Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1980/2024 05.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixdə tanışı Cavabdeh xahişi ilə "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli 03105872 nömrəli müqavilə ilə 3234,92 manat dəyərində (LG markalı televizor və məişət cihazları) əşyalar almışdır. Cavabdeh aralarında olan şifahi razılaşmaya əsasən həmin müqavilə üzrə müvafiq ödənişləri öz üzərinə götərsə, ödənişləri həyata keçirtməmişdir. Həmçinin, İddiaçı 2023-cü ilin iyul ayında cavabdehə 3000 manat borc vermiş, cavabdeh həmin məbləğin 1000 manat hissəsini qaytarmış, qalır 2000 manat pulu isə qaytarmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini azaltmaqla ümumi tələbi 5234,92 manat həddində müəyyən etmişdir. İddiaçı izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbini tam şəkildə qəbul etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 03105872 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, İddiaçı nisyə alqı-satqı müqaviləsi əsasında müvafiq əşyaları "xxxx" MMC-dən almışdır. İş materiallarına əlavə edilmiş Yasamal RPİ İŞ-nin Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsinin 6 və 7-ci abzasına əsasən müəyyən edilir ki, ........Cavabdeh İddiaçı ümumilikdə 6400 manat borcu olduğunu, onun 1000 manat hissəsini qaytarmışdır..... İş materiallarına tərəflər arasında müvafiq votsap yazışmaları əlavə edilmişdir. Yazışmalara əsasən müəyyən edilir ki, Cavabdeh İddiaçı borcunu etiraf edən müvafiq mesajlar yazmışdır. İş materiallarına müvafiq ödəniş qəbzləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə müəyyən olunur ki, İddiaçı 2023-cü ilin iyul ayında Cavabdeh 3000 manat borc vermiş, cavabdeh həmin məbləğin 1000 manat hissəsini qaytarmış (iddiaçı özü bildirir, mülki işin mübahisəsiz halıdır), qalıq 2000 manat pulu isə qaytarmamışdır. Deməli, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti 3000 manat təşkil etdiyindən müqavilənin şifahi formada bağlanması onun forma baxımından etibarsızlığına əsas deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə də əsaslıdır. İddiaçı xx.xx.2023-cü il tarixdə tanışı Cavabdeh xahişi ilə "xxxx" MMC ilə xx.xx.2023-cü il tarixli 03105872 nömrəli müqavilə ilə 3234,92 manat dəyərində (LG markalı televizor və məişət cihazları) əşyalar almışdır. Yəni, müvafiq etibarlı müqavilə əsasında öhdəlik münasibətləri məhz İddiaçı ilə "xxxx" MMC arasında yaranmışdır. Odur ki, müqavilə üzrə müvafiq öhdəlik İddiaçı məxsusdur. İddiaçı ilə Cavabdeh arasında müqavilə predmeti olmuş müvafiq əşyalara münasibətdə isə sonuncunun əsassız varlanması baş vermişdir. Məhkəmə qərar qəbul edərkən Cavabdeh təhqiqat orqanına aparılan araşdırma üzrə verdiyi izahatlar və tərəflər arasındakı votsap yazışmalarını əsas götürür. Cavabdeh tərəfindən iddia tələbinin qəbul edilməsi xüsusatı nəzərə alınır. Məhkəmə nəzərə alır ki, iddianın təmin edilməsinə kifayət qədər geniş sübutlar olmasa da, iddianın təmin edilməsinə yetərli ilkin sübutlar mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə ilk şərt ödənilir- Cavabdeh varlanmışdır. 2-ci şərt də ödənilir- İddiaçı pul vəsaitindən məhrum olmuşdur. 3cü dispozitiv şərt də ödənilir- tərəflər arasında etibarlı hüquq münasibəti olmamışdır. Çünki tərəflər arasında bağlanmış şifahi borc müqavilələri etibarsız hesab olunur. Məhkəmə qeyd edir ki, delikt (zərər) institunun 3 əsas şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır.
3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Belə ki, iddia tələbi üzrə 3 (üç) dispozitiv şərtin heç biri mötəbər və əsaslı sübutlarla öz təsdiqini tapmır. Cavabdehin təqsiri, maddi zərər vurması və vurulmuş cavabdehin hərəkətləri (hərəkətsizliyi) ilə nəticə arasında səbəbli əlaqənin olması sübuta yetirilmir. Deməli, mübahisənin qanuni əsası qismində delikt hüquq institununun çıxış etməsi istisna olunur. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin təmin olunması xüsusatı nəzərə alınmaqla iddiaçı tərəfindən dövlət rüsumu olaraq 80 manat ödənilmiş məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir, Cavabdeh 5234,92 (beş min iki yüz otuz dörd manat doxsan iki qəpik) manat və ödənilmiş 80 (səksən) manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddiası təmin edilsin. Cavabdeh 5234,92 (beş min iki yüz otuz dörd manat doxsan iki qəpik) manat və ödənilmiş 80 (səksən) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər.
Sədrlik edən: Fariz Əlizadə