Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2049/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair ilk iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 100 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X6 adlı bir uşağı doğulmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği artırılmış, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh iddiaçıya uşağın saxlanılmasında maddi köməklik göstərmir. İddiaçı qeyri-rəsmi olaraq işləyir və 200 manat əmək haqqı alır və uşağın saxlanılmasında maddi çətinlik çəkir. Odur ki, alimentin miqdarının artırılaraq hər ay 175 manat müəyyən edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddiasını müdafiə etdi və izahatında bildirdi ki, o, İddiaçı ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2016-cı il təvəllüdlü Ruqiyyə adlı bir uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və onun arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Ruqiyyə anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə ondan xx.xx.2016-cı il təvəllüdlü Ruqiyyənin saxlanılması üçün tutulan alimentin məbləği artırılmış, ondan hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda o, ikinci dəfə ailə qurmuşdur. Onun həyat yoldaşı işləmir. Onun ikinci nikahından xx.xx.2020-ci il təvəllüdlü X7 adlı övladı doğulub. Eyni zamanda o, sağtərəfli spontan pnevmotoraks xəstəliyindən əziyyət çəkir. O, “xxxx” MMC-də porter (təmizlikçi) vəzifəsində çalışır. Onun rəsmi əmək haqqı cəmi 500 manat təşkil edir, vergilər tutulandan sonra 456 manat kartına köçürülür. Bu səbəbdən, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddiasının təmin edilməsini, azyaşlı Ruqiyyə üçün tutulan aliment məbləğinin azaldılaraq 100 manat müəyyən edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı və işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı və Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X6 adlı bir uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(004)-8016/2017 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikah pozulmuşdur, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X6 anasının yanında saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qətnaməsi ilə Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan alimentin məbləği artırılmış, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4344/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi” tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 50 manat müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 363718 nömrəli nikah haqqında şəhadətnaməsi ilə müəyyən edilmişdir ki, Cavabdeh və X5 xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Cavabdeh və N.Zeynalovanın həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X7 adlı bir övladı doğulmuşdur. (4 saylı Bakı “ASAN Xidmət” X4 xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 497165 nömrəli). “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən “xxxx” MMC-də porter vəzifəsində çalışır və onun aylıq əmək haqqı 456.50 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin xəstəlik tarixindən çıxarışın surətindən müəyyən edilmişdir ki, Cavabdeh “sağtərəfli spontan pnevmotoraks” diaqnozu qoyulmuşdur. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Odur ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək həy ay 175 manat müəyyən edilməlidir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, uşağın mənafeyini, tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilməli, tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cavabdeh Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 100 manat müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilməlidir. Çünki, alimentin miqdarının azaldılaraq 100 manat müəyyən edilməsi, uşağın mənafeyinə ziddir. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh İddiaçı qarşı “Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-1794/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 120 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 100 (yüz) manat müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 11 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2049/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2049/2021
05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver