Məhkəmə qərarları › İş №2(004)-2188/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2188/2021

17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2188/2021 17.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Feyzi Günay Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qurbanov Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qurbanov Cavabdeh qarşı aliment məbləginin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-2188/2018 saylı qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Qurbanov Cavabdeh hər ay hər uşağa görə 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində tutulan alimentin miqdarı artırılaraq, xx xxxx 2010-cu il təvəllüdlü Qurbanova Səmra Cavabdeh qızı və xx xxxx 2012-ci il təvəllüdlü Qurbanova Nərgiz Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Qurbanov Cavabdeh hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Qurbanov Cavabdeh ilə xx xxxxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur və onların birgə nikahından xx xxxx 2010-cu il təvəllüdlü Qurbanova Səmra Cavabdeh qızı və xx xxxx 2012-ci il təvəllüdlü Qurbanova Nərgiz Cavabdeh qızı doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək tərəflər arasında bağlanmış nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması və xx xxxx 2010-cu il təvəllüdlü Qurbanova Səmra Cavabdeh qızı və xx xxxx 2012-ci il təvəllüdlü Qurbanova Nərgiz Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Qurbanov Cavabdeh hər uşaq üçün hər ay 136,60 manat, cəmi 273,20 manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Qurbanov Cavabdeh xx xxxx 2010-cu il təvəllüdlü Qurbanova Səmra Cavabdeh qızı və xx xxxx 2012-ci il təvəllüdlü Qurbanova Nərgiz Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaq üçün hər ay 154 manat, cəmi 308 manat məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Hal-hazırda alimentin miqdarının artırılaraq xx xxxx 2010-cu il təvəllüdlü Qurbanova Səmra Cavabdeh qızı və xx xxxx 2012ci il təvəllüdlü Qurbanova Nərgiz Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh Qurbanov Cavabdeh hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi barədə qətnamə çıxarılması zəruridir. Ona görə də, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Qurbanov Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh Qurbanov Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 104325 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Qurbanova Səmra Cavabdeh qızı xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxx 2010-cu il tarixdə 2811 nömrəli akt qeydi tərtib edilmişdir. Atası Qurbanov Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 104324 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Qurbanova Nərgiz Cavabdeh qızı xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2012-ci il tarixdə 3818 nömrəli akt qeydi tərtib edilmişdir. Atası Qurbanov Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-2188/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh Qurbanov Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilərək cavabdeh Qurbanov Cavabdeh xx xxxx 2010-cu il təvəllüdlü Qurbanova Səmra Cavabdeh qızı və xx xxxx 2012-ci il təvəllüdlü Qurbanova Nərgiz Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaq üçün hər ay 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 (bir yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-2188/2018 nömrəli qətnaməsi ilə cavabdeh Qurbanov Cavabdeh xx xxxx 2010-cu il təvəllüdlü Qurbanova Səmra Cavabdeh qızı və xx xxxx 2012-ci il təvəllüdlü Qurbanova Nərgiz Cavabdeh qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaq üçün hər ay 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə xx xxxx 2000- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (154 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “ Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu tələbini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq, valideynləri ilə birlikdə yaşadığı müddətdə maddi təminatının maksimal dərəcədə saxlanılması hüququnu nəzərə alıb, iddia təmin edilməli, cavabdeh Qurbanov Cavabdeh xx xxxx 2010-cu il təvəllüdlü Qurbanova Səmra Cavabdeh qızının və xx xxxx 2012-ci il təvəllüdlü Qurbanova Nərgiz Cavabdeh qızının saxlanılması üçün hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, aliment tələbi təmin edildiyindən cavabdeh Qurbanov Cavabdeh 30 (otuz) manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(004)-2188/2018 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdeh Qurbanov Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Cavabdeh Qurbanov Cavabdeh xx xxxx 2010-cu il təvəllüdlü Qurbanova Səmra Cavabdeh qızı və xx xxxx 2012-ci il təvəllüdlü Qurbanova Nərgiz Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh Qurbanov Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar