Məhkəmə qərarları › İş №2(004)-2035/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2035/2021

29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2035/2021 29.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi ilə, İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021ci il tarixdə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin Bayıl filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1510DT nömrəli kredit müqaviləsi üzrə yaranmış 85,68 manat əsas borc, 266,59 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 10,67 manat faiz borcu və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 382,94 manat pulun Cavabdeh tutularaq LPO “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC borcalan Cavabdeh 36 ay müddətinə 300 manat kredit vermişdir. Borclu müqavilənin şərtlərini pozaraq və xəbərdarlıq edilməsinə baxmayaraq, borc öhdəliyini lazımi qaydada icra etməmişdir. Hazırda bank çıxarışına əsasən borclunun xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 85,68 manat əsas borc, 266,59 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 10,67 manat faiz borcu olmaqla, ümumilikdə 362,94 manat borcu yaranmışdır. İddiaçı iddia ərizəsində iddia tələbini tam müdafiə etdiyini bildirmiş və səlahiyyətli nümayəndəsi iştirak etmədiyi təqdirdə, işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən iddiaçının nümayəndəsinin, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2014-cü il tarixli 1510DT nömrəli kredit müqaviləsinə əsasən kreditor “xxxx” ASC borcalan Cavabdeh 36 ay müddətinə 300 manat kredit vermişdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. xx.xx.2020-ci il tarixli bank çıxarışında göstərilir ki, cavabdehin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 85,68 manat əsas borc, hesablanmış 266,59 manat cərimə, müqavilənin müddəti bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanmış 10,67 manat faiz borcu olmaqla, cəmi 362,94 manat borcu yaranmışdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, tənasübsüz surətdə hesablanmış yüksək 266 manat cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 1510DT nömrəli kredit müqaviləsi üzrə yaranmış 85,68 manat əsas borc, 50 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 155,68 manat pul tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilməlidir. İddia tələbi - “246,59 manat cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış 10,67 manat faizin tutulması” hissəsində rədd edilməlidir. Çünki, borclunun pul məbləğinin ödənilməsini gecikdirməklə, ondan fayda götürməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 1510DT nömrəli kredit müqaviləsi üzrə yaranmış 85,68 manat əsas borc, 50 manat cərimə və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 155,68 (yüz əlli beş manat altmış səkkiz qəpik) manat pul tutularaq ləğv prosesində olan “xxxx” ASC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar