Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2208/2021 25.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi ilə, X1 Cavabdeh BOKT ASC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi və ləğv edilməsi barədə tələbinə dair mülki işə baxaraq, məhkəmə Müəyyən etdi: X2 Cavabdeh BOKT ASC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə X1 iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, iddiaçı məhkəmədən əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, müstəqil qiymətləndiricinin rəyinin ləğv edilməsi barədə iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mülki işin icraata qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X1 Cavabdeh BOKT ASC-yə qarşı əmlakın qiymətləndirilməsinə dair rəyin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-2208/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-2208/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver