Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2012/2023 16.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, iddiaçı “Azinvestkredit” Bank Olmayan Kredit Təşkilatının cavabdeh Alakhverdi İbragimova qarşı borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evin hərracdan satılması, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “Azinvestkredit” Bank Olmayan Kredit Təşkilatı cavabdeh Alakhverdi İbragimova qarşı borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evin hərracdan satılması, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı iddia tələbi üzrə tutmanın ipoteka predmetinə yönəldilməsinin qeydə alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməmişdir (bu barədə sübutlar təqdim etməmişdir). Eyni zamanda, məhkəmə qeyd edir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1779/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə eyni əsasla eyni iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçı tərəfindən müvafiq məhkəmə qərardadında göstərilmiş nöqsanlar aradan qaldırılmadan təkrarən məhkəməyə müraciət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “Azinvestkredit” Bank Olmayan Kredit Təşkilatının cavabdeh Alakhverdi İbragimova qarşı borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi, evin hərracdan satılması, istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2012/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2012/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver