşçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə əmək müqaviləsinin ləğv edilməsi sadə bir əsas və ya əmr olmadığından yalnız qərar hissəsindən ibarət olmamalıdır. Bu əmr müvafiq qaydada əsaslandırılmalı və normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət olmaqla tərtib edilməlidir.
29. Eyni zamanda, Əmək Məcəlləsinin 151-ci maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, 48 saatlıq hədəf məsələsi də Şirkətin menecerlərinin ucbatından olmuşdur. Belə ki, ona köhnə və xarab kompüter vermişlər, bu müddətdə dəfələrlə bu barədə bildirsə də, komputerini nə düzəltmiş, nə də dəyişmişlər (bu barədə sübutlar məhkəməyə təqdim olunmuşdur). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
30. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddia ərizəsinə qarşı etirazla eyni dəlillərdən çıxış edərək apelyasiya məhkəməsinin qətnaməsinə kassasiya şikayətinə əsasən dəyişiklik edilmədən qüvvəsində saxlanılması və iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, İddiaçı hüquqi yardıma görə ümumilikdə vəkilə ödənilən 2000 (iki min) manat pulun alınıb "xxxx" MMC-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
31. Maddə 70 ( “b” bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər.
32. Maddə 71 (1-ci hissə). İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
33. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
34. Maddə 77 (1-ci hissə) İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci ma ddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir (bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi).
35. Maddə 77 (2-ci hissə). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
36. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçil ər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
37. Maddə 78 (2-ci hissə). İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şə xslərə.
38. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
39. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
40. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə ya lnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hal larına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu bax ımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə iddiaçının kassasiya şikayətində göstərdiyi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hü quq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir və qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2022-ci il tarixli 2(103)-7756/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.