Məhkəmə qərarları › İş №2(103)-1735/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1735/2025

17.02.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1735/2025 17.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X1rşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X1rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqının, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-754/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən İddiaçı1 xeyrinə 3.583 manat məbləğində pul vəsaitinin, X2 xeyrinə 2.519 manat məbləğində pul vəsaitinin, İddiaçı2 xeyrinə 6.462 manat və maddimənəvi ziyana görə 2.500 manat, cəmi 8.962 manat pul vəsaitinin, İddiaçı3 xeyrinə ödənilməmiş 5.092 manat və maddi mənəvi ziyana görə 2.500 manat, cəmi 7.592 manat pulun, İddiaçı4 xeyrinə ödənilməmiş 5.137 manat və maddi mənəvi ziyana görə 2.500 manat, cəmi 7.637 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 754/2024 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2 və İddiaçı3 əmək haqqı, maddi və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddialarının təmin edilməməsi, İddiaçı4 iddiasının qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə əmək haqqı və vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pulun tutularaq İddiaçı4 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə də iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 754/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

5. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə şikayətinin geri qaytarılmasının səbəbi kimi, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsini göstərmişdir. Həmin maddəyə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin maddənin məzmunundan da göründüyü kimi, məhkəmə sənədləri işdə iştirak edən şəxslərin “elektron kabinet”lərində yerləşdirilir. Həmin işdə iştirak edən şəxs isə cavabdeh Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (VÖEN: **********) olmuşdur və Agentliyin də məlum olduğu kimi elektron kabineti mövcuddur. Nümayəndənin elektron kabinetinə sənədlərin yerləşdirilməsinə gəldikdə isə, nümayəndə işdə Agentliyi işçi kimi təmsil etmiş və nümayəndələrin elektron kabinetinin olması və elektron kabineti yoxlaması kimi bir öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin, Agentliyin elektron kabineti olduğu halda, məhkəmənin qətnaməsinin nümayəndənin elektron kabinetinə yerləşdirilməsi səbəbi məlum olmamışdır. Eyni zamanda, tərəflərindən mülki iş əlavə olunmaqla, qətnamənin elektron kabinetə əlavə edilməsi ilə bağlı 11.2024-cü il tarixində məhkəməyə ərizə ilə müraciət edilmiş (surəti əlavə olunur), lakin ərizəyə cavab verilməmişdir. Daha sonra məhkəmənin qətnaməsinin rəsmi qaydada əldə edilməsi məqsədilə məhkəməyə bir daha müraciət edilmiş və qətnamə məhkəmə qəbzi imzalanmaqla xx.xx.2024-cü il tarixdə əldə edilmişdir (surəti əlavə edilmişdir). Odur ki, məhkəmənin qətnaməsi qəbzdən göründüyü kimi, Agentlik tərəfindən rəsmi qaydada xx.xx.2024-cü il tarixdə əldə edilmiş və şikayətin verilmə müddəti ötürülməmişdir.

7. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-754/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iş materiallarından məlum olur ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə cavabdehin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi Nümayəndə3 elektron kabinetinə yerləşdirilmişdir.

13. İşdən görünür ki, məhkəmə proseslərində cavabdehi nümayəndəsi Nümayəndə3 (sonuncu etibarnamə xx.xx.2025-ci il tarixədək qüvvədədir) da təmsil etməklə, mülki iş üzrə xx.xx.2024-cü il tarixdə keçirilmiş son məhkəmə iclasında iştirak etmiş və qətnamənin nəticə hissəsindən məlumatı olmuşdur.

14. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, sözügedən etibarnamə ilə cavabdeh tərəfindən nümayəndəyə məhkəmə aktlarından şikayətləri tərtib etmək, onları imzalamaq və təqdim etmək səlahiyyətləri də verilmişdir.

15. Cavabdeh isə yalnız xx.xx.2024-cü il tarixdə, qətnamə qəbul edildikdən iki aydan çox müddət keçdikdən sonra qətnamənin əldə edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə nümayəndəsi vasitəsilə apellyasiya şikayəti vermişdir.

16. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 754/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar