Məhkəmə qərarları › İş №2(004)-2022/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2022/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2022/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlu, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh mobil qurğunun xüsusi proqram təminatı ilə dəyəri, yəni 2.277,40 manat pulun tutularaq ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı iddia ərizəsinə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(012)- 143/2022 nömrəli hökmünə və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(009)-480/2023 nömrəli qərarına istinad etsə də, həmin sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin Cavabdeh həbs edildiyi zaman onun üzərində olan mobil qurğunun istintaq orqanı tərəfindən açılmaqla, Abşeron rayon İcra və Probasiya şöbəsinə təhvil verilməli olduğunu nəzərə almamış və həmin qurğunun harada olmasını araşdırmadan məhkəməyə müraciət etmişdir. Cavabdeh həbs edildiyi zaman, onun üzərindəki elektron nəzarət qurğusunu açaraq probasiya şöbəsinə təhvil verməsi öz iradəsindən asılı deyildir. Çünki, bu qurğunun açılması üçün xüsusi cahizdan istifadə edilməsi lazımdır. Bu cihaz isə icra məmurunda olur. İddiaçı əvvəlcə cinayət işinin istintaqını aparan istintaq orqanı vasitəsilə qurğunun harada olması müəyyən etməli, daha sonra aşkar edilmədikdə və ya Cavabdeh tərəfindən onun yararsız hala salındığı sübuta yetirildiyini təsdiq edən mötəbər sübutları əldə etdikdən sonra, Cavabdeh dəymiş zərərin əvəzini ödəməyi təklif etdikdən və imtina olunduqdan sonra məhkəməyə müraciət edə bilər. Həmçinin Cavabdeh üzərinə bağlanmış elektron cihazın markasını, sənədini, cihazın bağlanmasını təsdiq edən akt, protokol və sair sənədləri, cihazın alınmasını təsdiq edən qaimə fakturanı və sair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İddia ərizəsinə 25 vərəqdən ibarət qoşma yazılsa da, hər hansı bir sənəd əlavə edilməmişdir. Məhkəməyə yalnız bir nüsxə iddia ərizəsi daxil olmuşdur. İddia ərizəsini əsaslandırmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı ərizədə göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 151, 152, 263-264-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar