Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2053/2022 11.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində olan Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı “pozulmuş sosial təminat hüququnun bərpa edilməsi və bu əsasda dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində olan Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı “pozulmuş sosial təminat hüququnun bərpa edilməsi və bu əsasda dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, iddiaçı əlillik statusunun bərpası və ödənilməmiş əlillik təqaüdünün və ya dəymiş maddi ziyanın ödənilməsini, metropolitendə baş vermiş kütləvi faciəvi qəzada digər insanları xilas edərkən ağır bədən xəsarətləri alaraq əlil olduğuna dair iddiaçı tərəfindən imzalanmış mövcud olan hüquqi aktın ona verilməsi üçün Səbail Rayon Prokurorluğu qarşısında və eyni zamanda ƏƏSMN qarşısında məsələ qaldırılmasını, yeni tərkibdə X1 Komissiyası tərəfindən iddiaçını ümumi əlillik statusu ilə deyil-qəza nəticəsində əlil olduğu statusu ilə qeyd etmələrinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən məsələlərə iddia qaydasında ümumi məhkəmələrdə baxılmır. Əlillik statusunun verilməsi, təqaüdün ödənilməsi üçün iddiaçı müvafiq qaydada inzibati orqana və ya inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və iddiaçıya inzibati icraat qaydasında müvafiq icra hakimiyyəti orqanına və ya Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilməldir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tabeliyində olan Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Ağentliyinə qarşı “pozulmuş sosial təminat hüququnun bərpa edilməsi və bu əsasda dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçıya müvafiq inzibati orqana və ya inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərid Əyyubov Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2053/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2053/2022
11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver