Məhkəmə qərarları › İş №2(004)-2028/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2028/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2028/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” X8 Səhmdar Cəmiyyəti (bundan sonra KB ASC) Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə hesablanmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 2000 manat əsas borc, 29,06 manat faiz borcu və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 84 ay müddətinə, illik 26% ödəmək şərtilə 2000 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin sorğuya cavab məktubuna əsasən X1 vəfat etməsi ilə əlaqədar Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri 14 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair məktubundan göründüyü kimi iddia qaldırdıqları işlə bağlı cavabdehlər miras qalmış əmlakına vərəsəlik hüququ əsasında sahib olub. Cavabdehlər borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi, eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququ yaradır. Ona görə də, cavabdehdən iddiaçının xeyrinə 2000 manat əsas, 29,06 manat faiz, cəmi 2029,06 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı “xxxx” KB ASC tələbin dəyişdirilməsi barədə ərizə verərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2000 manat əsas borc, 29,06 manat faiz borcu, cəmi 2029,06 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 14 saylı notariat ofisinin “xxxx” KB ASC-nə ünvanladığı sorğuya cavab məktubuna əsasən X1 arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 miras əmlakdan hər birinə ½ hissədən paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun olaraq izahat vermiş və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “xxxx” KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6208tkCNTR/14 nömrəli kredit xətti və bank hesabı müqaviləsindən görünür ki, iddiaçı “xxxx” KB ASC tərəfindən X2 istehlak məqsədləri üçün 84 ay müddətinə illik 26% ödəmək şərtilə 2000 manat məbləğində kredit limiti ayrılmışdır. “xxxx” KB ASC tərəfindən tərtib edilmiş UB-BANK/PİKMD/896281 saylı xx xxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, X3 ilə “xxxx” KB ASC arasında bağlanmış kredit xətti və bank hesabı müqaviləsinə əsasən borclunun xx xxxxx 2020-ci il tarixə 2000 manat əsas borc, 29,06 manat faiz borcu, cəmi 2029,06 manat məbləğində borcu vardır. “xxxx” KB ASC-nin Cavabdeh1 ünvanladığı xx xxxx 2020-ci il bildirişdən müəyyən olunur ki, kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca və vaxtında icra edilməyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Qeyd edilənlərə əsasən banka olan bütün borc məbləğini tam olaraq 5 (beş) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. Bildirişin Cavabdeh1 qeydiyyatda olduğu ünvana iddiaçı “xxxx” KB ASC tərəfindən göndərilməsinə dair müvafiq poçt reyestrlərinin surətləri iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin “xxxx” KB ASC-nə ünvanladığı sorğuya cavab məktubundan müəyyən olunur ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 vərəsəlik işi Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2018-ci ildə 114 nömrə ilə açılmış və xx.xx.2018-ci ildə 2V/218 reyestr nömrəsi ilə qeydiyyatı aparılaraq, Bakı şəhəri, Yasamal rayonu Zərgərpalan küçəsi ev 145-də qeydiyyatda olanlar arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 adına miras əmlakdan ½ hissədən paya dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında qeydiyyatdadır. AZEMİS internet portalından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Cavabdeh2 ünvan 2 ünvanında qeydiyyatdadır. xx xxxxxx 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı “xxxx” KB ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, “xxxx” KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6208tkCNTR/14 nömrəli kredit xətti və bank hesabı müqaviləsi ilə bank tərəfindən X2 istehlak məqsədləri üçün 84 ay müddətinə illik 26% ödəmək şərtilə 2000 manat məbləğində kredit limiti ayrılmışdır. X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir və Bakı şəhəri 14 saylı notariat ofisində barəsində xx.xx.2018-ci ildə 114 nömrə ilə vərəsəlik işi açılmışdır. Cavabdeh1 və oğlu Cavabdeh2 birinci dərəcə vərəsələri kimi tanınmışlar. Cavabdehlər kredit alanın hüquqi varisləri kimi iddiaçı “xxxx” KB ASC-dən götürülən kredit vəsaitini müvafiq müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Hal-hazırda X1 hüquqi varisləri Cavabdeh1 və Cavabdeh2 banka 2000 manat əsas borcu, 29,06 manat faiz borcu, cəmi 2029,06 manat məbləğində borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcalanın hüquqi varisi olaraq bank qarşısında öhdəlikləri yarandığından, “xxxx” KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6208tkCNTR/14 nömrəli kredit xətti və bank hesabı müqaviləsi üzrə borcalanın 2000 manat əsas borc, 29,06 manat faiz borcu, cəmi 2029,06 manat borcunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmasına dair iddia tələbi əsaslıdır və təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı “xxxx” KB ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2000 manat əsas borc, 29,06 manat faiz borcu, cəmi 2029,06 (iki min iyirmi doqquz manat altı qəpik) manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq “xxxx” KB ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar