Məhkəmə qərarları › İş №2(004)-2124/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2124/2023

10.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2124/2023 10.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 862,5 manat əsas, 15,34 manat faiz olmaqla, cəmi 877,84 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 manat vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Kreditor "xxxx" ASC ilə borclu X4 arasında bağlanmış xx.xx.2020-ci tarixli kredit xətti müqaviləsinə əsasən, borcluya istehlak məqsədləri üçün 23 ay müddətinə, illik 27.5% ödəmək şərtilə 2500 manat məbləğində kredit verilmişdir. Sorğu ilə bağlı Bakı şəhəri 14 saylı notariat ofisinin 10 fevral 2023-cü il tarixli cavab məktubuna əsasən, Cavabdeh1 və Cavabdeh2 vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə cavabdehlərin borcalanın hüquqi varisi kimi müəyyən olunması anlamına gəlir. Bakı şəhəri 14 saylı notariat ofisinin borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırılmış işlə bağlı cavabdehlər miras qalmış əmlaka vərəsəlik hüququ əsasında sahib olub. Cavabdehlər borcalanın vərəsəlik hüququ əsasında hüquqlarına sahib oluduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehlərdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququ yaradır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Belə ki, müvafiq bildiriş cavabdehə rəsmi qaydada göndərilsə də o, iddiaçının tələbinə dair əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: İddiaçı "xxxx" ASC ilə borcalan X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 1504nkİNSH/20 nömrəli kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, borcverən tərəfindən borcalana 23 ay müddətinə, ilk 3 ay güzəşt müddəti tətbiq olunmaqla, illik 27,5% dərəcəsi ilə 2500 manat kredit verilmişdir. 14 mart 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X1 iddiaçı "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə 862,5 manat əsas, 15,34 manat faiz olmaqla, cəmi 877,84 manat borcu mövcuddur. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindan görünür ki, borcverən "xxxx" ASC ilə borcalan X4 arasında bağlanmış kredit müqaviləsinə əsasən, borcalanın vəfat etməsi səbəbindən kredit borcu tələbi ilə bağlı məhkəməyə müraciət olunması üçün borcalanın əmlakı üzərində vərəsənin (vərəsələrin) kimliyi və miras əmlakının həcmi barədə məlumat verilməsi xahiş olunmuşdur. Bakı şəhəri 14 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsələri – ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh1 (AZE********, xx.xx.2018, ASAN 3, FİN: xxxxxxx) və xx.xx.1984-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2 (AA*******, xx.xx.2019, ASAN 3, FİN:xxxxxxx) adına Bakı şəhəri 14 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə, 2V-531, 2V-532, 2V-533 reyestr nömrələri ilə qeydiyyata alınaraq notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Miras əmlak X3 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Sahil-11 döngəsi, ev 5, mənzil 5; ünvan 4 ünvanında yerləşən mənzillərdən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialında X2 hesabında olan 702.81 manatdan ibarət olmuşdur. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriya və 219488 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sutərindən görünür ki, X4 xx.xx.2022-cı il tarixdə ölmüşdür. "xxxx" ASC tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcalan X4 ilə bağlanmış xx.xx.2020-ci il tarixli, 1504nkİNSH/20 saylı kredit müqaviləsinə əsasən borcalanın xx.xx.2022-ci il tarixdə vəfat etməsi və qanun üzrə vərəsəlik haqqında şəhadətnamə üzrə onların borclunun vərəsəsi təyin edilməsi, nəticədə onların banka cəmi 877,84 manat məbləğində borcunun olması, borc məbləğinin 5 gün müddətində tam olaraq ödənilməsi barədə xəbardar edilmişdirlər. xx.xx.2023-cü il tarixli məxadil qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı olaraq 0,40 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1-maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Beləliklə təqdim olunmuş sənədlərlə təsdiq olunur ki, "xxxx" ASC ilə borcalan X4 arasında xx.xx.2020-ci il tarixli, 1504nkİNSH/20 nömrəli kredit müqaviləsi bağlanmış və ona illik 27,5 faiz dərəcəsi ilə 23 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Borcalan xx.xx.2022-ci il tarixdə vəfat etmiş və müqavilə əsasında bank qarşısında borclu qaldığı öhdəlikləri yerinə yetirə bilməmişdir. Borcalanın həmin müqavilə üzrə banka 862,5 manat əsas, 15,34 manat faiz olmaqla, cəmi 877, 84 manat borcu yaranmışdır. X1 hüquqi varisi olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müqavilə üzrə yaranmış əsas və faiz borcunun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iddianın dövlət rüsumunun cavabdehlərdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehlər iddiaçı qarşısında vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu və bank xidmət haqqı ödəməklə əlavə xərc çəkmişdir. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı, cavabdehlərdən iddiaçının dövlət rüsumunu və bank xidmət haqqı ödəməsi nəticəsində çəkdiyi əlavə xərclər də alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 862,5 manat əsas, 15,34 manat faiz olmaqla, cəmi 877,84 manat borc, dövlət rüsumu və bank xidmət haqqı olaraq ödənilmiş 30,40 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 284-5.3, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 862,50 (səkkiz yüz altmış iki manat əlli qəpik) manat əsas, 15,34 (on beş manat otuz dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 877,84 (səkkizyüz yetmiş yeddi manat səksən dörd qəpik) manat borc və dövlət rüsumu kimi ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat pul müştərək qaydada tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar