Məhkəmə qərarları › İş №2(004)-2044/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2044/2023

11.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2044/2023 11.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2579/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, onun iddia tələbi təmin olunaraq, xx.xx.2018-ci il tarixdən başlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3928/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh 10 04.2009-cu təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərşk, 154 mana müəyyən edilməsi qət edilmişdir. Hazırda aşağıda qeyd olunanlara əsasən, məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etmək məcburiətində qalmışdır. Oğlunun normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşäq əyləncələri geyim əşyaları tələb olunur. Bütün bunları oğlu üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyri-mümkündür. Lakin, cavabdeh Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-2579/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsində qeyd olunmuş alimenti ödəməklə atalıq vəzifəsini və öhdəliyini icra etmiş hesab edir. Cavabdehin hazırda ödədiyi aliment məbləği ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumdan çox aşağı bir aliment məbləğidir. Qeyd etdiyi kimi, oğlunun normal yaşayışını təmin etmək üçün bütün bunların təşki olunmasında ona hər-hansı bir köməklik göstərmir. Hal-hazırda oğlunun yetkinlik yaşına çatmamasını nəzərə alsaq hazırda ödənilən aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Oğlunun elmi inkişafını yetişdirmək üçün ümumi orta təhsildən əlavə olaraq həmçinin kurslara gedir. Bu səbəbdən də zamanla məsrəfləri artmağa başlayır. Məhkəmə iclasında iştirak edən cababdeh Cavabdeh iddia tələbinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. O, izahatında bildirmişdir ki, başqa ailəsi var və həmin nikahdan da uşaqları vardır.Eyni zamanda məhkəməyə iddaçının işləməsini bildirərək iddaçının iş yerinin məhkəmə sistemində çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(005)-2579/2018 saylı qətnaməsindən görünür ki, xx.xx.2018-ci il tarixdən başlayaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli 2(005)-3928/2017 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilərək 154 manat müəyyən edilməsi və qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında Bakı şəhəri Xəati rayon qeydiyyat şöbəsində 14 aprel 2012-ci il tarixdə 474 akt qeydi ilə qeydə alınmaqla nikah bağlanmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Cavabdeh ilə X1 arasında bağlanmış nikahdan 3 övladı var: xx.xx.2021-ci il təvəllüdlü X8, xx.xx.2013-cü il təvllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X5. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil nazirliyi Abşeron-Xızı regional təhsil idarəsində “direktor” vəzifəsində işləyir və 487 manat məbləğində aylıq əmək haqqı alır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay 154 manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Habelə, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 75.1-ci maddəsinə sasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 82.3-cü maddəsinə əsasən övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahında övladları olmuş və həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 may 2018-ci il tarixli 2(005)-2579/2018 saylı qətnaməsi ilə hər ay Cavabdeh 154 manat alimentin tutulması qət edilmişdir. Daha sonra Cavabdeh X1 ilə nikaha daxil olaraq həmin nikahdan 3 azyaşlı uşaqları vardır. Hazırda İddiaçı alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh artıq evlidir və digər nikahdan da uşaqları var. Həmçinin iddiaçı özü Azərbaycan Respublikası Təhsil nazirliyi Abşeron-Xızı regional təhsil idarəsində “direktor” vəzifəsində işləyir və 487 manat məbləğində aylıq əmək haqqı alır. Bunlardan başqa qanunvericiliyə əsasən alimentin artırılması üçün cavabdehin maddi vəziyyətində müsbət dəyişiklik müəyyən edilməlidir. Lakin cavabdehin maddi vəziyyətində müsbət dəyişiklik məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bununla da, məhkəmə hesab edir ki, Cavabdeh artıq digər nikahdan olan uşaqları da azyaşlı olduğundan, həmçinin İddiaçı Azərbaycan Respublikası Təhsil nazirliyi Abşeron- Xızı regional təhsil idarəsində “direktor” vəzifəsində işləyərək 487 manat məbləğində aylıq əmək haqqı aldığından və bunlardan başqa birgə nikahdan doğulmuş uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar