Məhkəmə qərarları › İş №2(004)-2083/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2083/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2083/2024 14.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı bir-biri ilə əlaqəsi olmayan 3 (üç) cavabdehə qarşı ayrı-ayrı faktiki əsaslara və xüsusən ayrı hüquqi münasibətlərə söykənən tələbləri eyni icraatda birləşdirmişdir. İddiaçı ilə cavabdehlər arasında iddia olunan münasibətlərin subyekt tərkibi fərqlidir. Bu səbəbdən, ayrı-ayrı münasibətlər üzrə fərqli nəticələrə gəlinə bilər. Sözügedən tələblərin eyni icraatda birləşdirilməsi operativ məhkəmə araşdırmasının aparılmasına maneəçilik törədəcəkdir. Bu səbəbdən, tələblər ayrıayrılıqda tərtib edilməklə məhkəməyə ünvanlanmalı və hər tələb üzrə qanunla müəyyən edilmiş miqdarda dövlət rüsumunun ödənilməsi təmin edilməlidir. Bundan əlavə iddiaçı iddia ərizəsinə əlavə olunmuş müvafiq dövlət rüsumunun ödənilməsinə dair qəbzdə olan qeydlərə əsasən müəyyən olunur ki, sözügedən rüsum məbləği aidiyyatı məhkəmə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına ödənilməli olduğu halda, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Həmin rüsum hazırki mülki iş üzrə sistemə əlavə edilməmişdir. Məhkəmə iddiaçıya izah edir ki, tələb üzrə müvafiq sübutlar iddia ərizəsinə əlavə edilməklə məhkəməyə müraciət edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən, hesab edir ki, ərizə geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra ümumi qaydada cavabdeh(lər)in qeydiyyat ünvanı üzrə müvafiq məhkəmə(lər)ə yenidən müraciət edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinin tələblərinə əsasən, əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Hazırki mülki iş üzrə dövlət rüsumu Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hesabına ödənilmədiyindən rüsumun qaytarılması barədə qərardadın qəbul edilməsi istisna olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər X1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı izah edilsin ki, göstərilən qüsurlar aradan qaldırıldıqdan sonra ümumi qaydada cavabdeh(lər)in qeydiyyat ünvanı üzrə müvafiq məhkəmə(lər)ə yenidən müraciət edə bilər. Qərardaddan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar