Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2097/2024 19.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Allahverdiyeva Aytac Fizuli qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçının Xanlar şəhəri, (hazır ki- Göy-Göl şəhəri) R.Nəsibov küçəsi Xanlar- Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbələi yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş ümumi sahəsi 135,5 kv.m olan qeyri-yaşayış sahəsinə, Xanlar şəhəri, (hazır ki-Göy-Göl şəhəri) R.Nəsibov küçəsi Xanlar - Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbələi yaşayış evinin 2-ci blokunda nəzərdə tutulmuş ümumi sahəsi 104 kv.m olan yaşayış sahəsinə köçürülməyinə dair maneənin aradan qaldırılmaqla köçürülməyinə, bu mümkün olmadığı təqdirdə cavabdehə qeyd olunan qeyri yaşayış sahələrinin payçı olaraq tərəfindən ödənilmiş 58000 ABŞ dolları pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan payçı olaraq ödənilmiş 58000 ABŞ dolları pulun tutularaq iddiaçıya ödənilməsi iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, iş üzrə cavabdeh «Avaqard-İnşaat» ilə aralarında bağlınmış 11 avqust 2007-ci il tarixli ilkin müqaviləyə əsasən Xanlar şəhəri, (hazırda Göy-Göl rayonu) R.Nəsibov məhəlləsi Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunda 1-ci mərtəbəsində 135, 5 kv.m olan ticarət obyektini və həmin yaşayış binasında 104 kv.m olan sahəni dəyərini tam olaraq ödəyərək almışdır. Cavabdehlə aralarında bağlanmış müqavilənin 1,2-ci bəndlərində nəzərdə tutulmuş öhdəliklər iddiaçı tərəfindən təmin edilsə də, cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini yəni, qeyd olunan sahələri iddiaçının istifadəsinə, sahibliyinə və sərəncamına verməkdən imtina edir. Göründüyü kimi cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl edilməyərək AR Mülki Məcəlləsində nəzərədə tutulmuş maddi hüquq normalarının tələbləri pozulur. Belə ki, iddia ərizəsinə əlavə ediyi ilkin müqavilələrdən və ödəniş qəbizlərindən də görünür ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilərək payçı kimi bütün ödənişlər edilmiş və hazırda bina tam hazırdır. Müqavilədədə göstərildiyi kimi iddiaçı tərəfindən payçı olaraq pay tam ödənildikdən sonra və bina tam olaraq hazır olduqda müqavilə üzrə nəzərdə tutulmuş sahə iddiaçıya təhvil verilməlidir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-256/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı 58.000 ABŞ dolları pul tələbinə dair 2(125)-256/2024 nömrəli mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. 17 aprel 2024-cü il tarixdə İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 70000 ABŞ dolları pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məlumat verilsə də, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Cavabdeh MTK (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanılmış 11 avqust 2007-ci il tarixli ilkin müqavilədən görünür ki, müqavilənin predmeti Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzil bir pay kimi verilir. Müqavilənin 2-ci maddəsinə əsasən, müqavilə üzrə mənzilin dəyəri bir kv.m üçün 250 ABŞ dolları təyin edilir. Cəmi 104 kv.m sahə üçün 26000 ABŞ dolları təşkil edir. Ödəniş “payçı” tərəfindən 5000 ABŞ dolları ödənilmişdir. Cavabdeh MTK (icraçı) ilə İddiaçı (payçı) arasında bağlanılmış 11 avqust 2007-ci il tarixli ilkin müqavilədən görünür ki, müqavilənin predmeti Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar-Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyekti bir pay kimi verilir. Müqavilənin 2-ci maddəsinə əsasən, müqavilə üzrə mənzilin dəyəri bir kv.m üçün 350 ABŞ dolları təyin edilir. Cəmi 135,5 kv.m sahə üçün 47400 ABŞ dolları təşkil edir. Ödəniş “payçı” tərəfindən 5000 ABŞ dolları ödənilmişdir. 10 oktyabr 2007-ci il tarixli, 442 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərfindən mənzil almaq üçün 10000 ABŞ dolları kassaya mədaxil edilişdir. 07 mart 2008-ci il tarixli, 541 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərfindən mənzil almaq üçün 30000 ABŞ dolları kassaya mədaxil edilişdir. 10 may 2008-ci il tarixli, 595 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərfindən ticarət obyekti almaq üçün 10000 ABŞ dolları kassaya mədaxil edilişdir. 17 iyun 2008-ci il tarixli, 637 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərfindən mənzil almaq üçün 5000 ABŞ dolları kassaya mədaxil edilişdir. 05 avqust 2008-ci il tarixli, 801 nömrəli kassa mədaxil orderindən görünür ki, İddiaçı tərfindən ticarət obyekti almaq üçün 5000 ABŞ dolları kassaya mədaxil edilişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 267 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 144 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddianın həcminin artırılması ilə əlaqədar 7 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.2-ci mad.). 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabeh Cavabdeh MTK ilə İddiaçı arasında arasında 11 avqust 2007-ci il tarixdə İlkin Müqavilələr bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etmiş, müqavilədə göstərilmiş məbləği- 70000 ABŞ dolları cavabdehə ödəmişdir. Lakin, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar- Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 3-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 104 kv.m olan 3 otaqlı mənzili və Xanlar şəhəri, R.Nəsibov məhəlləsi, Xanlar- Hacıkənd yolunun sol hissəsində yerləşən 7 mərtəbəli yaşayış evinin 2-ci blokunun tikintisi başa çatdıqdan sonra həmin blokun 1-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 135,5 (24,2*5,6) kv.m olan ticarət obyektini təmirli vəziyyətdə iddiaçıya təhvil verməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Hazırda iddiaçı müqavilə üzrə ödədiyi məbləği cavabdehdən tələb edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlı olmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iddia tələbində göstərilənlərə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin ediməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MTK-dan 70000 (yetmiş min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 409 (dörd yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MTK-dan 70000 (yetmiş min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində pul və 409 (dörd yüz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2097/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2097/2024
19.04.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver