Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2204/2021 07.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2 (004)-431/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentinin miqdarının dəyişdirilərək cavabdehin əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, səhhəti ilə əlaqadər olaraq işdən çıxacaq. 2007-ci ildən bəri kirayədə yaşayır, hal-hazırda yaşlı və xəstə atasına baxır. Cavabdeh məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2 (004)-431/2016 saylı saylı qətnaməsi ilə xx.xx.1985-ci ildə Qazax rayonu, Oraq-çəkic kəndində anadan olan, Ağstafa rayonu, Qaçaq Kərəm kəndində qeydiyyada olan Cavabdeh xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş X2 atası olması müəyyən edilmişdir. xx xxxxxxxx 2015-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş X1 üçün Cavabdeh hər ay 117 (yüz on yeddi) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Silahlı Qüvvələrin Baş X3 bölməsinin 992 nömrəli çıxarış epikrizində göstərilir ki, N saylı hərbi hissənin mahhxe əsgəri Cavabdeh xx.xx.2021-ci il tarixində həkim müayinəsində olmuş və ona postmiokarditik kardioskleroz, ürək ritminin tez-tez təkrarlanan mədəcik ekstrasistoliyası tipli davamlı pozulması, insulindən asılı olmayan şəkərli diabet tip2, subkompensasiya mərhələsində, ikitərəfli xroniki koxlear nevrit ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqinin hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə vegetativ damar distoniyası diaqnozu qoyulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbini əsasladırmadığından, Cavabdeh maddi vəziyyətində hər hansı dəyişikliyin olduğuna dair heç bir sübut təqdim edə bilmədiyindən və elektron sistemdən cavabdehin daimi iş yerinə dair hər-hansı məlumat aşkar edilmədiyindən məhkəmə hesab edir ki sabit pul məbləğində kəsilmiş alimentin dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2 (004)-431/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentinin miqdarının dəyişdirilərək cavabdehin əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsinin onun xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2204/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2204/2021
07.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver