Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2045/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12.06.2020-ci il tarixli müqavilələr üzrə 30.000 ABŞ dolları məbləğidə borcun və 144 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında 12.06.2020-ci il tarixində notarial qaydada təsdiqlənmiş 2 kredit müqaviləsi bağlanılmışdır. Kredit müqavilələrinə əsasən borc alana müvafiq olaraq 20.000 ABŞ dolları və 10.000 ABŞ dolları borc vermiş, borcalan isə həmin borc məbləğlərini 12.09.2020-ci il tarixinədək qytarmağı öhdəsinə gptürmüşdür. Təxminən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, cavabdeh hələ də hər 2 müqavilə üzrə öhdəliklərini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 06.04.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək,məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə aralarında bağlanmış 12.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ondan 30000 ABŞ dolları borc götürmüş, pandemiya ilə əlaqədar, həmçinin səhhətində yaranan narahatlıqla bağlı borcu ödəməsi mümkün olmamışdır. Kredit götürərək borcunu qaytaracaq, bunun üçün vaxta ehtiyacı vardır. Hazırki məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilən cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 467, 739.1, 739.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan 12.06.2020-ci il tarixdə 3 saylı Notariat Ofisində bağlanılmış kredit müqavilələrinə əsasən borc verən İddiaçı tərəfindən borc alan Cavabdeh 12.09.2020-ci il tarixinədək qaytarılması şərtilə müvafiq olaraq 20.000 ABŞ dolları və 10.000 ABŞ dolları məbləğində borc pul verilmişdir. İş materiallarında olan 25.08.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 12.06.2020-ci il tarixli müqavilələr üzrə öhdəliklərin 20 gün müddətində yerinə yetirilməsini bildirmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilələr üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, cavabdehdən 12.06.2020-ci il tarixli kredit müqavilələri üzrə 30.000 ABŞ dolları məbləğidə borc və 144 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, və Mülki Məcəllənin 739-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin Cavabdeh 12.06.2020-ci il tarixli kredit müqavilələri üzrə 30.000 (otuz min) ABŞ dolları məbləğində borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 144 (yüz qırx dörd) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-2045/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2045/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver