Məhkəmə qərarları › İş №2(004)-205/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-205/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-205/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 05L000004948 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 30000 (otuz min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 05R000011721 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6500 (altı min beş yüz) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 05R000011721S saylı, xx.xx.2015-ci il tarixli 05R00001172İSA saylı, xx.xx.2016-cı il tarixli 05R000011721SB saylı, xx.xx.2017-ci il tarixli 05R000011721SC saylı, xx.xx.2017-ci il tarixli 05R000011721SD saylı, xx.xx.2018-ci il tarixli 05R000011721SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 5523.48 manat ödəmiş, onun 976.52 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 403 gün üçün hesablanmış faiz borcu 394.92 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytamıadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 403 gün üçün hesablanmış cərimə 784.95 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasım təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1. Cavabdeh3, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 05R000011721 saylı kredit razılaşması və ona əlavə edilmiş əlavə sazişlər üzrə 976.52 manat məbləğində kredit borcu, 394.92 manat məbləğində faiz borcu və 784.95 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2156 (iki min yüz əlli altı) manat 39 (otuz doqquz) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onlar əsas borc hissəsində ekspert rəyi ilə razıdır, lakin faiz borcu hissəsində isə razı deyillər. Faiz borcu üzrə tutulma iddia ərizəsində qeyd edilmiş məbləğdə tutulmalıdır. Ekpsert öz rəyində müqavilə müddəti bitdikdən sonra 152 manat ödəniş edilməsini göstərsə də, həmin məbləğin 122 manatı dövlət tərəfindən pandemiyadan zərərçəkmiş şəxslərə ödənilmiş məbləğdi. Həmin məbləğ cavabdehin hesabina oturmuş və elə özü tərəfindən çıxardılmışdır. Qalan 30 manat isə kredit müqaviləsinin müddəti botdokdən sonra cavabdeh tərəfindən kredit borcu üzrə ödənilmiş borcdur və bank tərəfindən faiz borcuna silinmişdir. Onlar məhkəməyə müraciət edərkən edilmiş ödənişləri də, nəzərə almışlar. Qeyd edilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirdi ki, bank ilə onun bağladığı müqavilə üzrə ümumiyytələ qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, bank ilə onun arasında bağlanmış 005L000004948 nömrəli, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən ona 120 ay müttəinə 30000 ABŞ dolları məbləğində uzun müddətli kredit xətti açılmış, daha sonra xx.xx.2014-cü il tarixli 05R000011721 saylı kredit razılaşmasına əsasən bank tərəfindən ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla 6500 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə digər cavabdehlər isə zamin dayanmışdır. Daha sonra ödənişlərində gecikmələr olduğu üçün bank ilə arasında bağlanmış müqavilə üzrə müxtəlif vaxtlarda restrukturizasiya edilmiş və hər dəfəsində faiz və cərimə məbləği toplanılaraq şişirdilmişdir. O, banka olan 8466.38 manat məbləğində borcu qarşılığında 9408 manat məlbəğində ödəniş etmişdir. Bundan başqa o, kredit müqviləsinin qüvvədə olma müddəti bitdikdən sonra banka ümumilikdə 30 manat ödəniş etmişdir. Pandemiyadan zərərçəkmiş şəxs kimi isə ona dövlət tərəfindən 122 manat məbləğində ödəniş edilmiş və həmin ödənişi də, bank hesabından çıxartmışdır. Hesab edir ki, onun kredit müqaviləsi üzrə borcu qalmamışdır. Qeyd edilənlərə əsaəsn iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş, eyni zamanda cavabdehlərin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehlərin qeydiyyatda olduğu yer üzrə Mənzil Kommunal Təsərrüfat Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 005L000004948 nömrəli, xx.xx.2014-cü il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə 120 ay müttəinə 30000 ABŞ dolları məbləğində uzun müddətli kredit xətti açılmış, xx.xx.2014-cü il tarixli 05R000011721 saylı kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla 6500 manat məbləğində kredit verilmiş, Cavabdeh3 və Cavabdeh2 isə İddiaçı QSC ilə arasında bağlanmış 05S000010811 nörməli, xx.xx.2014-cü il və 005S**********01 nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında birgə məsuliyyət daşıyır. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 05R000011721S saylı, xx.xx.2015-ci il tarixli 05R00001172İSA saylı, xx.xx.2016-cı il tarixli 05R000011721SB saylı, xx.xx.2017-ci il tarixli 05R000011721SC saylı, xx.xx.2017-ci il tarixli 05R000011721SD saylı, xx.xx.2018-ci il tarixli 05R000011721SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş, kreditin son ödəniş tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 470.1, 472.1 və 472.3-cü maddələrinə əsasən və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borc hissəsində qismən təmin edilərək, kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra cavabdeh tərəfindən kredit müqaviləsi üzrə banka ödənilmiş 30 manat məbləğində pul vəsaiti də, nəzərə alınmaqla cavabdehlərdən iddiaçının xeyrinə əsas borc üzrə 946.52 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5474 nömrəli rəyinə əsasən, müqavilə müddəti bitdikdən sonra cavabdehin hesabına 152 manat məbləğində ödəniş edilməsi müəyyən edilsə də, iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdeh kredit müqaviləsinin qüvvədə olma müddəti bitdikdən sonra kredit müqaviləsi üzrə banka ümumilikdə 30 manat məbləğində ödəniş etmiş, hesabına mədaxil və məxaric edilmiş 122 manat məbləğində pul vəsaiti isə ona pandemiya dövründə ödənilmiş kompensasiya məbləğidir ki, həmin məbləğ də, özü tərəfindən çıxardılmışdır. Sözü gedən bu hal iş üzrə tərəflərin etirafedici izahatları ilə də, öz təsdiqini tapmışdır. Məhkəmə eyni zamanda iddia tələbinin faiz borcuna münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də, qismən təmin edilməlidir. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5474 nömrəli rəyinə əsasən, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 05R000011721 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixə (kredit müqaviləsinin qüvvədə olma tarixinə) İddiaçı QSC-yə olan borcu faiz borcu üzrə 69.16 manat məbləğində borcunun olması müəyyən edilmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə həmçinin iddia tələbinin cavabdehlərdən müştərək qaydada İddiaçı QSCnin xeyrinə 784.95 manat məbləğində cərimə borcunun tutulması hissəsi ilə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış 784.95 manat dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 90 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 946 (doqquz yüz qırx altı) manat 52 (əlli iki) qəpik, faiz borcu üzrə 69 (altmış doqquz) manat 16 (on altı) qəpik, cərimə borcu üzrə 90 (doxsan) manat, ümumilikdə 1105 (bir min yüz beş) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 48.70%-i, yəni 14 (on dörd) manat 60 (altmış) qəpik iddiaçıya aid edilməli, qalan 51.30%-i, yəni 15 (on beş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 48.70%-i, yəni 70 (yetmiş) manat 60 (altmış) qəpiyi iddiaçıdan, 51.30%-i, yəni 74 (yetmiş dörd) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 946 (doqquz yüz qırx altı) manat 52 (əlli iki) qəpik, faiz borcu üzrə 69 (altmış doqquz) manat 16 (on altı) qəpik, cərimə borcu üzrə 90 (doxsan) manat, ümumilikdə 1105 (bir min yüz beş) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 48.70%-i, yəni 14 (on dörd) manat 60 (altmış) qəpik iddiaçıya aid edilsin, qalan 51.30%-i, yəni 15 (on beş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilsin. İş üzrə məhkəmə məsrəfi olan 145 (bir yüz qırx beş) manat ekspertiza xərcinin 48.70%-i, yəni 70 (yetmiş) manat 60 (altmış) qəpiyi iddiaçıdan, 51.30%-i, yəni 74 (yetmiş dörd) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar