Məhkəmə qərarları › İş №2(004)-2155/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2155/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2155/2022 05.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyət cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada “Yelo Bank" ASC-nin xeyrinə 24.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5545.31 manat əsas borc, 482.8 manat faiz borcu və 5.42 cərimə borcu olmaqla, ümumilikdə cəmi 6033.53 manat borcun və 80.34 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 24.07.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 25 faizlə 24 ay müddətinə 7000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 24.07.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 28.12.2020-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 24.04.2022-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il martın 04-dək Cavabdeh1 banka 24.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5545.31 manat əsas borc, 482.8 manat faiz borcu və 10.83 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6038.94 manat borcu vardır. Cavabdeh1 24.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 10.83 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 5.42 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə 24.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4245.31 manat əsas borc, 643.53 manat faiz borcu, 29.58 manat cərimə borcu olmaqla, cəmi 4918,42 manat borcun və ödənilmiş 80.34 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, bankdan 7000 manat kredit götürdüyünü, ödənişləri vaxtında etdiyini, sonradan pandemiya səbəbindən ödənişləri bir neçə ay gecikdirdiyini, lakin İddiaçı ASC-nə olan iddia tələbində göstərilən məbləği birdəfəlik qaydada ödəyə bilməyəcəyini, yenidən qrafik üzrə hər ay hissə-hissə ödəyə biləcəyini bildirmiş və bunun məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.07.2019-cu il tarixli, 23-MZ-1-0- 1386-19 saylı kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 25 faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. İddiaçı ASC Yasamal filialı ilə Cavabdeh2 arasında bağlanmış 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı zaminlik müqaviləsinin məzmunundan görünür ki, zamin 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı Kredit müqaviləsinə 28.04.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı Kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqavilə üzrə kreditin müddəti 24.10.2021ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz təşkil edir. 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı Zaminlik müqaviləsinə 28.04.2020ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 24.07.2019-cu il tarixli, 23-MZ-1-0- 1386-19 saylı Kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqavilə üzrə kreditin müddəti 24.10.2021-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz təşkil edir. 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı Kredit müqaviləsinə 07.08.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı Kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqavilə üzrə kreditin müddəti 24.01.2022ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz təşkil edir. 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı Zaminlik müqaviləsinə 07.08.2020ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 24.07.2019-cu il tarixli, 23-MZ-1-0- 1386-19 saylı Kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqavilə üzrə kreditin müddəti 24.01.2022-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz təşkil edir. 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı Kredit müqaviləsinə 28.12.2020-ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı Kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqavilə üzrə kreditin müddəti 24.04.2022ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz təşkil edir. 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı Zaminlik müqaviləsinə 28.12.2020ci il tarixli Əlavə sazişin məzmunundan görünür ki, 24.07.2019-cu il tarixli, 23-MZ-1-0- 1386-19 saylı Kredit müqaviləsinə dəyişikliklər edilmiş, müqavilə üzrə kreditin müddəti 24.04.2022-ci il tarixədək uzadılmış, kreditin illik faiz dərəcəsi 25 faiz təşkil edir. İş materiallarında olan 27.07.2019-cu il tarixli məxarix qəbzinin surətindən görünür ki, Cavabdeh1 7.000 (yeddi min) manat məbləğində pulu Nikoyl Bankdan (İddiaçı ASC-dən) almışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib edilmiş 21 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 4245.31 manat əsas borc, 643.53 manat faiz borcu, 29.58 manat cərimə borcu olmaqla, cəmi 4918,42 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 10.02.2022-ci il tarixli xəbərdalıq məktubunun surətindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı kredit və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386- 19 saylı zaminlik müqaviləsinə əsasən yaranmış borc məbləğini tam olaraq 5 (beş) iş günü müddətində ödəmələri barədə, əks təqdirdə, bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh xəbərdar edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin əməkdaşları, direktor Kazımov Kamran və operator Bəhruz Məmmədov tərəfindən tərtib edilərək imzalanmış 23.02.2022-ci il tarixli Aktda qeyd olunur ki, "xxxx" ASC tərəfindən verilmiş (qaimə nömrəsi 052755) Cavabdeh2 (Bakı, Q/Quliyev küş, ev 1, m 30) göndərilmiş məktub "qapı bağlıdır" qeydi ilə geri qaytarılmışdır. 11 mart 2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 80.34 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-dən aldığı kredit müqavilə ilə müəyyən edilmiş borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdurlar. Lakin cavabdehlər müqavilə öhdəliklərini tam və vaxtında icra etməmişlər. Məhkəmə 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı kredit müqaviləsinə və zaminlik müqaviləsinə iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi tam təmin edilməli, cavabdehlərdən müştərək qaydada 4245,31 manat əsas borc, 643,53 manat faiz borcu, 29,58 manat cərimə olmaqla ümumilikdə 4918,42 (dörd min doqquz yüz on səkkiz manat qırx iki qəpik) manat məbləğində borc tutularaq İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, 80,34 (səksən manat otuz dörd qəpik) manat ödənilmiş dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24.07.2019-cu il tarixli, 23-MZ-1-0-1386-19 saylı kredit müqaviləsi üzrə 4245,31 manat əsas borc, 643,53 manat faiz borcu, 29,58 manat cərimə olmaqla, ümumilikdə 4918,42 (dörd min doqquz yüz on səkkiz manat qırx iki qəpik) manat borc və ödənilmiş 80,34 (səksən manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı X7 Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar