Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2006/2021 19.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-161 reyestr nömrəli “xx.xx.2014-cü il tarixli 3M-191 reyestr nömrəli kredit müqaviləsinə əlavə razılaşma haqqında” müqavilə üzrə yaranmış 13.500 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 13.530 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.2014-cü il tarixli 3M-191 reyestr nömrəli kredit müqaviləsinə Cavabdeh 2 ay müddətinə xx.xx.2014-cü il tarixə kimi qaytarmaq şərti ilə 14.100 manat borc vermişdir. Cavabdeh aldığı borcu vaxtında qaytarmamış, ona əlavə vaxt verilməsini xahiş etmişdir. Bu səbəbdən Cavabdeh ilə onun arasında Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-161 reyestr nömrəli “xx.xx.2014-cü il tarixli 3M-191 reyestr nömrəli kredit müqaviləsinə əlavə razılaşma haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 587,50 manat olmaqla xx.xx.2022-ci il tarixə kimi 14.100 manat borcu ona qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən 587,50 manat ödəniş üç ay ərzində ardıcıl şəkildə aparılmadığı halda o, borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Cavabdeh 2020-ci ilin sentyabr və oktyabr ayları üçün hər ay 300 manat olmaqla, cəmi 600 manat vəsait qaytarmış, 13.500 manat borcu hazırkı vaxta kimi qaytarmamışdır. Bu səbəbdən o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ünvan 1 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin bina söküldüyünə görə bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Böu barədə AZ1006 nömrəli poçt şöbəsi tərəfindən müvafiq qeyd yazılmaqla bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2014-cü il tarixli 3M-191 reyestr nömrəli kredit müqaviləsinə İddiaçı borcalan Cavabdeh 2 ay müddətinə xx.xx.2014-cü il tarixə kimi qaytarmaq şərti ilə 14.100 manat borc vermişdir. Cavabdeh aldığı borcu vaxtında qaytarmamış, ona əlavə vaxt verilməsini xahiş etmişdir. Bu səbəbdən Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-161 reyestr nömrəli “xx.xx.2014-cü il tarixli 3M-191 reyestr nömrəli kredit müqaviləsinə əlavə razılaşma haqqında” müqavilə bağlanmış və müqaviləyə əsasən Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 587,50 manat olmaqla xx.xx.2022-ci il tarixə kimi 14.100 manat borcu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 1.4-cü bəndinə əsasən 587,50 manat ödəniş üç ay ərzində ardıcıl şəkildə aparılmadığı halda İddiaçı borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 14.100 manat borcdan 2020-ci ilin sentyabr və oktyabr ayları üçün hər ay 300 manat olmaqla, cəmi 600 manat vəsaiti İddiaçı qaytarmış, qalan 13.500 manat borcu hazırkı vaxta kimi qaytarmamışdır. Müqavilənin şərtlərinə əməl etməmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən İddiaçı borcun vaxtından əvvəl qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə sübutlara qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-161 reyestr nömrəli “xx.xx.2014-cü il tarixli 3M-191 reyestr nömrəli kredit müqaviləsinə əlavə razılaşma haqqında” müqavilə üzrə yaranmış 13.500 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 13.530 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri 16 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli 3M-161 reyestr nömrəli “xx.xx.2014-cü il tarixli 3M-191 reyestr nömrəli kredit müqaviləsinə əlavə razılaşma haqqında” müqavilə üzrə yaranmış 13.500 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 13.530 (on üç min beş yüz otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2006/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2006/2021
19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver