Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1992/2022 10.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 05.03.2020-ci il tarixdə müraciət edərək Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə1306 (bir min üç yüz altı) manat və ödənilmiş mediyasiya xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 10.05.2022-ci il tarixdə ərizə göndərək 10.05.2022-ci il tarixli məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.02.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. 29.10.2020-ci il tarixdə administrator vəzifəsinə keçirilmiş, 07.04.2021-ci il tarixli 195-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, Cavabdeh 28.02.2020-ci il və 15.04.2020-ci il tarixdə mağazada çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, "İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 4518 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 1297 manat güzəşt edilmişdir, 1915 manat şirkətdən alacaqdan qarşılanmış qalıq borc 1306 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, işlədiyi mağazada onunla bərabər yeni işçilər də var idi. O, mağaza rəhbərliyinə mağazada oğurluq olması barədə bildirmişdir. Hətta bu barədə polisə də məlumat vermiş, polis isə videogörüntü tələb etmişdir. Bu kimi hallara görə o, administrator vəzifəsində işləyə bilməmiş, adi satıcı vəzifəsinə keçmişdir. O, həftənin bazar günləri istirahət günü olduğundan evdə olurdu və bütün hadisələr bazar günü baş verirdi. Ona əvvəl də bu cür borc yazılmış və o, borcu ödəmişdir. Lakin hazırki məbləğlə razı deyil. İddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.02.2018-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən Cavabdeh altı ay müddətinə “Oba” marketlər şəbəkəsində satıcı- kassir vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 01.12.2020-ci il tarixli, əmək müqaviləsinə əlavəninin təsdiq edilmiş surətinə əsasən 01.02.2018-ci il tarixli əmək müqaviləsinə dəyişikliklər edilərək Cavabdeh 01.12.2020-ci il tarixdən İddiaçı MMC-nin baş satıcı vəzifəsinə keçirilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01.12.2020-ci il tarixli X4 haqqında müqavilənin surətinə əsasən Cavabdeh ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması və görüləcək işi layiqincə yerinə yetirməyə görə işəgötürən qarşısında tam həcmdə maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş 04.06.2021-ci il tarixli arayışa əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq cəmi 4518 manat çatışmazlıq müəyyən edilmişdir. Dövriyyə güzəşti tətbiq olunduqdan və hesablaşmadan sonra Cavabdeh İddiaçı MMC-yə 04.06.2021-ci il tarixə ümumi 1306 manat borcu vardır. İşin halları odur ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış və cavabdeh “Oba” mağazasında satıcı-kassir vəzifəsinə qəbul edilmiş, lakin 01.12.2020-ci il tarixdə əmək müqaviləsinə əlavə edilərək cavabdeh İddiaçı MMC-nin baş satıcı vəzifəsinə keçirilmişdir. İddiaçının tələbi odur ki, cavabdehlə X4 haqqında müqavilələr imzalanmışdır, aparılmış yoxlamanın nəticəsinə əsasən iddiaçıya dəymiş ziyan 4518 manat məbləğində müəyyən edilmişdir. 1297 manat güzəşt və 1915 manat hesablaşmadan sonra qalıq məbləğ 1306 manat təşkil edir. Dəymiş ziyanın və mediasiya üçün çəkilən xərcin cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, iddiaçı X4 haqqında müqaviləyə istinad edir. Həmin müqavilədə qeyd olunur ki, işçi bu Müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə X4 daşıyır. Hazırki iş üzrə isə cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X1 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə1306 (bir min üç yüz altı) manat və ödənilmiş mediyasiya xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə1306 (bir min üç yüz altı) manat və ödənilmiş mediyasiya xərcinin əvəzi olan 50 (əlli) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1992/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1992/2022
10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver