Məhkəmə qərarları › İş №2(004)-2000/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2000/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2000/2021 19.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, hakim Xəlilova Təhminə Cəmil qızı, İddiaçı kiçik iddiaya dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh X3 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməməklə verilmişdir. Belə ki, iddia ərizəsində cavabdeh X3 qarşı tələb əsaslandırılmış, lakin iddia ərizəsinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 344850 saylı alqı-satqı müqaviləsində alıcı kimi digər şəxsin – Cavabdeh adı qeyd edilmişdir. Belə olan halda qəbul edilir ki, tələbi təsdiq edən sübutlar – tərəflər arasında bağlanılmış kredit müqaviləsi və digər zəruri sənədlər iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən də verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Hesab edirəm ki, cavabdeh X1 müqaviləsi üzrə borcunu təsdiq edən sənədlər tam təqdim edilmədiyindən və ona qarşı iddia mübahisəli olduğundan iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Həmin Məcəllənin 284-4.3-ci maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən, hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər tam təqdim olunmadığından və tələb mübahisəli tələb olduğundan iddia ərizəsinin qəbul olunmasından imtina olunmalı və iddiaçıya izah olunmalıdır ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4, 263 və 264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı cavabdehl X3 qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar