Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2109/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və “X1 Azərbaijan” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “X1 Azərbaijan” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh “X1 Azərbaijan” MMC ilə razılaşaraq ABŞ-dən özü üçün Ford markalı avtomobil sifariş vermişdir. Bütün danışıqlar şirkətin satış meneceri digər Cavabdeh1 ilə aparılmışdır. Həmin avtomobil ölkəyə gətirlmiş, lakin avtomobildə razılaşma şərtlərinə zidd formada müəyyən qüsurların (katalizatorun olmaması, kosmetik problemlər və s.) olması müəyyən edilmişdir. Sözügedən qüsurların aradan qaldırılmasına ümumi məbləği 1700 manat təşkil edir. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclaslarında iştirak etməmişlər. İş materiallarına Avto klub Servis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı əlavə edilmişdir. İş materiallarına Müştərinin sifarişi ilə avtomobilin idxalı haqqında xx.xx.2022-ci il tarixli müqavilə əlavə edilmişdir. Həmin müqavilə üzrə İcraçı qismində “X1” MMC (Gürcüstan Respublikasında qeydiyyatdan keçmiş cəmiyyət, eyniləşdirmə kodu: **********) çıxış etmişdir. İş materiallarına sözügedən avtomobil fotoşəkilləri (qüsurlar barədə) və müvafiq vatsapp yazışmaları əlavə edilmişdir. İş materiallarına X1 Azərbaijan” MMC-nin nizamnaməsi əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/4610 nömrəli ekspert rəyinə avtomobilin təmir-bərpa xərci 2030 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin Tapşırıq müqaviləsi ilə bağlı normaları (779.1-ci maddə) çıxış edir. Müqavilənin 3.5, 7.14, 8.3, 8.3.8-8.3.12, 9.1, 9.2, 9.3, 12.1-12.3-cü bəndlərinə xüsusi diqqət etmək gərəkdir (maddi hüquqi əsaslar baxımdan). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Beləliklə, iddianın hüquqi və faktiki əsasları yuxarıda qeyd olunan mülki hüquq normalarının və müqavilənin göstərilən şərtlərinin dispozitiv şərtləri ilə eynilik təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü iddiaçının üzərinə olsa da, iddiaçı tərəfindən iddia tələbində göstərilən xüsusatların (faktiki və hüquqi əsaslar) tam sübut edilməsi təmin edilməmişdir. Əvvəla hazırki iddia tələbi üzrə xarici element (beynəlxalq xüsusi hüquq) müəyyən edilmir, belə ki, həm iddiaçı, həm də cavabdehlərin hüquq subyektliliyi (mənsubiyyəti) Azərbaycan Respublikasıdır. Yəni, MPM-in 442-444-cü maddələrinin tətbiqinə hüquqi əsas yoxdur. Bundan əlavə, hazırki tələb üzrə cavabdehlərin əsl cavabdeh olması məsələsi mübahisəlidir. Belə ki, iddiaçı cavabdehlərə qarşı iddia sürdüyü tələbin hüquqi və faktiki əsaslarını təsdiq edə biləcək zəruri sənəd, sübut və ya material məhkəməyə təqdim etməmişdir. O da nəzərə alınır ki, hazırki mübahisə üzrə cavabdeh olan MMC ilə müqavilə predmeti üzrə İcraçı (xarici hüquqi şəxs) olan hüquqi şəxs ayrı-ayrı subyektlərdirlər (bu barədə cavabdeh tərəfdən təqdim edilmiş etirazda ətraflı qeyd verilmişdir). İş materiallarına vatsapp yazışmaları əlavə edilsə də, Cavabdeh1 ilə iddiaçı arasında hər hansı hüquq münasibətlərinin yaranması (tapşırıq və s.) sübuta yetirilmir. Təqdim edilmiş vatsapp yazışmaları isə məhkəmə tərəfindən mümkün və mötəbər hesab edilmir. Odur ki, məhkəmə mübahisənin maddi hüquqi əsaslarına toxunmağı və bu barədə hüquqi mövqe qoymağı zəruri hesab etmir (nəticəsi olmayacaq fəaliyyət hesab edilir). Məhkəmə daxil inamı ilə bir sıra ehtimal olunan qənaətlərə gəlsə də, məhkəmə qərarı hakimin şəxsi qənaəti üzrə yox, yalnız qanun və sübutlar əsasında qəbul edilməlidir. İddia tələbi sübuta yetirilmir və ya yetərli mötəbər sübutlar mövcud deyildir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş müqaviləni tərəflər qanunla müəyyən edilmiş qaydada imzalanmadığından müqavilənin zəruri şərti olan imza, yəni qüvvəyə minmə hissəsi mübahisəlidir, deməli, müqavilənin qüvvəyə minmə məsələsinə baxmaq lazımdır. Bununla bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alır (imza iradə ifadəsinin yekunu olmaqla müqavilənin qüvvəyə minməsinin əsas şərtlərindən biridir). Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və “X1 Azərbaijan” MMC-yə qarşı “pul” tələbinə iddiası təmin edilməsin. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2109/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2109/2024
17.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver