Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-223/2024 26.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4-Məmmədova Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X1 nümayəndəsi X2, Cavabdeh2 Oqtay oğlunun nümayəndəsi X3 oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Oqtay oğluna və Cavabdeh1 qarşı “dəymiş zərərin aradan qaldırılması” tələbinə dair mülki işə Yasamal Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh2 Oqtay oğluna, Cavabdeh1 qarşı “dəymiş zərərin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr. 31, müvafiq olaraq 21 və 16 saylı mənzillərdən keçən ümumi kanalizasiya borusunun şaxtasının qanunsuz hörgüsünün cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətdə bərpa edilməsi, o cümlədən cavabdehlərin mərtəbəsindən keçən hissədə zədələnmiş kanalizasiya borusunun təmir edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi Cabbarova Sevil məhkəməyə verdiyi izahatında bildirdi ki, zədələnmiş kanalizasiya borusu artıq onun tərəfindən təmin edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 Oqtay oğlunun nümayəndəsi Hacıyev Oqtay iddia tələbini qəbul etmədiyini, zədələnmiş kanalizasiya borusunun artıq təmin edildiyini və problemin aradan qalxdığını bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Fəhrad oğlu ifadəsində göstərmişdir ki, o, santexnik ustasıdır. Həmin binada təmir işlərini 10 il əvvəl onun özü həyata keçirmişdi. Belə ki, 5-ci mərtəbədəki mənzilin əvvəlki sahibəsi Tatyana adında rus qadın idi. Onun mənzili üçün də santexnik xidmətlərini göstərmişdir. O, 5-ci mərtəbəyə baxanda gördü ki, mufta ilə bağlanıb. Şaxtanın müəyyən hissəsi dağıdılmalı idi. Muftanın boğazını silikonla bağlamışdılar. Çox güman ki, müəyyən zəlzələ titrəyişindən sonra belə su sızması olubdur. Borunun çat hissəsi 5-ci mərtəbəyə düşür. 5-ci mərtəbədəki mənzilin sahibi təmir işlərini görməyimə icazə verməmişdir. O da 6-cı mərtəbədən, yuxarıdan söküb düzəltməyə məcbur olmuşdu. Döşəməni sındırmış, kanalizasiya borusunu çıxarmışdı. Çat 5-ci mərtəbədə idi. Plastik borunu çuquna birləşdirdilər. 6-cı mərtəbənin təmirə ehtiyacı yox idi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki iş məhkəmədə baxılmalı olmadığına görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcələsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddia tələbinin əsasını təşkil edən zədələnmiş kanalizasiya borusu cavabdehlərdən biri tərəfindən təmir edildiyindən və tərəflər arasında mövcud olmuş mübahisə artıq həllini tapdığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iş üzrə icraata xitam verildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.4, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh2 Oqtay oğluna, Cavabdeh1 qarşı “dəymiş zərərin aradan qaldırılması” tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2 Oqtay oğlu və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-223/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-223/2024
26.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver