Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2059/2023 01.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hasisəsi nəticəsində cavabdeh idarə etdiyi Mercedes markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçıya məxsus olan **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 9400 manat zərər vurmuşdur. Avtomobilin təmirinə "xxxx" ASC tərəfindən 5000 manat xərc çəkilmiş, qalan məbləğin cavabdeh tələb edilməsi hüququ iddiaçıya izah edilmişdir. Göstərilənlərə əsasən, sığorta xidməti tərəfindən ödənilmiş 5000 manat hissə nəzərə alınmaqla, vurulmuş zərərin qalan 4400 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan PXA 120304 nömrəli sığorta aktına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. Göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ İŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar olaraq Cavabdeh əməlində cinayət tərkibi olmadığından sonuncu barədə cinayət işinin başlanılması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan 3656 nömrəli "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən olunur ki, **-KO-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı, Volksvagen Touareg markalı avtomobilin təmir-bərpa xərci 9400 manat təşkil edir. İş materiallarında olan 9/3913 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən **-KO-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı, Volksvagen Touareg markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7840 (yeddi min səkkiz yüz qırx) manat təşkil edir. İş materiallarında olan 9/7289 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən olunur ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən **-KO-*** dövlət qeydiyyat nişanlı, 2004-cü il buraxılışlı, Volksvagen Touareg markalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 8120 (səkkiz min yüz iyirmi) manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Belə ki, MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. MM-in 1108.3-cü maddəsinə əsasən, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Delikt hüquq institutunun əsaslarını nəzərdən keçirdikdən sonra məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə yuxarıda qeyd olunan dispozitiv şərtlərin hər üçü yerinə yetirilir, mübahisə üzrə MM-in 1108-ci maddəsində göstərilən əsaslar müəyyən edilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hasisəsi nəticəsində Cavabdeh yüksək təhlükə mənbəyi qismində idarə etdiyi Mercedes markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı məxsus olan **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə ilə əlaqədar Cavabdeh təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. İş materiallarında olan qüsur aktına əsasən avtomobilə vurulmuş zərərin məbləği 9400 manat göstərilsə də, keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası nəticəsində tərtib edilmiş rəyə əsasən avtomobilə vurulmuş zərərin həcmi 7840 (yeddi min səkkiz yüz qırx) manat müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məbləğlə (9400 manat) ekspert rəyində göstərilən məbləğ (7840 manat) arasında ziddiyyət vardır. Məhkəmə xüsusi biliklərə malik ekspertin tərtib etdiyi rəyi "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına nisbətdə daha mötəbər, peşəkar əsaslarla tərtib edilmiş hesab edir. Bu səbəbdən, iddiaçıya məxsus olan avtomobilə vurulan zərərin məbləği 8120 (səkkiz min yüz iyirmi) manat manat müəyyən edilir. Vurulmuş ümumi zərərin 5000 manat hissəsi sığorta ödənişi formasında realizə edilmişdir, bu hal mülki işin mübahisəsiz halıdır. Qalan 3120 manat hissəsi isə ödənilməmiş qalmışdır. Məhkəmə iş materiallarında olan 9/3913 nömrəli xx.xx.2023-cü il tarixli və 9/7289 nömrəli xx.xx.2023-cü il tarixli ekspert rəyləri arasındakı ziddiyyətlə bağlı (məbləğə dair hissədə) 2-ci rəyi daha üstün hesab edir. Belə ki, birinci ekspertiza rəyi ilə razılaşılmaması əsası ilə təyin edilmiş ikinci ekspertiza rəyi daha ətraflı, detalları formada tərtib edilmiş, yekun zərər məbləğini özündə əks etdirir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən iddiaya etiraz edilsə də, etirazın əsasları sübuta yetirilməmişdir. Həmçinin, qeyd olunan xüsusatların məhkəmə tərəfindən məhkəmənin öz təşəbbüsü ilə araşdırılması məhkəmənin arbitr rolunun pozulması ilə mülki prosessual qanunvericiliyin prinsiplərinin kobud şəkildə pozulması ilə nəticələnər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3120 (üç min yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış 2 (iki) ekspertiza üzrə ümumilikdə 150 (yüz əlli) (50+100) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 3120 (üç min yüz iyirmi) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2059/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2059/2023
01.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver