Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2121/2024 07.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh İnqlab qızına qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın və ödədiyi dövlət rüsumunun ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İnqlab qızından aldadaraq ondan alınmış 360 manat məbləğində pulun, 180 manat məbləğində mənəvi ziyanın və ödədiyi dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh İnqlab qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı öz iddia ərizəsində cavabdeh qismində göstərdiyi Cavabdeh barədə məlumatları düzgün qeyd etməmiş, nəticədə cavabdehin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Bununla da, Azərbaycan Respublikası MPM-nin 149cu maddəsinin tələblərini pozmuş, iddia ərizəsi düzgün formada tərtib edilməmişdir. Habelə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehin şəxsiyyətini müəyyən edə bilmədiyini və mülki işin mahiyyəti üzrə baxılaraq qətnamə çıxarılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəm hesab edir ki, iddia ərizəsi onun forma və məzmununa uyğun məhkəməyə verilməmiş, iddia ərizəsinin forması və məzmunu Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələblərinə uyğun deyildir. Ərizənin forma və məzmunu Mülki Prosessual Məcəllənin 149.1 və 149.2-ci maddəsində konkret sadalanmışdır. Azərbaycan Respublikası MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə əsasən, ərizədə ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin, cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı göstərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, iddiaçı ilkin olaraq xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərkən cavabdehin şəxsiyyəti barədə məlumatları natamam olaraq qeyd etmiş, cavabdehin yalnız adı və soyadını qeyd etməklə kifayətlənmişdir. Məhkəmə tərəfindən İddiaçı cavabdehin şəxsiyyəti barədə məlumatların düzgün olaraq verilməsi üçün vaxt verilmiş və iddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində cavabdehin məlumatlarını Cavabdeh İnqlab qızı olaraq qeyd etmişdir. Bundan sonra, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlara əsasən qeyd edilən ad, soyad və ata adında iki şəxs müəyyən edilərək, həmin şəxslər barəsində sistemdən çıxarışlar xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında cavabdehin şəxsiyyətinin dəqiqləşdirilməsi məqsədilə İddiaçı təqdim edilmişdir. Lakin, məhkəmə iclasında iştirak edən İddiaçı qeyd edilən şəxslərin başqa şəxslər olduğunu, onun tələbini yönəltiyi cavabdeh olmadığını bildirmişdir. Bununla yanaşı, mülki işin materialalrından da görünür ki, cavabdehin ünvanı kimi qeyd edilmiş ünvan 1ldirişləri göndərilsə də, məhkəmə bildirişlərinin ünvanın tam olmaması səbəbindən çatdırılması baş tutmamışdır. Beləliklə, İddiaçı iddia ərizəsində yol verdiyi nöqsanların aradan qaldırılması üçün vaxt verilsə də, onun tərəfindən cavabdehin şəxsiyyətinin dəqiqləşdirilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh İnqlab qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul İddiaçı qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263, 264, 268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdeh İnqlab qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul İddiaçı qaytarılsın. Ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2121/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2121/2024
07.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver