Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2262/2020 30.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə alınan ”HYUNDAİ İX-35" markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomaşın ilə bağlı X7 ilə Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında aparılmış qeydiyyatın ləğv olunması, X4 və İddiaçı həmin avtomobilə mülkiyyət hüququnun tanınması, avtomobilin 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə İddiaçı paylarının müəyyən edilməsi, Cavabdeh1 və İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ilə rəsmi qaydada xx xxxx 1996-cı il tarixdə Bakı şəhəri Səadət sarayında nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.1997-ci il tarixdə oğlu X12, xx.xx.2001-ci il tarixdə oğlu X8 və xx.xx.2009-cu il tarixdə oğlu X9 anadan olmuşlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-700/2019 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə xx.xx.2018-ci il tarixdə “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Avtomobil cavabdeh Hüseynova (Fətəliyeva) Jalə Ağarza qızının adına qeydiyyata alınmışdır. Cavabdeh həmin maşını onun razılığı olmadan xx.xx.2019-cu il tarixində qeydiyyatdan çıxararaq alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirmişdir. Özgəninkiləşdirmə formal olaraq aparılmış, lakin avtomobil hal-hazırda da cavabdehin öz istifadəsindədir. O, xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 birgə nigah dövründə aldıqları “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı avtomobilə dair onun razılığı alınmadan bağlanmış xx xxxxx 2019-cu il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinin və həmin avtomobilin 1/2 hissəsinin onun adına sənədləşdirilməsinin razılaşma yolu ilə 15 gün müddətində həll edilməsini təklif edərək sifarişli-xəbəmaməli məktubla pretenziya göndərmişdir. Poçt tərəfindən təqdim edilmiş xəbərnamədən görünür ki, Cavabdeh1 məktubu xx xxxxxx 2020-ci il tarixdə almışdır. Lakin, cavabdeh bu günə kimi göndərilən məktuba cavab verməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirdi ki, “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə alınmışdır. Nikah pozulduqdan sonra cavabdeh “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili satarkən keçmiş həyat yoldaşının razılığını almamışdır. Mülki Məcəllənin 650-ci maddəsinə əsasən alqısatqı müqaviləsi bağlanarkən dövlət qeydiyyatından keçməli olan daşınar əşyalara daşınmaz əmlaklarla bağlı müddəalar tətbiq olunur. Daşınar əşyalarda da birgə nikah dövründə əldə olunan əmlakların alqı-satqısı zamanı ərin və arvadın razılığı tələb olunur. Ona görə də o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət X17 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1979-cu il təvəllüdlü X5 adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. İş materiallarında olan AR DİN Baş Dövlət X17 tərəfindən verilmiş kompyuter Çıxarışından görünür ki, “HYUNDAİ İX-35” markalı, 99FJ902 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə xx.xx.1979-cu il təvəllüdlü X5 adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmışdır. Həmçinin həmin tarixdə nəqliyyat vasitəsinin yeni mülkiyyətçisi Cavabdeh2 tərəfindən Cavabdeh1Həsənov Ruslan Elşən oğluna etibarnamə verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobil X7 tərəfindən Cavabdeh2 satılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X7 arasında bağlanmış nikah xx.xx.2019-cu il tarixdə ləğv edilmişdir. Tərəflər birgə nikah dövründə, “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh X5 adına rəsmiləşdirilməklə əldə etmiş, xx.xx.2019-cu il tarixində həmin avtomobil iddiaçının razılığı olmadan alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlaka ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1 -ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə görə isə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 33.1 -ci, 33.2-ci, 33.3-cü maddələrinə əsasən ər-arvadın ümı əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci və 222.3-cü maddələrinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncam bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bötun mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324 1 -ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllənin 340.1-ci, 337.3-cü, 337.4-cü maddələrinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Həmin avtomobilin tərəflərin birgə nikahı dövründə əldə olunmuş əmlak olması araşdırılmış sübutlarla tam olaraq təsdiq edilmişdir. Mübahisə predmeti olan “HYUNDAİ İX-35” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı cavabdeh X7 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin yalnız görünüş üçün formal olaraq bağlanması iş materialları ilə tam təsdiq olunur. Bununla yanaşı məhkəmə hesab edir ki, hazırda qeyd olunan avtomobilin qeyri-bərabər bölünməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar mövcud olmadığından, həmin əmlak tərəflər arasında bərabər paylara uyğun olaraq bölünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin edilməli, X7 ilə Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, Cavabdeh1 Ağaraza qızının və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin nəqliyyat vasitəsi üzərində aparılmış qeydiyyatın ləğv olunması və Cavabdeh1 və İddiaçı həmin avtomobil üzərində mülkiyyət hüququnun qeydə alınması tələbi üzrə qeyd edir ki, hər hansı inzibati orqanın üzərinə vəzifə və öhdəlik qoyulması ümumi məhkəmələrin səlahiyyətlərinə aid deyildir. Odur ki, iddia ərizəsi həmin hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. X7 ilə Cavabdeh2 arasında xx xxxxx 2019-cu il tarixdə bağlanmış nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 Ağaraza qızının və İddiaçı həmin avtomobilə mülkiyyət hüququ tanınaraq avtomobilin 1/2 (ikidə bir) hissədə Cavabdeh1, 1/2 (ikidə bir) hissədə İddiaçı payları müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2262/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2262/2020
30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver