Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2049/2023 04.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 onun hərəkətləri nəticəsində ona dəymiş 3800 manat ziyanın, hüquqi yardım üçün ödədiyi 75 manat və dövlət rüsumu olaraq ödənilmiş 58 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhərimndə yerləşən ticarət mərkəzlərinin birində qızıl-zinət əşyalarının alış-satışı ilə məşğul olur. Cavabdeh ilə tanışlıq münasibətləri ilk dəfə qızıl satışı ilə başlanmışdır. Daha sonra davamlı olaraq cavabdeh onunla müəyyən formada qızıl əşyaları almış və hətta qeyd etdiyi kimi cavabdehə müəyyən qədər etibarı olduğundan aldığı qızıl əşyalarını hissə-hissə ödəniş edilməsi üçün şərait yaratmağına səbəb olmuşdur. Cavabdeh tərəfindən 9 adda qızıl zinət əşyası cəmi çəkisi 43,25 qr olmaqla ümumi dəyəri 3800 manat təşkil etmişdir. Bir müddət sonra cavabdehlə əlaqə saxlansa da, müəyyən vaxt ərzində ödəniş olunacağını bildirmişdir. Lakin cavabdeh sonda vədinə əməl etməmiş və nəticədə ona ümumilikdə 3800 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Cavabdehlə də belə tanış olmuş və tədricən aralarında etibar yaranmışdır. O, cavabdehə qızıl-zinət əşyalarını satması üçün vermişdir. O, da həmin əşyaları satdıqdan sonra pulunu gətirib vermişdir. Sonuncu dəfə xx.xx.2022ci il tarixində iddia ərizəsində göstərilən 9 adda qızıl-zinət əşyasını ona satmaq üçün verdikdə isə, o, həmin əşyaların pulunu gətirməmişdir. Bundan sonra cavabdehlə əlaqə saxlamağa çalışsa da, o zənglərinə cavab verməmişdir. Daha sonra cavabdehin həyat yoldaşı ilə əlaqə saxlasa da, o bu işə qarışmadığını və məsələni özlərinin həll etməsini bildirmişdir. İzahatına əlavə olaraq iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul edir. Baxmayaraq ki, iddiaçı ilə məhkəmə mübahisələri var, lakin münasibətləri yaxşıdır. Onun iddiaçıya borcu çox, təxminən 7500 manat miqdarında olmuşdur. Bu borcu qismən ödəmişdir. Lakin sonuncu dəfə o, iddiaçıdan aldığı qızıl-zinət əşyasını X3 adlı şəxsə satmışdır. Həmin xanım bu ilin yanvar ayının 20-i dünyasını dəyişmişdir. 2022-ci ilin oktyabr ayından ödənişləri etmişdir və bu iddiaçı ilə yazışmalarında da öz əksini tapır. Solmaz xanım dünyasını dəyişdikdən sonra gözündən əməliyyat olunmuşdur. Gözünün görmə faizi 1%-ə qədər düşmüş və 2 aya yaxın müddətdə işsiz qalmışdır. Yataq xəstəsi olduğuna görə də telefonlara cavab verə bilməmişdir. Daha sonra iddiaçı ilə əlaqə saxlayaraq ona vəziyyəti izah etmiş və onunla görüşüb mübahisəni yoluna qoyacağını bildirmişdir. Hal-hazırda iddiaçıdan 9 adda qızıl-zinət əşyasını götürməyini və iddianın 3685 manat hissəsini qəbul edir. Bu barədə ərizəni məhkəməyə təqdim edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ö iddiaçıdan iddia ərizəsində göstərilən 9 adda qızıl əşyasını götürmüş və iddia ərizəsini 3685 manat hissəsində qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, İddiaçı cəmi 58 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı 4 saylı Bakı ASAN Xidmət mərkəzinin hesabına hüquqi yardım üçün 75 manat məbləğində vəsait ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh etiraf etdiyi həcmdə, yəni 3685 manat məbləğində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 3685 manat pul tutularaq iddiaçı X1 ödənilməlidir. Məhkəmə həmçinin iddianın 58 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən 3685 manat məbləğində təmin edildiyindən dövlət rüsumu da həmin məbləğə mütənasib olaraq 58 manat məbləğində deyil 5685 manat məbləğindöə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, məhkəmə həmçinin hesab edir ki, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 75 manat məbləöində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3685 (üç min altı yüz səksən beş) manat, hüquqi yardımın göstərilməsinə görə 75 (yetmiş beş) manat və dövlət rüsumu olaraq ödənilmiş 56,85 (əlli altı manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2049/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2049/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver