Məhkəmə qərarları › İş №2(004)-2211/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2211/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2211/2023 01.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüdlü təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılaraq 220 manat məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 07 iyun 2011-ci il tarixdə ailə quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan 04 aprel 2012-ci il təvəllüdlü Əhmədova Aylin (Nüşabə) Afiq qızı adlı bir qızları var. Cavabdehlə xasiyyətləri tutmadığından 02 oktyabr 2014-cü il tarixdə Səbail Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları ləğv olunmuşdur. Eyni zamanda bildirir ki, Yasamal rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2018-ci il tarixli iclasının qərarı ilə övladları 04 aprel 2012-ci il təvəllüdlü X1 adı dəyişdirilərək «Nüşabə» adından «Aylin» adına rəsmiləşdirilmişdir. Cavabdeh onlarla birgə yaşamayaraq və bir ata olaraq uşağı ilə maraqlanmadığı üçün uşağın saxlanması üçün ondan aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə 04 aprel 2012-ci il təvəllüdlü Əhmədova Aylin (Nüşabə) Afiq qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh 175 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İddiaçı məhkəməyə 28.04.23-cü il tarixdə teleqram ünvanlayaraq onun iştirakı olmadan məhkəmə iclasının keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh özəl sektorda, restoran sektorunda işləyir. Cavabdeh uzun müddətdir ki, xaricdə yaşayır. Uşağını da uzun müddətdir ki, görmür. Hazırki alimenti də xaricdən qardaşına göndərir, qardaşı da alimenti ödəyir. Əvvəllər Rusiya Federasiyasında idi. Daha sonra pandemiyadan əvvəl Qazaxıstana getdiyini öyrənmişdir. Lakin son zamanlar əlaqəsi olmadığına görə heç bir məlumatı yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Nikahın Pozulması haqqında Şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 144 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Yasamal Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2018-ci il tarixli iclasının Qərarına əsasən 04 aprel 2012ci il təvəllüdlü X1 adı dəyişdirilərək doğum qeydiyyatı aktlarında adı qrafalarında Aylin yazılması qərara alınmışdır. İş materiallarında olan AZ-İV seriyalı, 054427 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X5 Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1899/2014 saylı, 02 oktyabr 2014-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə X6 arasında 07 iyun 2011-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı şəhəri Nəsimi rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 450 nömrə ilə qeydə alınmış nikahın pozulması, 04 aprel 2012-ci il təvəllüdlü X1 boşanmadan sonra anası X3 himayəsində qalması və 04 aprel 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2014-cü il tarixdən başlayaraq hər ay Cavabdeh 150 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4385/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4385/2021 saylı, 17 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir və buna görə də məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq, iş üzrə tərəflərin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Alimentin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, “Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Həmin Qanuna əsasən 2023-cü il yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. Uşağın tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağı maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalı, xx.xx.2012-ci il təvəllüdlü təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2012ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar