Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2267/2025 28.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2732939Nümayəndə2 iştirakı ilə, Maraqlı şəxslər X3 və X4 mülki işin icraatının bərpa edilməsi barədə ərizəsinə Yasamal rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 və X3 İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş xx.xx.2004-cü il tarixli 2-1035/2004 nömrəli qətnamədən apellyasiya şikayəti vermişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-1035/2004 nömrəli qərardadı ilə X1 və X2 İddiaçı Cavabdehnə qarşı “mənzilə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə maraqlarına toxunulan şəxs qismində cəlb edilməklə mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-5056/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün sayılmışdır. Sözügedən qərardaddan maraqlı şəxslər tərəfindən kassasiya çikayət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(102)-3420/2024 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Yuxarı instansiya məhkəmələrə qərarlarında mülki iş üzrə itirilmiş icraatın bərpa edilməsinin zəruriliyini qeyd etmişlər. X1 və X3 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək itirilmiş icraatın bərpa edilməsini xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən mənzildə ərizəçilər uzun illərdir ki, yaşayırlar. Lakin, onlara məlum olmuşdur ki, həmin mənzil 2004-cü il tarixli qətnamə əsasında İddiaçı mülkiyyətinə keçmiş, sonuncu isə həmin mənzili daha sonra öz arvadına bağışlamışdır. Bununla ərizəçilərin hüquqları pozulmuşdur. Maraqlı şəxslər X3 və X4 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclaslarında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaslarında iştirak etmiş, lakin, sözügedən məhkəmə qətnaməsi ilə bağlı məhkəməyə hər hansı mülahizə bildirməmiş, qətnamənin qəbul edilməsinin üzərindən uzun müddət keçdiyindən xatırlamadığını qeyd etmişdir. İddiaçı nümayəndəsi və vəkili https://ecms.justice.loc/Documents/CaseParties.aspx?caseId=2732939Nümayəndə2 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hazırki mülki iş üzrə yuxarı instansiya məhkəmələrinin hüquqi mövqelərini, tərəflərin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin arxivindən əldə edilmiş məlumatlara əsasən müəyyən edilir ki, Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 32 nömrəli qərarına əsasən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-1035/2004 nömrəli 29 aprel 2004-cü il tarixli qətnaməsi üzrə mülki iş məhv edilmişdir, həmin iş üzrə yalnız məhkəmə qətnaməsi saxlanılmışdır. Qətnamə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-1035/2004 nömrəli 29 aprel 2004-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “mənzilə hüququn tanınması” tələbinə dair iddiasının təmin olunması və İddiaçı Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 135 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanmasının Cavabdehnə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan apellyasiya şikayətindən görünür ki, ərizəçilər Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-1035/2004 nömrəli 29 aprel 2004-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilib iddia tələbinin rədd edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin əlavəsində «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» proseduru nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəlləsində saxlama müddəti keçdiyinə görə məhv edilmiş icraatın bərpa edilməsi proseduru isə nəzərdə tutulmamışdır. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında xüsusi vurğulanmışdır ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri və ümumiyyətlə ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da, bəzən bu obyektiv olaraq mümkün olmur. Bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquqtətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyrimüəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə hesab edir ki, belə hüquq normasının olmaması işin baxılmasından imtina edilməsinə səbəb ola bilməz və MPM-nin «İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi» bölməsinin müddəaları anologiya üzrə tətbiq edilməlidir. İtirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə edilmiş Əlavənin 1-ci bəndinə əsasən başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam edilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Həmin Əlavənin 2-ci bəndinə əsasən itirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Həmin Əlavənin 10-cu bəndində qeyd olunur ki, itirilmiş məhkəmə icraatının bərpa edilməsi haqqında qətnamədə və ya iş üzrə xitam verilməsinə dair qəradadda məhkəməyə təqdim olunmuş hansı konkret məlumatlara, itirilmiş icraat üzrə proses iştirakçılarının iştirakı ilə məhkəmə iclasında tədqiq olunmuş məlumatlara əsasən bərpa olunmuş aktın məzmununun müəyyən olunmuş hesab edilməsi göstərilməlidir. İtirilmiş icraatın bərpası haqqında iş üzrə qətnamənin əsaslandırıcı hissəsində həmçinin məhkəmədə tədqiq olunmuş hansı halların və itirilmiş icraatla əlaqədar edilmiş hansı prosessual hərəkətlərin sübuta yetirilməsi barədə məhkəmənin gəldiyi nəticələr göstərilməlidir. Həmin Əlavənin 15-ci bəndinə əsasən itirilmiş icraatın bərpası haqqında ərizə üzrə məhkəmə aktından qanunla müəyyən edilmiş qaydada şikayət verilir. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, İddiaçı Cavabdehnə qarşı “mənzilə hüququn tanınması” tələbinə dair iddiası üzrə Yasamal rayon Məhkəməsində baxılmış 2-1035/2004 saylı iş üzrə məhv edilmiş (itirilmiş) icraat bərpa olunmalı və məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2-1035/2004 nömrəli mülki iş üzrə məhv edilmiş (itirilmiş) məhkəmə icraatı bərpa edilsin. Həmin iş üzrə İddiaçı Cavabdehnə qarşı “mənzilə hüququn tanınması” tələbinə dair iddiasının təmin olunması və İddiaçı Bakı şəhəri, Yeni Yasamal-1, 14 saylı evin 135 saylı mənzilinə yaşayış hüququnun tanınması və həmin mənzil üzrə icarə müqaviləsinin bağlanmasının Cavabdehnə həvalə edilməsi barədə 29 aprel 2004-cü il tarixli qətnamənin qəbul edilməsi müəyyən olunsun. Qətnamədən 30 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-2267/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2267/2025
28.02.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver