Məhkəmə qərarları › İş №2(004)-220/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-220/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-220/2024 27.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavadehdən 5184 manat əsas, 683,71 manat faiz borcu, 18,91 manat cərimə olmaqla, cəmi 5886,62 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 78,87 manat məbləğində pulun "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 23% ödəmək şərtilə 5184 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliklərini vaxtında icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 5184 manat əsas, 683,71 manat faiz borcu, 18,91 manat cərimə olmaqla, cəmi 5886,62 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir. İddiaçı "xxxx" KB ASC xx.xx.2024-cü il tarixdə ərizə göndərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iş materiallarında olan "xxxx" KB ASC ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqavilələrində əks olunan imzaların onun tərəfindən icra edilmədiyini, ümumiyyətlə onun tərəfindən "xxxx" KB ASC-dən kredit götürülməmiş və müqavilə bağlanmamışdır. O, məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin vəsatəti təmin edilmiş və ekspertiza təyin edilərək rəy məhkəməyə daxil olanadək icraat dayandırılmışdır. Rəy məhkəməyə daxil olduqdan sonra icraat təzələnmiş və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin üzrlü səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin və iddiaçının iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan - "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 93nkSTB2/23 saylı kredit müqaviləsinə əsasən, bank borcalana 60 ay müddətinə illik 23% ödəmək şərtilə 5184 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. - "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixli, 93nkSTB2/23 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 5184 manat əsas, 683,71 manat faiz borcu, 18,91 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 5886,62 manat məbləğində borcu vardır. İş materialları ilə sübut olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Hazırda iddiaçı xx.xx.2023-cü il tarixli, 93nkSTB2/23 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 5886,62 manat məbləğində borcun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə xx.xx.2023-cü il tarixli, 93nkSTB2/23 saylı kredit müqaviləsinin onun tərəfindən icra edilmədiyini bildirərək iddianın rədd olunmasını xahiş edir. Cavabdehin vəsatətinə əsasən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müvafiq rəy verilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/2061 saylı ekpert rəyinə əsasən müəyyən olunur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin (səhifə 11) və eyni tarixli həmin kredit müqaviləsinə 1 saylı əlavənin (səhifə 12) əsillərində “Borcalan” qrafasındakı imzalar və əlyazma ilə qeyd edilmiş “Cavabdeh” yazısı Cavabdeh tərəfindən icra edilmişdir. Ekpertiza rəyinə əsasən mübahisələndirilən müqavilə və həmin müqaviləyə əlavənin müvafiq qrafalarındakı imzaların cavabdeh tərəfindən icra edildiyi müəyyən edildiyindən müqavilələrin "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 5184 manat əsas, 683,71 manat faiz borcu, 18,91 manat cərimə olmaqla, cəmi 5886,62 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 78,87 manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 5184 manat əsas, 683,71 manat faiz borcu, 18,91 manat cərimə olmaqla, cəmi 5886,62 (beş min səkkiz yüz səksən altı manat altmış iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 78,87 (yetmiş səkkiz manat səksən yeddi qəpik) manat məbləğində pul iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Keçirilmiş ekspertiza xərcinin əvəzi olan 124 (yüz iyirmi dörd) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar