Məhkəmə qərarları › İş №2(004)-2052/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2052/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2052/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “borc tələbinə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7820 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri 51 saylı Notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7800 manat borc vermişdir. Cavabdeh müqavilənin 2-ci bəndinə görə aldığı borcu xx.xx.2020-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürsə də, bu günə qədər aldığı puldan heç nə ödəməmişdir. Hal-hazırda cavabdehin ona 7820 manat ödənilməmiş borcu vardır. Cavabdehə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, o müxtəlif bəhanələr gətirərək, borcu ödəməkdən əsəssız şəkildə boyun qaçırmışdır. Bakı şəhəri 19 saylı Notariat ofisinin 8İ-4358 saylı, xx.xx.2020-ci il tarixli icra qeydini icra etmədiyi üçün cavabdeh barədə Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarı ilə geri qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, izahatında göstərdi ki, işə məhkəmədə baxıldığı dövrdə cavabdeh tərəfindən iddiaçıya borcundan 300 manat ödəniş edilmişdir. Odur ki, cavabdehdən iddiaçının xeyrinə 7520 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3., 442, 447, 739.1, 739.2-ci maddələrini nəzərə alaraq, müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 7800 manat borc vermişdir. Cavabdeh müqavilənin 2-ci bəndinə görə aldığı borcu xx.xx.2020-ci il tarixinə qədər qaytarmağı öhdəsinə götürsə də, borcundən cəmi 300 manat ödəmiş, 7500 manat borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 7500 manat borc və 30 manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia cərimənin tutulmasının qalan hissəsinə münasibətdə təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunun azaldılmasını məqbul saymışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar