Məhkəmə qərarları › İş №2(004)-1980/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1980/2022

25.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1980/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin qeydiyyat şöbəsində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 iyul 2016-cı il tarixdə 2511 nömrə ilə qeyd edilmişdir. Nigahımızı bağladıqdan, təxminən, bir ay sonra el adətilə Bakı şəhərindəki “MÜBARƏK” Şadlıq Sarayında olan toyumuzdan sonra cavabdehlərin ünvan 1 ünvanında yerləşən evinə gəlin köçmüş və hal-hazıradək birgə nikahdan olan 01.05.2018-ci il təvəllüdlü X10 və 23.08.2019-cu il təvəllüdlü X8 adında iki övladı ilə birgə həmin evdə qeydiyyatda olan cavabdehlər, əri Cavabdeh1 və qaynanası Cavabdeh2 ilə birlikdə yaşayır və istifadə edir. Bütün cehizi, əmlak və əşyaları, sənədləri, ümumuiyyətlə, hər bir şeyi həmin evdədir. Xeyli müddət, yəni təxminən 6 ilə yaxın bir müddət ərzində, bir gəlin kimi daima həmin evdə yaşamağına, həmin evdən istifadə etdiyinə baxmayaraq bu günədək həmin ünvana qeydiyyata düşə bilməmişdir. Qeyd etmək istəyir ki, hal-hazırda əri Cavabdeh1, iki azyaşlı övladı və qaynanası Cavabdeh2 ilə birgə yaşadığı ev-mülk Bakı şəhər Planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfat bürosu tərəfindən 08 dekabr 1947-ci il tarixdə verilmiş “Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin reestrindən ÇİXARİŞ”a əsasən şəxsi mülkiyyət hüququ əsasında qaynanası Sevilin ata babası X2 məxsus olmuş və mülkiyyətçi X6 yuxarıda göstərilən şəxsi mülkiyyət hüququ əsasında özünə məxsus olmuş ev-mülkün ¼ (dörddə bir hissəsini), yəni onların də yaşadığı hissəni 23.07.1970-ci il tarixdə notarial qaydada təsdiqlənilməklə oğlu, ərinin babası X5 bağışlamışdır. Yəni hal-hazırda bu 1/4 hissə X5 məxsusdur və o da 17.01.2022-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyata alınmağına etiraz etmədiyini bildirmişdir. Göstərilənlərə əsasən onun ünvan 3 ünvanında olan yaşayış evinə istifadə hüquqlarının tanınması və onun həmin ünvana qeydiyyata alınmasından ötrü qətnamənin nəticə (qət etdi) hissəsinə “bu qətnamə İddiaçı qeydiyyata alınması üçün əsasdır” olması barədə qeydin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, X3 cavabdeh qismində cəlb edilməsini xahiş etmiş, eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun ünvan 4 ünvanında yerləşən 57 kv.m sahədən ibarət mənzilə istifadə hüququ tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkiliddia tələblərini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini etiraf edərək bildirdi ki, sözü gedən ev onun babasına aid olmuşdur. 4-cü Xrebtovaya küçəsi, ev 83 (39) şəxsi mülkiyyət hüququ üzrə X4 məxsusdur və sözü gedən evin ¼ hissəsi sonuncu tərəfindən X5 bağışlanmışdır. Hazırda həmin evin 57 kv.m sahəsindən ibarət mənzilində o, anası və onun yoldaşı, yəni iş üzrə iddiaçı birlikdə yaşayırlar. İddiaçı gəlin gələn gündən həmin evə köçmüşdür. Odur ki, qeyd edilən tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Cavabdehlər Cavabdeh2 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin digər cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə işə cavabdehlər Cavabdeh2 və X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X9 tərəfindən məhkəməyə ünvanlanmış ərizələrdən görünür ki, Cavabdeh1, Cavabdeh2 və X9 İddiaçı ünvan 4 ünvanında yerləşən 57 kv.m sahədən ibarət mənzilə istifadə hüququnun tanınmasına etiraz etmədiklərini bildirmişlər. 21 saylı MKİS-nin 10.05.2022-ci il tarixli, 62 nömrəli arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən evlər Yasamal rayonu MKTB-nin balansındadırlar. Göstərilən ünvanda yerləşən evlərdən biri, sahəsi 57 kv.m olan mənzil Cavabdeh2 2 nəvəsi ilə birlikdə oğlu Cavabdeh1 və İddiaçı birgə istifadəsindədirlər. Həmin ev Cavabdeh2 ilə Cavabdeh1 aiddir. Həmin evə aid kommunal ödənişlər Cavabdeh2 adınadır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 08.07.2016-cı il tarixdə 3 saylı Bakı ASAN Xidmət Mərkəzi qeydiyyat şöbəsində nikada daxil olmuşdur. Nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid paspotun surətindən görünür ki, 4-cü Xrebtovaya küçəsi, ev 83 (39) şəxsi mülkiyyət hüququ üzrə X4 məxsusdur və sözü gedən evin ¼ hissəsi sonuncu tərəfindən X5 bağışlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Dövlətin insan hüquqlarının və azadlıqlarının qorunması vəzifəsinin konstitusiya quruluşunun əsaslarına aid olduğunu və bu hüquqların dövlət tərəfindən, o cümlədən, məhkəmə qaydasında müdafiəsini zəruri edir…. Məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 440.4-cü və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 74.1-ci maddələrinə dair» 27.12.2002-ci il taixli qərarı) Götərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehlər tərəfindən etiraf edildiyindən təmin edilməli, İddiaçı ünvan 4 ünvanında yerləşən 57 kv.m sahədən ibarət mənzilə istifadə hüququ tanınmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ünvan 4 ünvanında yerləşən 57 kv.m sahədən ibarət mənzilə istifadə hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar