Məhkəmə qərarları › İş №2(004)-2125/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2125/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2125/2023 29.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İM : İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 3821,08 manat əsas, cəmi 3821,08 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 60,02 məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, iddiaçı məhkəməyə müraciət edərkən MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmiş, iddia ərizəsinin giriş hissəsində Cavabdeh1, X1 və Cavabdeh3 cavabdehlər qismində göstərilsə də, iddia ərizəsinin nəticə hissəsində cavabdehlərin hər birinin adları dəqiq göstərilməmişdir. Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat verilməlidir. Lakin, iş materiallarından görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh1 ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması qaydalarına riayət edilməmişdir.Eyni zamanda bir neçə cavabdeh göstərilməsinə baxmayaraq hərbir cavabdehə tələb irəli sürməmişdir.Xahiş etdi hissəsində hansı cavabdehdən pulun tutulması göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə ərizənin qəbul olunmasından imtina edilir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-ci maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Hakim: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar