Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2228/2023 08.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh "xxxx" Səhmdar Kredit Təşkilatına qarşı kredit borcunun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" ASC cəlb edilməklə cavabdeh "xxxx" Səhmdar Kredit Təşkilatına qarşı kredit borcunun silinməsi tələbinə dair məhkəməyə müraciət edərək, 11996.83 (on bir min doqquz yüz doxsan altı manat səksən üç qəpik) manat məbləğində olan kredit borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23 may 2007-ci il tarixli kredit müqaviləsinə əsasən ona avtomobil alınması məqsədi ilə 18 (on səkkiz) ay müddətinə, illik 24% ödəmək şərti ilə borc verən "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən 12.000 (on iki min) ABŞ dollar məbləğində formal olaraq kredit verilmişdir.Həmin kredit müqaviləsinin üzrə öhdəliyi Gəncə şəhər sakini Ufiq adlı şəxs icra edirdi. Lakin o, bank qarşısında öhdəliyi icra edə bilmədiyindən Gəncə şəhər Baş Polis idarəsində işləyən polis nəfəri Araz Mərdanovun iştirakı ilə Beynəlxalq Bank ASC-nin Şəmkir rayon filialının əməkdaşları 2007-ci ilin avqust ayında avtomobil Banka təhvil verilmişdi. Lakin sonradan iddiaçının məlumatı olmadan Gəncə şəhər Nizami rayon Məhkəməsi tərəfindən ondan 13265 (on üç min iki yüz altmış beş) manat məbləğində pulun ondan tutulması barədə qətnamə çıxmış və icraya yönəlmiş və avtomobil 2010-cu il tarixdə hərraca çıxarılaraq Banka satılmışdır. İş üzrə 3-cü şəxs olan Azərbaycan Beynəlxalq Bankının Şəmkir filialı arasında bağladıqları müqavilə avtomobil banka təhvil verildikdən sonra ləğv edilmişdir. Bununla bağlı 3-cü şəxsə iddiaçı tərəfindən ərizə də verilmişdi. Hazırda onun banka 11996.83(on bir min doqquz yüz doxsan altı manat səksən üç qəpik) ABŞ dolları borcun olması göstərilsə də iddiaçı tərəfindən bu barədə 2019-cu ilin sonunda məlumat əldə etmişdi və bundan sonra pandemiya müddəti düşdüyündən, iddiaçı xəstələndiyindən məhkəməyə müraciət etmək imkanı olmamışdı. İddiaçı bu barədə məlumatı şəxsiyyət vəsiqəsini dəyişdirildiyi zamanı əldə etmiş və müəyyən etmişdir ki, onun barəsində məhkəmənin qərardadı əsasında qadağan qoyulmuşdur. Onun tərəfindən avtomobil bankın əməkdaşlarına təhvil verilərkən Akt tərtib edilərək bankın əməkdaşlarına təhvil verildi. Kredit isə avtomobilə dair öhdəliklə bağlı olduğundan avtomobilin qaytarılması zamanı kredit borcunun da silindiyi ona filialı tərəfindən bildirilmişdi. Lakin bu günkü gündə onun barəsində qətnamənin çıxaması çox absurt bir haldır. Beləki, o baş vermiş qanunsuzluqla bağlı cavabdeh Aqrarkredit QSC-nin Gəncə filialının Fizuli müəllin avtomobili idiaçıdan istəyərkən o avtomobili tapmış və X8 Qeydiyyat şöbəsinin əli ilə tapmış ki, avtomobil hələ girovda ikən satılmış və sonradan isə qanuniləşdirilmək üçün əvvəl satılmış şəxsdən avtomobil alınararaq sonradan hərrac yolu ilə başqa şəxsə satılmışdır. Bu hal onu göstərir ki, həqiqətən də avtomobil 2007-ci ilin avqust ayında alınaraq X6 filialının əməkdaşlarına alınaraq təhvil verildikdən sonra həmin avtomobil Bankın əməkdaşları tərfındən başqa-başqa şəxslərə satılaraq iddiaçının adına olan müqavilə ləğv edilməmiş və adına olan kredit borcu silinməmişdir. Həmçinin iddiaçı ilə 3-cü şəxs Beynəlxalq Bank ASC-nin Şəmkir filialı ilə aralarında bağlanmış 24 may 2007-ci il tarixli girov müqaviləsinə əsasən «Merscdes Benz-C-180» Daimler Craysler markalı, **- CX-*** dövlət qeydiyyat nişanlı mersedes avtomobilini girov qoymuşdu və həmin avtomobil yuxarda göstərildiyi kimi iş üzrə 3-cü şəxs X6 filialının əməkdaşlarına təhvil verilərək onun borcunun silindiyi və kredit müqaviləsinin ləğv edildiyi ona bildirilsələrdə bu hal onun aldadılmağında nəticələnmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Səhmdar Kredit Təşkilatının nümayəndəsi X2 iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb edərək izahatında bildirmişdir ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-660/220 saylı, xx.xx.2020ci il tarixli qətnaməsi var, qətnamə qanuni qüvvəsini alıb və hal-hazırda Gəncə şəhəri icra idarəsinin icraatındadır. Borc isə olduğu kimi qalıb, heç bir ödəniş olunmayıb. Bugünə olan borc 11996.83 (on bir min doqquz yüz doxsan altı manat səksən üç qəpik) ABŞ dolları təşkil edir. Borcun silinməsinin heç bir hüquqi əsası yoxdur, borclu öhdəliklərini bank qarşısında icra etməlidir, iddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)- 1192/09 saylı, xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdeh İddiaçı kredit üzrə 11.664 (on bir min altı yüz altmış dörd) ABŞ dolları əsas borc, 1.306 (bir min üç yüz altı) ABŞ dolları faz borcu və əsas borca hesablanmış 295 (iki yüz doxsan beş) ABŞ dolları dəbbə pulu, cəmi 13.265 (on üç min iki yüz altmış beş) ABŞ dolları borc, həmçinin iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu onun əmlakı hesabına tutularaq "xxxx" ASC-nin Şəmkir filialına ödənilməsi, borcun tutulması ipoteka ilə yüklənmiş X4 mülkiyyətində olan «Daimler-Chravsler-C-180» markalı ** CX *** dövlət nömrə nişanlı minik avtomaşınına yönəldilməsi və həmin avtomaşının açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş puldan manata məzənnəsi ilə 13265 ABŞ dolları kredit borcu və dövlət rüsumu olaraq keçirilmiş 20 manat tutulub "xxxx" ASC-nin Şəmkir filialına ödənilməsi, cavabdeh İddiaçı kredit üzrə 3469 ABŞ dolları əsas borc, 976 ABŞ dolları faiz borcu cəmı 4445 ABŞ dolları borc onun əmlakı hesabına tutularaq "xxxx" ASC-nin Ağdaş filialına ödənilməsi, borcun tutulması ipoteka ilə yüklənmiş X4 mülkiyyətində olan «AZSAMAND» markalı ** CX *** dövlət nömrə nişanlı minik avtomaşınına yönəldilməsi və həmin avtomaşın açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş puldan manata məzənnəsi ilə 4.445 ABŞ dolları kredit borcunun tutulub "xxxx" ASC-nin Şəmkir filialına ödənilməsi, nəqliyyat vasitələrinin satılmasından əldə olunan pulun artıq qalan hissəsi İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan 09 aprel 2009-cu il tarixli "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən təqdim olunan arayışın surətindən görünür ki, X4 24 may 2007-ci il tarixli kredit müqaviləsinə dair cəmi kredit üzrə borc 13.265 (on üç min iki yüz altmış beş) ABŞ dollar təşkil edir. İş materiallanda olan 24 may 2007-cu il tarixli X4 ərizəsinin surətindən görünür ki, «Daimler-Chravsler” avtomobil alınması məqsədi ilə ona 18 ay müddətində 12000 (on iki min) ABŞ dolları məbləğində kredit verilməsini xahiş etmişdir. İş materiallannda olan 23 may 2007-cu il tarixli "xxxx" ASC-nin Şəmkir filialı tərəfindən təqdim olunan məktubun məzmunundan görünür ki, 23 may 2007-ci il tarixli 200 saylı «Girov müqaviləsinə» əsasən, İddiaçı məxsus Daimler Chrysler (Ban WDB2020181A123485. rəngi-qara metal, ili 1904) avtomobil girova qoyulmuşdur. İş materiallarında olan 24 fevral 2010-cu il tarixli "xxxx" MMC ilə X5 arasında bağlanılmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, «Daimler-Chravsler-C-180» markalı ** CX *** dövlət nömrə nişanlı minik avtomaşnı 2520 (iki min beş yüz iyirmi) manat dəyərində olmaqla X5 tərəfindən alınmışdır. İş materiallarında olan “Azərbaycan Respublikası Daşınar və Daşınmaz Əmlaklaarın Qiymətləndirilməsi Xidməti MMC-nin 624 nömrəli, 23 noyabr 2009-cu il tarixli ekspert rəylərinin nəticə hissələrindən görünür ki, avtomobilin texniki vəziyyətini nəzərə alaraq,«Daimler-Chravsler-C-180» markalı ** CX *** dövlət nömrə nişanlı minik avtomaşnı tələblə təklifin qarşılıqlı təsiri nəticəsində qiyməti 2500 (iki min beş yüz) manat təşkil edir. İş materiallarında olan 24 fevral 2010-cu il tarixli 09/03 nömrəli hərracın yekunları barədə protokola əsasən müəyyən edilir ki, İddiaçı məxsus «Daimler-Chravsler-C-180» markalı ** CX *** dövlət nömrə nişanlı minik avtomaşnı 2520 (iki min beş yüz iyirmi) manat dəyərində olmaqla X5 tərəfindən alınmışdır. İş materiallarında olan 08 may 2023-cü il tarixli "xxxx" Səhmdar Kredit Təşkilatı tərəfindən təqdim olunan kredit və faiz borcunun ödənilməsi barədə məlumatın surətindən görünür ki, İddiaçı 8537 (səkkiz min beş yüz otuz yeddi) ABŞ dollar məbləğində əsas borc, 3459,83 (üç min dörd yüz əlli doqquz dollar səksən üç sent) ABŞ dolları olmaqla cəmi 11996.83 (on bir min doqquz yüz doxsan altı dollar səksən üç sent) ABŞ dolları məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2 (044)-660/220 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 8537.0 ABŞ dolları əsas borc, 3459.83 ABŞ dollları faiz borcu olmaqla, cəmi 11996.83 ABŞ dolları borc qətnamə icra olunan günə Azərvaycan manatında məzənnəsi üzrə hesablanmaqla 30 manat dövlət rüsumu alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank olmayaq Kredit Təşkilatının xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş cavabdeh İddiaçınyn mülkiyyətində olan 1994-cü il buraxılışlı, «Daimler-Chravsler-C-180» markalı ** CX *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına 11996.83 ABŞ dolları borcun ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri İcra İdarəsinin icra məmuru İlkin Qədimovun icraata başlamaq haqqında 23 fevral 2021-ci il tarixli qərarının surətindən görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-660/220 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı "xxxx" ASC-nin Şəmkir filialından 24 may 2007-ci il tarixdə illik 24 faiz ödəmək şərti ilə 12.000 ABŞ dolları kredit götürülmüş, müqavilə öhdəlikləri borclu yerinə yetirilməmişdir. "xxxx" ASC ilə Cavabdeh QSC arasında bağlanılmış problemli aktivlər üzrə tələb hüququnun Cavabdeh QSC-yə güzəşt edilməsinə dair xx.xx.2017-ci il tarixli müqaviləyə əlavə əsasında 8537 ABŞ dolları əsas borc, 3459.83 ABŞ dolları faiz borcu üzrə tələb hüququ Cavabdeh QSC-yə güzəşt edilmişdir. Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 2(044)-660/220 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 8537.0 ABŞ dolları əsas borc, 3459.83 ABŞ dollları faiz borcu olmaqla, cəmi 11996.83 ABŞ dolları borcun qətnamə icra olunan günə Azərvaycan manatında məzənnəsi üzrə hesablanmaqla 30 manat dövlət rüsumu alınaraq Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti Bank olmayaq Kredit Təşkilatının xeyrinə ödənilməsi, borc tələbinin ipoteka qoyulmuş cavabdeh İddiaçınyn mülkiyyətində olan 1994cü il buraxılışlı, «Daimler-Chravsler-C-180» markalı ** CX *** dövlət nömrə nişanlı minik avtomobilinə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına 11996.83 ABŞ dolları borcun ödənilməsi qət edilmiş, qətnamə icraya yönəldilmiş və hal-hazırda icra məmuru İlkin Qədimovun icraatındadır. 08 may 2023cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı 8537 ABŞ dolları məbləğində əsas borc, 3459,83 ABŞ dolları olmaqla cəmi 11996.83 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Hazırda iddiaçı 11996.83 manat kredit borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etsə də iddia tələbinin əsaslılığına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iddia tələbi sadəcə mülahizələrdən ibarətdir. Bunun əksinə olaraq cavabdehin təqdim etdiyi qətnamədən və bugünə olan maliyyə arayışından da görünür ki, İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəlikləri icra etməmişdir, xx.xx.2023-cü nil tarixli maliyyə arayışı da iddiaçının hazırki günə 11996.83 (on bir min doqquz yüz doxsan altı dollar səksən üç sent) ABŞ dolları məbləğində borcu olduğunu təsdiq edir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh "xxxx" Səhmdar Kredit Təşkilatına qarşı kredit borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2228/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2228/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver