Məhkəmə qərarları › İş №2(004)-22/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-22/2024

06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-22/2024 06.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək su axıdılması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 400 manat əmlakın dəyəri, 200 manat təmir işlərinin dəyəri və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh2 İddiaçı ərizəsi ilə əsl Cavabdeh1 ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal, Əsəd Əhmədov küçəsi 24B, mənzil № 1565-in sahibidir. Mənzil xx.xx.2016-cı il tarixli, kooperativ mənzil tikintisi haqqında 1565 №-li müqaviləsinə əsasən ona məxsusdur. “07” sentyabr 2022-ci il tarixdə onun mənzilini bir mərtəbə yuxarıda yerləşən 1576 nömrəli mənzildən suyun axması nəticəsində su basmışdır. Bunun nəticəsində mətbəx mebelinin ümumi su xətti yerləşən hissəsi sıradan çıxmış, eləcə də mətbəxin tavanı (alçıpan), mətbəx mebelinin arxasında ümumi su xətti keçən divarı, yaranan nəmliklə əlaqədar mətbəxin 3 spot işığı xarab olmuş, mətbəxdə yerləşən elektronik əşyalar tez-tez bloka düşmüş, eləcə də sözügedən divarın digər tərəfində yerləşən uşaq otağının divarı, divar kağızı, tavan (alçıpan) istifadəyə yararsız hala düşmüşdür. Qeyd etdiyi faktlar nəticəsində tikinti materialları və usta xərcləri ilə birlikdə əmlakıтa 600 (altı yüz) manat dəyərində maddi ziyan dəymişdir. Onun mənzilindən yuxarıda 1576 №li mənzildə X4 yaşayır. Baş verənlərin səbəbi cavabdeh X2 qeyd etdiyinə görə mətbəxlərinə ümumi su xətlərindən çəkilən borularda yaranmış problemlərlə bağlıdır (hadisənin hansı səbəblə bağlı yaranması haqqında cavabdehin dediklərindən əlavə tam məlumatı yoxdur, bu barədə dəfələrlə soruşmağına baxmayaraq hər dəfəsində ümumi su xətti, bağlama qurğularının sıradan çıxması, evində təmir işləri aparmış ustanın hərəkətlərinin nəticəsi olması və s. bağlı müxtəlif səbəblər irəli sürmüşdür). Cavabdehə mənzili su basmasını gecə gördüyünə görə növbəti gün, yəni “08” sentyabr 2022-ci il tarixində məlumat verdikdən sonra bütün məsuliyyətin mənzilində təmir işləri görmüş ustada olduğunu bildirmişdir. Bundan sonra usta ilə əlaqə saxlamağını bildirmişdir. Bununla belə usta ilə əlaqə saxladığı zaman usta da öz növbəsində məsuliyyəti üzərindən atmış, Bakıda olmadığını və təxminən iki həftəyə gələ biləcəyini qeyd etmişdir. Bundan sonra təxminən “20” sentyabr 2022-ci il tarixində cavabdehin mənzilində təmir işləri aparmış usta onun mənzilinə gəlmiş, dəymiş ziyanı özünün qarşılayacağını və mənzilindəki təmir işlərini özünün görəcəyini, lakin yuxarı mərtəbədəki su sızıntısının qarşısının alınmalı olduğu və yaranmış rütubətin tamamilə çəkilməsindən sonra (təqribən 2 həftə) bu işlərin öz növbəsində görülməsinin mümkünlüyünü qeyd etmişdir. Növbəti gün usta onunla əlaqə saxlayaraq yaranmış problemin onunla bağlı olmadığını, mənzil sahibinin dəymiş ziyanı qarşılayaraq, onun evində təmir işləri görmüş sözügedən ustanın, yəni özünün yuxarıda qeyd etdiyi 2 həftəlik müddət keçdikdən sonra mənzildə təmir işləri görəcəyini bildirdi. Lakin, üstündən iki həftədən uzun bir müddət keçməsinə baxmayaraq heç bir xəbər çıxmamış, ziyan vurulduğu vaxtdan etibarən mənzil sahibi məsələyə tamamilə biganə yanaşmışdır. Vaxtın uzanmasından təngə gəlib bu səfərdə deyilən vaxtda cavabdeh tərəfindən fərqi yoxdu ustası ya mənzildə yaşayan ona dəymiş zərəri aradan qaldırmadıqları halda qanuni müstəvidə məsələni həll edəcəyini bildirdikdə cavabdeh də get hansı yolla həll edirsən et cavabını verdi. Burdan da belə nəticəyə gəlmək olar ki, bu qədər zaman cavabdeh sadəcə vaxtı uzadıb məsuliyyəti üzərində atmaq istəyirmiş. Bununla bağlı “04” oktyabr 2022-ci il tarixində Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq, hər hansı bir şəxsin yaxınlaşaraq hadisəni aktlaşdırmasını və ya sahə müvəkkilinə yönləndirilməsini tələb etdikdə, onlar bu məsələsinin yalnız mülki qaydada məhkəmədə həll oluna biləcəyini bildirdilər. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) arasında bağlılığın mövcudluğu dəfələrlə onunla və evində təmir işləri aparmış ustası ilə apardığı telefon danışıqları, cavabdehin evində təmir işləri aparmış ustasının ona məxsus əmlaka gələrək dəymiş ziyana baxması, mənzil istismar sahəsinin nümayəndəsinə edilmiş xəbərdarlıq və dəymiş ziyanla bağlı fotoşəkillər ilə təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni:mətbəx mebelinin ümumi su xətti yerləşən hissəsi sıradan çıxmış, eləcə də mətbəxin tavanı (alçıpan), mətbəx işıqlan, rütubətdən elektronik əşyalar tez-tez blokla düşmüş, mətbəx mebelinin arxasında ümumi su xətti keçən divar, eləcə də sözügedən divarın digər tərəfində yerləşən uşaq otağının divarı, divar kağızı, tavan (alçıpan) tikinti materialları və usta xərcləri ilə birlikdə 600 (altı yüz) manat təşkil edir. Korlanmış əşyalar olduğu halda heç bir düzəliş olmadan onun tərəfindən saxlanılmışdır və sübut kimi təqdim oluna bilər. Yararsız vəziyyətə düşmüş əmlakın ümumi dəyəri 400 (altı yüz) manat təşkil edir. Həmçinin, cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mənzilində təmir işləri aparacaq ustaların tərtib etdiyi smetaya əsasən təmir dəyəri 200 (iki yüz) manat təşkil edən bərpa təmir işləri aparılması tələb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 17 aprel 2023-cü ildə vəfat etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-304/2023 saylı qərardadına əsasən mülki iş üzrə icraat Cavabdeh1 hüquqi varisi müəyyən edilənədək dayandırılmışdır. Məhkəməyə xx.xx.2023-cü il tarixdə "xxxx" MTK-nın 117 saylı, xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubu daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-304/2023 saylı qərradadına əsasən ddiaçı İddiaçı Cavabdeh1 qarşı “əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işin icraatı təzələnməsi və cavabdeh 17 aprel 2023-cü ildə vəfat etmiş Cavabdeh1 hüquqi varisi Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 əmlaka dəymiş zərərin əvəzi olaraq 900 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. 25 sentyabr 2023-cü il tarixli məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etmədiyini bildirərək, su sızma onun evindən baş olmamışdır. Ümumiyyətlə ekspet onun evinə baxış keçirməmişdir. Hesab edir ki, onun mənzilinə bitişik olan qonşunun mənzilindən susızma nəticəsində iddiaçəya maddi ziyan dəymişdir. Çünki bununla bağlı usta çağırmış və həmin usta da suyun yan qonşunun evindən axıdıldığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış 18 aprel 2016-cı il tarixli kooperativ mənzil tikintisi haqqında 1565 nömrəli müqavilədən görünür ki, cəmiyyət ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1565 saylı mənzili payçıya təhvil verməyi öhdəsinə götürmüşdür. "xxxx" MTK tərəfindən sorğuya cavab olaraq göndərilmiş 16 avqust 2023-cü il tarixli 117 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən 13-cü giriş, 15-ci mərtəbə, 1576 saylı mənzilə X3 ilə xx.xx.2023-cü il tarixli 1576 saylı müqavilə bağlanmış və bina komendantının verdiyi məlumata əsasən həmin mənzildə Cavabdeh2 adlı şəxs tərəfindən sahiblik edilir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(004)- 5675/2022 saylı qəradadına əsasən məhkəmə-texniki-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. 18 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2023-cü il tarixli 10/980 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 1576 saylı mənzildə mərtəbəarası su sızmanın əlamətləri mövcuddur. Baxış zamanı mənzilin tavan hissəsində su izləri və saralmalar, həmçinin divar kağızının qopması və aralanması müşahidə olunmuşdur. Lakin iş üzrə cavabdehə məxsus mənzilə baxış keçirilməsi mümkün olmadığından su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. ünvan 2 ünvanında yerləşən 1565 saylı mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-bərpa işlərinin dəyəri hal-hazırki bazar qiymətinə uyğun təqribən 585 manat məbləğində müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Bundan əlavə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(004)-304/2023 saylı qərardadı ilə mülki iş üzrə əlavə məhkəmə-texniki ekspertizası təyin edilmiş və həll edilməsi üçün ekspert qarşısında “ünvan 3 ünvanında yerləşən 1565 saylı mənzilə su sızmasının texniki səbəbi nə olmuşdur? İddiaçıya məxsus 1565 saylı mənzilə su həmin binanın 1576 saylı mənzilindənmi axıdılmışdır?” sualının qoyulması qərara alınmışdır. 22 aprel 2024-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2- 10/7801 nömrəli ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən 1576 saylı mənzilin sanitar qovşaq və şaxtasına baxış zamanı mənzilin su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Beləliklə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2024-cü il tarixli 3-16-16/2-10/7801 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən 1576 saylı mənzilin sanitar qovşaq və şaxtasına baxış zamanı mənzilin su və kanalizasiya borularında həmçinin, sanitar qovşaq avadanlıqlarında hər hansı bir qüsur aşkar edilmədiyindən su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Bununla da, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının 1565 saylı mənzildə mərtəbəarası su sızmanın əlamətləri mövcud olmasına baxmayaraq su sızmasının cavabdehin yaşadığı ünvan 2 ünvanında yerləşən 13-cü giriş, 15-ci mərtəbə, 1576 saylı mənzildən olduğu məhkəmə araşdırmasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə - hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçıya məxsus mənzildə su sızmanın əlamətləri mövcud olması məhkəmə tərəfindən öz təsdiqini tapsa da, həmin mənzilə su sızmanın cavabdehin sahibliyində olan ünvan 2 ünvanında yerləşən 13-cü giriş, 15-ci mərtəbə, 1576 saylı mənzilindən axıdılmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut tədqim olunmamışdır. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, vurulmuş maddi zərərin cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə aparılmış ekspertiza xərclərinin əvəzi olan 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Keçirilmiş ekspertiza xərclərinin əvəzi olan 100 (yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar