Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2067/2023 18.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə cavabdeh ilə iddiaçı arasında bağlanmış razılaşma müqaviləsində göstərilmiş 17500 manat əsas borc, 8750 manat cərimə borcu olmaqla, ümumilikdə 26250 manat borcun və 170 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2019-cu ilin oktyabr ayında iddiaçıdan 30000 manat pul məbləğini 2020-ci ilin yanvar ayınadək qaytarmaq şərti ilə borc almış və həmin borcdan 9500 manatı ödəyərək qalan 20500 manatı ödəməkdən imtina etmişdir. İddiaçının Bakı şəhər Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə şikayət ərizəsindən sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixində Bakı şəhəri 9 saylı notariat ofisində razılaşma müqaviləsi bağlanmışdır. Həmin razılaşma müqaviləsinin şərtlərinə görə, cavabdeh 20500 manat pul məbləğini 16 ay ərzində xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 1300 manat, axırıncı ay 1000 olmaqla hər ayın 6-na kimi "xxxx" ASC-də iddiaçıya məxsus olan hesab nömrəsinə (3801000GB607034A70) ödəməyi, müqavlənin şərtini pozduğu halda isə 20500 manatdan əlavə, həmin məbləğin 50 faizi midarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı isə bu müqavilə bağlandıqdan sonra cavabdehə qarşı heç bir şikayəti olmayacağını öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən notariat qaydasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma müqaviləsinin şərtləri pozulmuş, o, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Müqavilədə razılaşdırılmış kimi cavabdeh öhdəliklərini yerinə yetirmədiyinə görə ödənilməyən 17500 manat borcun 50 faiz həcmində, yəni 8750 manat cərimə ödəməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri 9 saylı notariat ofisində bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma müqaviləsinə əsasən, Cavabdeh 20500 manat pul məbləğini 16 ay ərzində xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay 1300 manat, axırıncı ay 1000 olmaqla hər ayın 6-na kimi "xxxx" ASC-də İddiaçı məxsus olan hesab nömrəsinə (3801000GB607034A70) ödəməyi, müqavlənin şərtini pozduğu halda isə 20500 manatdan əlavə, həmin məbləğin 50 faizi midarında cərimə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı isə bu müqavilə bağlandıqdan sonra Cavabdeh qarşı heç bir şikayəti olmayacağını öhdəsinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh razılaşma müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etmədiyindən, iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyi üçün iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 170 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 17500 (on yeddi min beş yüz) manat əsas, 8750 (səkkiz min yeddi yüz əlli) manat cərimə olmaqla, cəmi 26250 (iyirmi altı min iki yüz əlli) manat borc və 170 (yüz yetmiş) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-2067/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2067/2023
18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver