Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-20/2022 26.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh 196 saylı Mənzil Kooperativinin nümayəndəsi X12, müstəqil tələ irəli sürməyən üçün şəxs Bakı şəhəri İcra Hakimiyyətinin MKTİ-nin nümayəndəsi X3, müstəqil tələ irəli sürməyən üçün şəxs X8 nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh 196 saylı Mənzil Kooperativinə, müstəqil tələ irəli sürməyən üçün şəxslər Bakı şəhəri İcra Hakimiyyətinin MKTİ-nə, X13 və 200 saylı MTK-ya qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi tələbinə dair” iddia ərizələri üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 196 saylı Mənzil Kooperativinə, müstəqil tələ irəli sürməyən üçün şəxslər Bakı şəhəri İcra Hakimiyyətinin MKTİ-nə, X13 və 200 saylı MTK-ya qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.05.2015-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində Dadaş Bünyadzadə 39 ünvanında inşa olunan yaşayış binasında yerləşən 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m sahədən ibarət 65 saylı mənzilə onun sahiblik və istifadə hüququnun tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə aralarında 22.05.2015-ci il tarixdə bağlanmış müqavilənin 2.2-ci bəndinə əsasən payçı kimi ona Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində Dadaş Bünyadzadə 39 ünvanında inşa olunan yaşayış binasında 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m olan 65 saylı mənzil sahəsinin təqdim edilməsi nəzərdə tutulur. Eyni tarixli maliyyə arayışına əsasən mənzilin dəyəri olan 40000 manat tərəfindən cavabdehin xəzinəsinə ödənilmiş, müqavilə üzrə öhdəliklər tam və vaxtında yerinə yetirilmişdir. Lakin mənzil ona təhvil verilməmişdir. Eyni zamanda, "xxxx" MTK ilə "xxxx" MTK arasında 16.02.2013-cü il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən Y/Yasamal massivi, Dadaş Bünyadzadə küçəsi 39 saylı yaşayış evinin 1 ədəd yük liftinin, bina daxili və xarici qaz və su xətlərinin çəkilişini, bina daxili dəhlizin suvanmasını "xxxx" MTK öz üzərinə öhdəlik götürmüş, əvəzinə "xxxx" MTK "xxxx" MTK-ya sözügedən yaşayış binasından ümumi sahəsi 530 kv.m olan 43, 49, 62 və 65 saylı 4 ədəd 3 otaqlı mənzilin verilməsini öz üzərinə öhdəlik götürmüşdür. Göründüyü kimi, 65 saylı mənzil "xxxx" MTK-nın balansındadır. Bina hal hazırda "xxxx" MTK tərəfindən idarə olunur. Mənzil onun tərəfindən artıq təmir olunmuş və təmir yekunlaşmaq üzrədir. Mübahisəli mənzillə bağlı ona qarşı heç bir iddia olmasa da, tərəfindən dəfələrlə mübahisənin həll edilməsi xahiş edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu istiqamətdə heç bir addım atılmamışdır. Cavabdeh 196 saylı Mənzil Kooperativinin sədri X25 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(103)-249/2020 saylı, 02.03.2020-ci il tarixli hökmü ilə 200 saylı MTK-nın rəhbəri X1 Dəyanət Ehtibar oğlunun adına "xxxx" MTKnın adından verilmiş 65 saylı mənzillə bağlı 22.05.2015-ci il tarixli saxta müqavilə və maliyyə arayışı tərtib etmişdir. Yasamal Rayon Məhkəməsi sözügedən hökmə istinad etmişdir. Habelə E.Fərziyev cinayət əlaqəsində olduğu X17 X21 qarşısında olan öhdəliyin icra olunması görüntüsü yaratmaq üçün, "xxxx" MTK tərəfindən inşa olunan həmin binada sahəsi 103 kv.m olan 2 otaqlı 65 №-li mənzilin güya sonuncunun qohumu İddiaçı satılması barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik etdiyi "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən ofisində hazırladığı saxta rəsmi sənədləri- 22.05.2015-ci il tarixli alqı-satqı müqaviləsini, eyni tarixli maliyyə arayışını imzası və rəhbərlik etdiyi "xxxx" MTK-nın möhrü ilə təsdiq edilərək, həmin saxta rəsmi sənədləri Yaqub Əliyevə verməklə tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bu sözlər qeyd olunan sözügedən hökmdə yazılmışdır. E.Fərziyev bu əməllərinə görə azadlıqdan məhrum edilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10.11,2016-cı il tarixli 2(004)-10972/2016 saylı qətnaməsi ilə İddiaçı mübahisəli yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m mənzilə dair cavabdeh 200 saylı MTK-ya qarşı iddiası təmin edildiyindən, MTK özünün balansında olan mübahisəli 65 saylı mənzilə onun sahiblik və istifadə hüququnu tanımır. Buna görə də ddiaçı tərəf hazırda qanuni əsaslarla əldə etdiyi mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə podrat müqaviləsi əsasında balans sahibi olan "xxxx" MTK-ya qarşı iddia qaldırmağa məcbur olmuşdur. Eyni zamanda, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 10.11.2016-cı il tarixli 2(004)-10972/2016 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh 196 saylı Mənzil Kooperativinin sədri X25 iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 200 saylı MTK-nin inşa etdiyi bina onların inşa etdiyi bina ilə qoşuluqda yerləşir. "xxxx" MTKnin inşa etdiyi yaşayış binasınında yerləşən 103 kv.m sahədən ibarət 65 saylı mənzil MTK ilə iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X22 arasına bağlanılmış 15.03.2009-cu il tarixli 65 saylı müqaviləyə əsasən sonuncuya satılmış və ona təhvil verilmişdir. İddiaçının təqdim etdiyi müqavilə saxta olmaqla o müqavilədə və eləcə də istinad etdikləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.11.2016-cı il tarixli 2(004)-10972/2016 saylı qətnaməsində də, nə binanın tam ünvanı, nə mənzilin yerləşdiyi mərtəbə, nə də, mənzilin nömrəsi göstərilməmiş və ümumiyyətlə o tələb "xxxx" MTK-ya qarşı yönəldilmişdir. "xxxx" MTK-nin rəhbəri dələduzduq əməllərinə görə artıq məhkum edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmamasını xshiş edir. Məhkəmə iclasında müstəqil tələ irəli sürməyən üçün şəxs X8 nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, 196 saylı Mənzil Kooperativi ilə aralarında bağlanmış 15.03.2009-cu il tarixli 65 saylı müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal yaşayış massivində inşa olunan yaşayış binasında yerləşən 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m sahədən ibarət 65 saylı mənzilini almışdır və mənzilin tam dəyərini MTK-nın xəzinəsinə ödəmmişdir. Bu barədə ona 15.03.2009-cu il tarixli maliyyə arayışıda verilmişdir. Onlar tərəfindən müəyyən təmir işləridə aparılmışdır. Lakin iddiaçı qapını sındıraraq qanunsuz olaraq onların mənzilini ələ keçirmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələ irəli sürməyən üçün şəxs Bakı şəhəri İcra Hakimiyyətinin MKTİ-nin nümayəndəsi X14 izahatında göstərdi ki, onlar iş üzrə üçüncü şəxs qismində cəlb edilsələr də, iddia tələbi onların maraqlarına toxunmur. Odur ki, idianın təmin edilib edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış 22.05.2015-ci il tarixli 65 saylı müqavilədən göründüyü kimi, MTK Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Bakı şəhəri X36 icraiyyə Komitəsinin kooperativ yaşayış binalarının tikintisi ilə bağlı müvafiq qərarlarının icrası barədə 10.01.2007-ci il tarixli 02 saylı sərəncamına əsasən binanın bütün normativlərə və qaydalara ciddi surətdə riayət etməklə yüksək keyfiyyətlə tikilməsini təşki edir və payçını mənzil ilə təmin edir (1.2.1 -ci bənd). Payçıya təqdim edilən 2 otaqlı mənzilin sahəsi yaşayış və qeyri-yaşayış sahələr ilə birlikdə 103 kv.m təşkil edir (2.2-ci bənd). Payçı bu müqavilənin 4.2-ci bəndində nəzərdə tutulmuş müddətdə pay haqqın MTK-nın hesabına ödəməyi öhdəsinə götürür (1.2.2-ci bənd). MTK binanın tikintisi üçün qanunvericiliklə tələb olunan bütün sənədlər müvafiq dövlət orqanlarından alındıqdan və ya həmin orqanlarla razılaşdırıldıqdan sonra təsdiq olunmuş layihə üzrə ən geci 18 təqvim ayı müddətində binanın tikintisini son təmir- tamamlama işlər aparılmadan başa çatdırılmasını öhdəsinə götürür (3.5-ci bənd). İş materiallarında olan "xxxx" MTK-nın 22.05.2015-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı sahəsi 103 kv.m olan mənzil üçün 40.000 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan 196 saylı Mənzil Kooperativi ilə X22 arasında bağlanmış 15.03.2019-cu il tarixli 65 saylı müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində inşa olunan yaşayış binasında yerləşən 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m sahədən ibarət 65 saylı mənzil payçıya satmağı, payçı 30% ilkin ödəniş etməklə mən\ilin tam dəyərini 12 ay müddətində bərabər hissələrlə MTK-nın xəzinəsinə ödəməyi öhdəsinə götürmüşdür. 15.03.2019-cu il tarixli maliyyə arayışından görünür ki, X22 tərəfindən mənzilin dəyəri 51000 manat tam ödənilmişdir və borcu yoxdur. İş materiallarında olan "xxxx" MTK ilə "xxxx" MTK arasında 16.02.2013-cü il tarixdə bağlanmış 01 saylı podrat müqaviləsindən görünür ki, Y/Yasamal massivi, Dadaş Bünyadzadə küçəsi 39 saylı yaşayış evinin 1 ədəd yük liftinin, bina daxili və xarici qaz və su xətlərinin çəkilişini, bina daxili dəhlizin suvanmasını "xxxx" MTK öz üzərinə öhdəlik götürmüş, əvəzinə "xxxx" MTK"xxxx" MTK-ya sözügedən yaşayış binasından 43, 49, 62 və 65 saylı 4 ədəd 3 otaqlı mənzillərin ümumi sahəsi 530 kv.m verilməsini öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.11.2016-cı il tarixli 2(004)-10972/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MTKya və üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinin Mənzil kooperativ təsərrüfatı idarəsinə qarşı “mənzilin istifadəyə verilməsi tələbinə dair” iddiasə təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində inşa olunan yaşayış binasında 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3193/2019 saylı, 07.06.2019-cu il tarixli qiyabi qətnaməsidən görünür ki, İddiaçı Etibar oğlunun cavabdeh "xxxx" mənzil-tikinti kooperativinə, üçüncü şəxslər 200 saylı MTK və Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kooperativi Təsərrüfatı İdarəsinə qarşı “Mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbinə dair” iddiası təmin edilmiş və 22.05.2015-ci il tarixli müqavilə üzrə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Dadaş Bünyadzadə 39 ünvanında inşa olunan yaşayış binasında yerləşən 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m. sahədən ibarət 65 saylı mənzilə iddiaçının sahiblik və istifadə hüququnun tanınması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03.12.2021-ci il tarixli qərardadından görünür ki, cavabdeh 196 saylı Mənzil Kooperativinin sədri X12 ərizəsi təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3193/2019 saylı, 07.06.2019-cu il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02.03.2020-ci il tarixli, 1(103)-249/2020 saylı hökmündən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.07.2019-cu il tarixli hökmü ilə X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2-ci maddələri ilə olan hissələr üzrə 01.12.2017-ci il tarixdə qüvvəyə minmiş 20.10.2017-ci il tarixli Qanunun keçid müddəalarını tənzimləyən 2.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 05.07.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrumetmə cəzasının 10 il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 il 06 ay müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü, 66.4-cü maddələrinə müvafiq olaraq əsas cəzanı qismən toplama və əlavə cəzanı birləşdirmə yolu ilə üzərində qəti olaraq 01 il 06 ay müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Bakı Apellyasiya Məhkəməsinin 14.03.2017-ci il tarixli qərarı ilə cinayətlərin məcmusu üzrə X6 üzərində saxlanılmış 13 il müddətə azadlıqdan məhrum etmə cəzasının 12 il müddətdə müəyyən edilməsi, həmin cəzanın Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05.07.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə qismən toplanılmaqla təyin edilmiş 14 il müddətə azadlıqdan məhrumetmə cəzasının 13 il müddətdə müəyyən dilməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə olan hökm üzrə Azərbaycan Respublikası CM-nin 66.3-cü, 66.4-cü maddələrinə müvafiq olaraq qismən toplanaraq üzərində qəti olaraq 02 il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3, 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə ona qəti olaraq 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ona Azərbaycan Respublikası CPM-nin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməməsi, X6 hazırki hökmlə tənzimlənən 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 13 il müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsas və əlavə cəzaları qismən toplanılmaqla ona qəti olaraq 02 il 06 ay dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 15 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, E.Fərziyevin Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hökmünə əsasən çəkilən cəzasının onun qəti cəzanın müddətinə hesablanaraq onun cəzaçəkmə müddətinin əvvəlinin 23.07.2015-ci ildən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin təqsirləndirilən şəxslər X15, X31 və X32 da təqsirli bilinib məhkum edilmişdirlər. Məhkəmənin hökmünə görə X18 öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olduğu bir qrup şəxslə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli və külli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmiş, qabaqcadan əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuş, qabaqcadan əlbir olduğu bir qrup şəxsin köməkliyi ilə tamah niyyəti ilə rəsmi sənədlərə bilə- bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 25.02.2006-cı ildən "xxxx" Mənzil Tikinti Kooperativinin sədri vəzifəsində işləyərkən Kooperativin 25.02.2006-cı il tarixli nizamnaməsinə əsasən, həmin Kooperativin təşkilati-sərəncamverici funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, Kooperativin fəaliyyətinə rəhbərlik edilməsi, kooperativin adından müqavilələrin bağlanması, rəsmi sənədlərin imzalanması və sair səlahiyyətlərindən yararlanaraq özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə niyyəti ilə rəhbərlik etdiyi Kooperativ tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni yaşayış massivində inşa olunan çoxmərtəbəli yaşayış binasında 1 otaqlı mənzili bina tikilib qurtardıqdan sonra Həsənov ilqar Nadir oğluna satacağını vəd verib onun adına binanın faktiki mövcud olmayan 8-ci mərtəbəsində, sahəsi 60 kv.metr olan 1 otaqlı, 1/28 saylı mənzilin satılması barədə vəzifəli şəxs kimi məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi saxtarəsmi sənədi - 02.02.2007-ci il tarixli alqı-satqı müqaviləsini, Kooperativin ünvan 2 ünvanında yerləşən alqı-satqısı ofisində Günel Əliyevaya məxsus 30500 manat pulu Ramil Şükürov vasitəsilə alıb özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmiş, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmiş, eləcə də cinayət əlaqəsində olduğu X17 X7 qarşısında olan öhdəliyin icra olunması görüntüsü yaratmaq üçün, "xxxx" MTK tərəfindən ünvan 4 ünvanda inşa olunan 12 mərtəbəli yaşayış binasında 85 kv/m olan 2 otaqlı 70a №-li mənzilin güya sonuncuya satılması barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik etdiyi "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən ofisində hazırladığı saxta rəsmi sənədlər -03.03.2015-ci iltarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını imzası və rəhbərlik etdiyi "xxxx" MTK-nın möhrü ilə təsdiq edilərək, həmin saxta rəsmi sənədləri Ramil Şükürovun vasitəsilə Rasim Əhmədova verməklə, habelə cinayət əlaqəsində olduğu X17 X21 qarşısında olan öhdəliyin icra olunması görüntüsü yaratmaq üçün,"196 saylı” MTK tərəfindən inşa olunan həmin binada sahəsi 103 kv.molan 2 otaqlı 65 №-li mənzilin güya sonuncunun qohumu İddiaçı satılması barədə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək rəhbərlik etdiyi "xxxx" MTK-nın ünvan 2 ünvanında yerləşən ofisində hazırladığı saxta rəsmi sənədlər - 22.05.2015-ci il tarixli alqı-satqı müqaviləsi, eyni tarixli maliyyə arayışını imzası və rəhbərlik etdiyi "xxxx" MTKnın möhrü ilə təsdiq edilərək, həmin saxta rəsmi sənədləri Yaqub Əliyevə verməklə tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmiş, bundan əlavə, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz olaraq üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi nəticəsində X10, X23, X19, X33, X26, X34 və X11 mənzil və digər əmlak hüquqlarını mütləq şəkildə pozaraq ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmşdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02.07.2019-cu il tarixli hökmündən X2 və təqsirləndirilən X15 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X28 tərəfindən verilmiş apelyasiya protesti təqsirləndirilən X9 münasibətdə təmin edilərək, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə, X17 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 320.1 və 320.2-cü maddələri ilə, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2019cu il tarixli hökmü dəyişdirilmiş, X6 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05.07.2017-ci il tarixli hökmünün tənzimlənməsi nəticəsində təkrarən qeyd edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə olan hökm üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü, 66.4-cü maddələrinə müvafiq olaraq qismən toplanaraq üzərində qəti olaraq 02 il müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə müddəalar hökmdən xaric edilmiş, X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə hökmlə təyin edilmiş cəzadan azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” 13.02.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25.03.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir... Müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara əsasən İddiaçı iddia tələbinin əsaslandığı, "xxxx" MTK ilə aralarında payçı kimi ona Bakı şəhəri, Yasamal rayonu, Yeni- Yasamal yaşayış massivində Dadaş Bünyadzadə 39 ünvanında inşa olunan yaşayış binasında 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m olan 65 saylı mənzilin təqdim edilməsi barədə 22.05.2015-ci il tarixdə bağlanmış müqavilənin saxtalaşdırılmasının qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edildiyini, həmin müqavilənin özlüyündə etibarsız olmaqla, heç bir hüquqi nəticə yaratmamasını, bununla da, iddiaçının həmin müqaviləyə əsaslanmaqla hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmadığını nəzərə alıb, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən, iddiaçının istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.11.2016-cı il tarixli 2(004)-10972/2016 saylı qətnaməsinə münasibətdə qeyd edir ki, müvafiq qətnamə ilə, “mənzilin istifadəyə verilməsi tələbinə dair” iddia tələbinin cavabdeh kimi "xxxx" MTK deyil, "xxxx" MTK-ya qarşı yönəldilməsi, iddianın təmin edilərək Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal yaşayış massivində inşa olunan yaşayış binasında 2 otaqlı, yaşayış və qeyri-yaşayış sahələri ilə birlikdə 103 kv.m mənzilə İddiaçı sahiblik və istifadə hüququnun tanınması və həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinin qət edilməklə mənzilin nömrəsinin ümumiyyətlə qeyd edilməməsi və öhdəliyin cavabdeh qismində "xxxx" MTKnın üzərinə qoyulması müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh 196 saylı Mənzil Kooperativi və müstəqil tələ irəli sürməyən üçün şəxslər Bakı şəhəri İcra Hakimiyyətinin MKTİ, X22 və 200 saylı MTK-ya qarşı “mənzilin sahibliyə və istifadəyə verilməsi tələbinə dair” iddiası rədd edilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-20/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-20/2022
26.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver