Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2093/2021 31.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh və Zamin qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan "İddiaçı" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və Zamin iddiaçının xeyrinə 681,82 manat əsas, 637,14 manat faiz borcu, 616,37 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 92,88 manat faiz borcu, cəmi 2028,21 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanlanan ərizədə, iddianın tam təmin olunmasını, bütün məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlərə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5, 147-ci maddələrinə əsasən, işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh "İddiaçı" ASC ilə bağladığı xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə, illik faiz dərəcəsi 28% olmaqla, 4000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2017-ci il tarixli saziş əsasən kreditin qalıq məbləği 1580 manat təşkil edir. Kredit müqaviləsinin təminatı olaraq "İddiaçı" ASC ilə Zamin arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100011621/ZM saylı zaminlik müqaviləsinə əsasən borcalan kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə, o cümlədən lazımınca icra etmədikdə zamin borcalanla birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun və icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün birgə məsuliyyət daşıyır. xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli, 1 saylı əlavə sazişin surətindən görünür ki, borcalanın 4000 manat məbləğində kreditinin qalıq məbləği 1580 manat təşkil etmiş, kreditin müddəti xx.xx.2018-ci il tarixi təyin olunmuşdur. xx.xx.2015-ci il tarixli, 100011621/ZM saylı zaminlik müqaviləsinə 1 saylı əlavənin surətindən görünür ki, zaminlə kredit müqaviləsinə edilmiş dəyişikliklər barədə razılığa gəlinmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2020-ci il tarixə 681,82 manat əsas, 637,14 manat faiz borcu, 616,37 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 92,88 manat faiz borcu, cəmi 2028,21 manat borcu vardır. xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubuna əsasən məlum olur ki, iddiaçı tərəfindən borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Göründüyü kimi, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, kredit müqaviləsinə əsasən Cavabdeh kredit götürmüş, lakin kredit öhdəliklərini vaxtında yerinə yetirməmişdir. Bu hissədə bankın cavabdehə qarşı iddiası əsaslı hesab edilir. Lakin iş materiallarından görünür ki, həmin kredit müqaviləsinə Zamin duraraq öhdəliyin yerinə yetirilməsi üçün öz üzərinə öhdəlik götürmuş, zaminlik müddəti əsas öhdəlik tam icra edilənədək müəyyən olunmuşdur. Amma Mülki Məcəllənin tələbinə əsasən müqavilə bağlanarkən müqavilə şərtləri mülki məcəllənin şərtlərinə zidd olmamalıdır. Zaminliklə bağlı müddəaların təhlilindən belə nəticə çıxır ki, zaminlik müqaviləsində ya konkret zaminlik müddəti göstərilməli, ya da müddətsiz olmalıdır. Müddət göstərildiyi halda zamin həmin müddətdə əsas öhdəlik üçün zamin olur, göstərilmədiyi halda isə müqavilənin icra müddəti bitdiyi andan 1 il il ərzində, müddət göstərilməyibsə müqavilənin bağlandığı andan 2 il müddətinə zamin olur. Bu müddətlər bitdikdən sonra zaminliyə xitam verilir. Bu halda Zamin müqavilə ilə xx.xx.2018-ci il tarixinədək zamin olmağı öhdəsinə götürdüyündən və əsas müqavilə müddəti də xx.xx.2018-ci il tarixdən bitdiyindən və 1 illik müddət də bitdiyindən bu hissədə iddia tələbini məhkəmə əsassız hesab edir. Buna görə də məhkəmə hesab edir ki, müddət keçdiyindən borc məbləği zamindən də tutula bilməz. Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə 681,82 manat əsas, 637,14 manat faiz borcu, 50 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 92,88 manat faiz borcu, cəmi 1461,84 manat məbləğində borc və 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, 616,37 manat məbləğində cərimə tənasübsüz surətdə yüksək hesab olunmalı, buna görə də azaldılaraq ağlabatan miqdarda, yəni 50 manat məbləğində müəyyən edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. AR Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il Qərarında göstərilmişdir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər”, kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə Mülki Məcəllənin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə əlavə hüququ yaranır”. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 681,82 manat əsas, 637,14 manat faiz borcu, 50 manat cərimə borcu, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanmış 92,88 manat faiz borcu, cəmi 1461,84 (bir min dörd yüz altmış bir manat səksən dörd qəpik) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2093/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2093/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver