Məhkəmə qərarları › İş №2(004)-2024/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2024/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2024/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında baxaraq MÜƏYYƏN E T D İ M: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit” barədə iddia ərizəsi ilə 09.03.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, elektron portal çıxarış məlumatlarından müəyyən edilir ki, iddiaçının VÖEN-i vardır (**********). Həmçinin iş materiallarında olan "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 28.04.2015-ci il tarixli, 410micNFT/15 nömrəli kredit müqaviləsinin 1.2-ci bəndinə əsasən kredit biznesin inkişafı üçün verilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış 16.12.2019-cu il tarixli, 4541rstDNG/19 nömrəli güzəştli kredit müqaviləsindən isə müəyyən edilir ki, müqavilə 28.04.2015-ci il tarixli, 410micNFT/15 nömrəli kredit müqaviləsinin restrukturizasiya olunması məqsədilə bağlanmışdır. Beləliklə, hesab edirəm ki, hazırda tələb olunan kredit borcu biznesin inkişaf etdirilməsi məqsədilə bağlanmış 28.04.2015-ci il tarixli, 410micNFT/15 nömrəli kredit müqaviləsi ilə birbaşa bağlı olduğundan hazırki iddia tələbinə məhkəmə aidiyyəti üzrə Yasamal rayon Məhkəməsində deyil, Bakı Kommersiya Məhkəməsində baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, o, hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar