Məhkəmə qərarları › İş №2(004)-204/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-204/2021

10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-204/2021 10.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızının, cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 QSC BOKT-nın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSC BOKT-a və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı “öhdəliyin tam icra edilməsi barədə yazılı arayışın verilməsi və borc öhdəlikləri barədə qeydlərin kredit reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası; İddiaçı Cavabdeh2 QSC BOKT-nın cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSC BOKT-a və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı “öhdəliyin tam icra edilməsi barədə yazılı arayışın verilməsi və borc öhdəlikləri barədə qeydlərin kredit reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, onun “xxxx” ASC-yə borcu olmamasına dair yazılı arayış verilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC-nin və Cavabdeh2 QSC BOKTnın üzərinə qoyulması, onun adına aktiv öhdəlik olaraq qeyd edilmiş TOSSİK_6918 nömrəli hesab və xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə TOSSİK_6918 nömrəli hesabda faiz borcu kimi 7.956,00 ABŞ dolları borcun olmasına dair qeydlərin kredit reyestrindən silinməsi barədə “xxxx” MMC-yə rəsmi müraciət edilməsi öhdəliyinin - məlumat təchizatçısı kimi Cavabdeh2 QSC BOKT-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh2 QSC BOKT cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956,02 ABŞ dolları faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 QSC BOKT-a ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-3295/2020 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh2 QSC BOKT-nın cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə yaranmış faiz borcunun ödənilməsi” tələbinə dair 2(001)-3295/2020 nömrəli mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSC BOKT-a və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı “öhdəliyin tam icra edilməsi barədə yazılı arayışın verilməsi və borc öhdəlikləri barədə qeydlərin kredit reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2(004)-3031/2020 nömrəli mülki işlə bir icraatda birləşdirilərək birgə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hər iki işə bir icraatda birgə baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Əliyeva Könül Nəriman qızı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçı Cavabdeh2 QSC BOKT-nın iddiasını qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı “xxxx” ASC-nin Xaçmaz filialı ilə xx.xx.2005-ci il tarixdə kredit müqaviləsi bağlayaraq “Qaz- 31105-120” markalı 2007-ci il buraxılışlı avtomobil almaq üçün 18 ay müddətinə 4.550 ABŞ dolları borc almış və avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə aldığı 4.550 ABŞ dolları borcu və hesablanmış faizləri vaxtından əvvəl banka qaytararaq müqavilə öhdəliyini icra etmiş və xx.xx.2016-cı il tarixdə krediti tam ödəmişdir. xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə borcunu xx.xx.2016-cı il tarixdə tam ödəməsi və banka borcu olmaması barədə İddiaçı “xxxx” ASC-nin Xaçmaz filialı tərəfindən xx.xx.2013-cü il tarixli 27 nömrəli arayış verilmişdir. Bundan başqa İddiaçı ilə “xxxx” ASC arasında hər hansı bir kredit müqaviləsi bağlanmamış və İddiaçı borc verilməmişdir. Cavabdeh2 QSC BOKT İddiaçı xx.xx.2020-ci il tarixli 1326 nömrəli məktub göndərərək bildirmişdir ki, “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə illik 15 % hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verilmişdir, müqavilə üzrə 7.956 ABŞ dolları faiz borcu qalmışdır. Həmin borcun ödənilməsini İddiaçı tələb edir. Bununla bağlı bildirir ki, iddiaçı Cavabdeh2 QSC BOKT-nın iddia tələbində göstərilən “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlandığı iddia edilən xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə İddiaçı 101.025 ABŞ dolları kredit verilməmişdir. İddiaçı xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsini və 101.025 ABŞ dolları pulun verilməsinə dair xx.xx.2006-cı il tarixli kassa məxaric orderini imzalamamış və qeyd olunan 101.025 ABŞ dolları pulu “xxxx” ASC-nin Xaçmaz filialından almamışdır. xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqavilədəki və xx.xx.2006-cı il tarixli kassa məxaric orderindəki imzaların İddiaçı məxsus olmaması və bu imzaların “xxxx” ASC-nin Xaçmaz filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X5 tərəfindən icra edildiyi “xxxx” ASCnin külli miqdarda pul vəsaitinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası DİN BMCMİ İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016cı il tarixli 7040 nömrəli ekspert rəyi ilə tamamilə sübuta yetirilmişdir. Hesab edir ki, İddiaçı bağlamadığı və imzalamadığı xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə bankın qarşısında hər hansı bir öhdəliyi yaranmadığına görə iddiaçı Cavabdeh2 QSC BOKT-nın İddiaçı qarşı xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956,02 ABŞ dolları faiz borcunun tutulmasına dair iddiası tamamilə əsassız olduğundan rədd edilməlidir. O cümlədən bu müqavilədəki imza İddiaçı məxsus olsaydı belə, həmin müqavilə üzrə üç illik iddia müddəti də buraxıldığına görə də iddia rədd edilməlidir. Həmçinin “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli SF-3701 nömrəli çıxarışda İddiaçı Cavabdeh2 QSC BOKT-a xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 748 gecikmə gününə 7.956 ABŞ dolları TOSSİK_6918 hesabı üzrə borcu olduğu qeyd edilmişdir. Qeyd edir ki, İddiaçı Cavabdeh2 QSC BOKT-dan ümumiyyətlə kredit götürməmişdir, onun TOSSİK_6918 nömrəli hesabı olmamışdır, xx.xx.2018-ci ildə Cavabdeh2 QSC BOKT İddiaçı heç bir borc verməmişdir. Azərbaycan Respublikası DİN BMCMİ İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət iş üzrə İddiaçı şahid qismində dindirilmiş, onun imza və xətt nümunələri alınmış və ekspertiza keçirilmişdir, keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli 7040 nömrəli ekspert rəyi ilə müqavilədəki və kassa məxaric orderindəki imzaların İddiaçı məxsus olmadığı tamamilə sübuta yetirilmişdir. Bu səbəbdən İddiaçı qarşı hər hansı bir ittiham verilməmişdir. İddiaçı ümumiyyətlə Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSC BOKTa, “xxxx” MMC-yə və “xxxx” ASC-yə hər hansı bir borcu yoxdur. İddiaçı adının “xxxx” MMC-də borclu kimi göstərilməsi onun hüquqlarının pozulmasına səbəb olur və ona mənəvi əzab verir. Bu səbəblərdən, İddiaçı iddiasının təmin edilməsini, iddiaçı Cavabdeh2 QSC BOKT-nın iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh1 MMC və (həmçinin iddiaçı) Cavabdeh2 QSC BOKT-nın nümayəndəsi X3 məhkəmə iclasında İddiaçı iddiasını qəbul etmədi, iddiaçı Cavabdeh2 QSC BOKT-nın iddiasını müdafiə edərək izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh2 QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh2 QSC-yə keçmişdir. Cavabdeh2 QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (Cavabdeh1 MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər Cavabdeh2 QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər S-FK-XAC-64 nömrəli xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh2 QSC-yə verilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə illik 15% hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilə üzrə əsas borc tam ödənilsə də, müqavilə üzrə 7.956 ABŞ dolları faiz borcu ödənilməmişdir. Odur ki, 7.956 ABŞ dolları faiz borcunun ödənilməsini İddiaçı tələb edirlər. Əlavə olaraq qeyd edir ki, “xxxx” ASC-nin külli miqdarda pul vəsaitinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası DİN BMCMİ İstintaq və Təhqiqat İdarəsində “xxxx” ASC-nin Xaçmaz filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmiş X5 və digərlərinin barəsində olan cinayət işinin istintaqı ilə bağlı “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsinin və xx.xx.2006-cı il tarixli kassa məxaric orderinin əsli bankdan götürülərək cinayət işinin materiallarına əlavə edilmişdir, bu səbəbdən həmin sənədlərin əslini məhkəməyə təqdim edə bilmir. Bundan başqa, “xxxx” MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli SF-3701 nömrəli çıxarışda İddiaçı adına verilmiş TOSSİK_6918 hesabı üzrə 7.956 ABŞ dolları faiz borcu olması; kreditin verilmə tarixinin xx.xx.2018-ci il; kreditin ilkin müqavilə üzrə bitmə tarixinin xx.xx.2018-ci il; kreditin son müqavilə ilə bitmə tarixi xx.xx.2018ci il; faizlərin gecikdirilmiş günlərinin sayı 748 gün kimi göstərilməsinə aydınlıq gətirərək bildirdi ki, Cavabdeh2 QSC BOKT tərəfindən İddiaçı hər hansı bir kredit verilməmişdir, bu tarixlər “xxxx” ASCnin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956 ABŞ dolları faiz borcuna dair sənədlərin Cavabdeh2 QSC BOKT-a təhvil verilməsinə dair xx.xx.2018-ci il tarixli təhvil-təslim aktının tarixi olaraq göstərilmişdir. İddiaçı “xxxx” ASC-nin Xaçmaz filialına yalnız xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956 ABŞ dolları faiz borcu vardır və hazırda həmin borcun ödənilməsini tələb etmək hüququ Cavabdeh2 QSC BOKT-a verildiyinə görə, məhkəmədə bu borcun ödənilməsinə dair iddia qaldırılmışdır. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edir. Odur ki, iddiaçı Cavabdeh2 QSC BOKT-nın iddiasının təmin edilməsini, İddiaçı iddiasının rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC-yə və “xxxx” ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir, lakin üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, İddiaçı iddiası təmin edilməli, iddiaçı Cavabdeh2 QSC BOKT-nın iddiası rədd edilməlidir. Belə ki, İddiaçı “xxxx” ASC-nin Xaçmaz filialı ilə xx.xx.2005-ci il tarixdə kredit müqaviləsi bağlayaraq “Qaz-31105-120” markalı 2007-ci il buraxılışlı avtomobil almaq üçün 18 ay müddətinə 4.550 ABŞ dolları borc almış və avtomobili ipoteka ilə yüklü etmişdir. İddiaçı xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə aldığı 4.550 ABŞ dolları borcu və hesablanmış faizləri vaxtından əvvəl banka qaytararaq müqavilə öhdəliyini icra etmiş və xx.xx.2016-cı il tarixdə krediti tam ödəmişdir. xx.xx.2005-ci il tarixli kredit müqaviləsi üzrə borcunu xx.xx.2016-cı il tarixdə tam ödəməsi və banka borcu olmaması barədə İddiaçı “xxxx” ASC-nin Xaçmaz filialı tərəfindən xx.xx.2013-cü il tarixli 27 nömrəli arayış verilmişdir. Bundan başqa İddiaçı ilə “xxxx” ASC arasında hər hansı bir kredit müqaviləsi bağlanmamış və İddiaçı borc verilməmişdir. Cavabdeh2 QSC BOKT İddiaçı xx.xx.2020-ci il tarixli 1326 nömrəli məktub göndərərək bildirmişdir ki, “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə illik 15 % hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verilmişdir, müqavilə üzrə 7.956 ABŞ dolları faiz borcu qalmışdır. Bundan sonra İddiaçı və iddiaçı Cavabdeh2 QSC BOKT hazırkı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Mülki Məcəllənin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə Cavabdeh2 QSC arasında bağlanmış “tələb hüququnun güzəşt edilməsinə dair” xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ Cavabdeh2 QSC-yə keçmişdir. Cavabdeh2 QSC-nin Nizamnaməsinə edilmiş xx.xx.2015-ci il tarixli ********* nömrəli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 570 nömrəli Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (Cavabdeh1 MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101S saylı sərəncamının icrası ilə əlaqədər Cavabdeh2 QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alması ilə bağlı borclu şəxs İddiaçı dair sənədlər S-FK-XAC-64 nömrəli xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh2 QSC-yə verilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə illik 15% hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verilmişdir. Həmin müqavilə üzrə əsas borc tam ödənilsə də, müqavilə üzrə 7.956 ABŞ dolları faiz borcu ödənilməmişdir. Odur ki, 7.956 ABŞ dolları faiz borcunun ödənilməsini İddiaçı tələb edirlər. “xxxx” MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli SF-3701 nömrəli çıxarışda İddiaçı adına verilmiş TOSSİK_6918 hesabı üzrə 7.956 ABŞ dolları faiz borcu olması; kreditin verilmə tarixinin xx.xx.2018-ci il; kreditin ilkin müqavilə üzrə bitmə tarixinin xx.xx.2018-ci il; kreditin son müqavilə ilə bitmə tarixi xx.xx.2018-ci il; faizlərin gecikdirilmiş günlərinin sayı 748 gün kimi göstərilməsinə iddiaçı Cavabdeh2 QSC BOKT-nın nümayəndəsi X3 məhkəmə iclasında aydınlıq gətirərək bildirdi ki, Cavabdeh2 QSC BOKT tərəfindən İddiaçı hər hansı bir kredit verilməmişdir, bu tarixlər “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956 ABŞ dolları faiz borcuna dair sənədlərin Cavabdeh2 QSC BOKT-a təhvil verilməsinə dair xx.xx.2018-ci il tarixli təhvil-təslim aktının tarixi olaraq göstərilmişdir. “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı adından bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsinə əsasən illik 15 % hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verildiyi göstərilmişdir. (Surəti işə əlavə edilib, əsli cinayət işinə əlavə edilib) “xxxx” ASC-nin Xaçmaz filialının xx.xx.2006-cı il tarixli kassa məxaric orderində göstərilir ki, “xxxx” ASC-nin Xaçmaz filialı tərəfindən İddiaçı 101.025 ABŞ dolları kredit verilmişdir. (Surəti işə əlavə edilib, əsli cinayət işinə əlavə edilib) Cavabdeh2 QSC BOKT-nın nümayəndəsinin vəsatəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə xx.xx.2020-ci il tarixli sorğu göndərilərək, ********* nömrəli cinayət işi üzrə istintaq hərəkətlərinin davam etdirilib-etdirilməməsi, İddiaçı həmin cinayət işində adının hansı qismdə keçməsi, həmin cinayət işinin hazırda məhkəməyə göndərilib-göndərilməməsi barədə ətraflı məlumat verilməsi, həmçinin, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2006ci il tarixli 546/06 saylı müqavilənin əslinin cinayət işinə əlavə edilmişdirsə, həmin müqavilədəki imzanın İddiaçı məxsus olub-olmamasının yoxlanılması üçün məhkəmə-xətşunaslıq ekspertizası keçirilmişdirsə, həmin ekspertiza rəyinin və müqavilənin təstiq olunmuş surətinin məhkəməyə göndərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi xx.xx.2021-ci il tarixli 6/43-534 nömrəli məktubla məhkəmənin sorğusuna cavab verərək bildirmişdir ki, “xxxx” ASC-nin külli miqdarda pul vəsaitinin ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən cinayət yolu ilə ələ keçirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla X4 və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan cinayət iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli 7040 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Məmmədov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları pulun götürülməsi barədə xx.xx.2006-ci il tarixli kassa məxaric orderində “Borc alan” qrafasındakı imza İddiaçı tərəfindən deyil, “xxxx” ASC-nin Xaçmaz filialının müdiri vəzifəsində işləmiş X5 tərəfindən icra edilmişdir. Hazırda cinayət işi üzrə “xxxx” ASC-nin Xaçmaz filialında kredit sənədlərinin saxtalaşdırılması epizodu üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üzrə aidiyyəti şəxslərin əməlinə hüquqi qiymət verilməsi üçün araşdırma davam etdirilir. Soloğuya əsasən məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2016-cı il tarixli 7040 nömrəli ekspert rəyinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2016-cı il tarixli 7040 nömrəli ekspertiza rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla X4 və Təhqiqat İdarəsində ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsində “Borc alan” qrafasındakı imzalar, həmin filiala yazılmış ərizədə “Məmmədov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları pulun götürülməsi barədə xx.xx.2006-ci il tarixli kassa məxaric orderində “Borc alan” qrafasındakı imza İddiaçı tərəfindən deyil, “xxxx” ASC-nin Xaçmaz filialının müdiri vəzifəsində işləmiş X5 tərəfindən icra edilmişdir. Məhkəmə qeyd edir ki, llik 15 % hesablanmaqla 12 ay müddətinə İddiaçı 101.025 ABŞ dolları kredit verilməsinə dair “xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı adından bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsindəki “Borc alan” qrafasındakı imza, həmin filiala yazılmış ərizədə “Məmmədov” soyadı və onun qarşısındakı imza, bankdan 101.025 ABŞ dolları pulun götürülməsi barədə xx.xx.2006-ci il tarixli kassa məxaric orderində “Borc alan” qrafasındakı imza İddiaçı tərəfindən deyil, “xxxx” ASC-nin Xaçmaz filialının müdiri vəzifəsində işləmiş X5 tərəfindən icra edildiyinə görə, İddiaçı “xxxx” ASC-nin qarşısında hər hansı bir öhdəliyi yaranmamışdır, İddiaçı imzalamadığı müqavilə və xx.xx.2006-cı il tarixli kassa məxaric orderində göstərilən 101.025 ABŞ dollarını almadığına görə, 101.025 ABŞ dollarına hesablanmış 7.956 ABŞ dolları faiz borcunun ödənilməsi üçün “xxxx” ASC-nin və Cavabdeh2 QSC BOKT-nın qarşısında hər hansı bir məsuliyyət daşımır. Cavabdeh2 QSC BOKT xx.xx.2006-cı il tarixli müqavilə üzrə yaranmış 7.956 ABŞ dolları faiz borcunun ödənilməsini İddiaçı tələb edə bilməz. Çünki, Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı Cavabdeh2 QSC BOKT belə bir mötəbər sübutların mövcud olmasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh2 QSC BOKT iddia tələbi özü-özlüyündə əsassız olduğundan təmin edilə bilməz. Əksinə İddiaçı “xxxx” ASC-dən borc almaması və xx.xx.2006-cı il tarixli müqavilə üzrə borcu olmaması rəsmi sənədlərlə sübuta yetirildiyinə görə, İddiaçı iddiası təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSC BOKT-a və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC-yə və “xxxx” ASC-yə qarşı “öhdəliyin tam icra edilməsi barədə yazılı arayışın verilməsi və borc öhdəlikləri barədə qeydlərin kredit reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı “xxxx” ASC-yə borcu olmamasına dair yazılı arayış verilməsi öhdəliyi cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 QSC BOKT-nın üzərinə qoyulsun. İddiaçı adına aktiv öhdəlik olaraq qeyd edilmiş TOSSİK_6918 nömrəli hesab və xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə TOSSİK_6918 nömrəli hesabda faiz borcu kimi 7.956,00 ABŞ dolları borcun olmasına dair qeydlərin kredit reyestrindən silinməsi barədə “xxxx” MMC-yə rəsmi müraciət edilməsi öhdəliyi - məlumat təchizatçısı kimi Cavabdeh2 QSC BOKT-nın üzərinə qoyulsun. Ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı aid edilsin. İddiaçı Cavabdeh2 QSC BOKT-nın cavabdeh İddiaçı qarşı ““xxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2006-cı il tarixli 546/06 nömrəli kredit müqaviləsi üzrə yaranmış 7.956,02 ABŞ dolları faiz borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh2 QSC BOKT-a ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı Cavabdeh2 QSC BOKT-a aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar