Məhkəmə qərarları › İş №2(004)-2273/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2273/2023

25.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2273/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində müəəyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 300 manat aliment tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi (anası) – X4 məhkəmə etirazla müraciət edərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı uşaqların aylıq xərclərinin çox olması ilə əsaslandırmışdır. İddia tələbi əsassızdır. Birincisi, iddiaçının hazırki iddiası yolverilən deyildir. Valideynlərdən birindən uşaqların saxlanılması üçün alimentin tutulması o demək deyildir ki, digər valideynin özü uşaqların saxlanılması üçün vəsait xərcləməməlidir. Maddənin məzmunundan da göründüyü kimi tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu halda məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Oğlu Anarın maddi vəziyyətində müsbət mənada heç bir dəyişiklik olmamış, əksinə səhhəti ilə əlaqədar maddi vəziyyəti daha da acınacaqlı vəziyyətə düşmüşdür. Belə ki, Cavabdeh 2-ci qrup əlil olmaqla hazırda mədə-bağırsaq xəstəliyindən əziyyət çəkir. Onların köməkliyi ilə Türkiyə Respublikasına müalicəyə gedib və sağlamlığı bərpa olunarsa sentyabr ayında geri dönəcəkdir. O xəstəliklərdən əziyyət çəkdiyi üçün iş qabiliyyətini itirmişdir. Artıq bir neçə müddətdir ki, heç harda rəsmi işləməməyilə yanaşı, həmçinin qeyri-rəsmi olaraq da heç bir qazanc əldə edə bilmir. Hazırda tək dolanışıq yeri 2-ci qrup əlilliyə görə aldığı müavinətdir. Üstəlik də ki, maddi vəziyyətinin yaxşılığa doğru dəyişməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İddia yol verilən olsa belə, yenə də təmin oluna bilməz. Belə ki, Anar məhkəmə tərəfindən müəyyən olunan aliment məbləğini çətinliklə olsa da ödəməklə yanaşı, həmçinin müəyyən vaxtlarda uşağın zəruri tələbatlarının ödənilməsində gücü çatdığı qədər iştirak etmişdir. Daha doğrusu müxtəlif vaxtlarda uşağın hazırlıq pullarını ödəmiş, həmçinin də uşağın belində olan əyrilik üçün lazım olan karseti də 500 manat ödəyərək almışdır. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o və Cavabdeh Müslim oğlu xx.xx.2003ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan xx.xx.2004-ci il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X11 adlı iki övladı dünyaya gəlmişdir. Bir müddət sonra ailə münasibətləri pisləşmişdir. Daha sonra iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilmiş və Yasamal Rayon Məhkəməsinin 30 may 2021-ci il tarixli, 2(004)- 3861/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh Müslim oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli nikahın pozulması, xx.xx.2004-ci il təvəllüdlü X6 və xx.xx.2007-ci il təvəllüdlü X7 anası İddiaçı himayəsində saxlanılması və yetkinlik yaşına çatanadək onların saxlanılması Cavabdeh Müslim oğlundan, hər ay sabit pul məbləğində 175 (bir yüz yetmiş beş) manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli 2(103)- 6148/2022 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-3861/2021 saylı, 30 sentyabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni xx.xx.2004-cü il təvəllüdlü X8 onun yanında qalması (saxlanılması) və yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq mənə verilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia təmin edilməməsi qət edilmişdir. Bundan sonra, tərəfimdən Cavabdeh qarşı “alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 30 sentyabr 2021-ci il tarixli, 2(004)-3861/2021 saylı qətnaməsi ilə xx.xx.2004- cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının X9 münasibətdə artırılaraq, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 450 (dörd yüz əlli) manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamənin çıxarılması məhkəmədən xahiş olunmuşdur. Yasamal Rayon Məhkəməsi 19 iyul 2022-ci il tarixli, 2(004)-3479/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)- 3861/2021 saylı qətnaməsi ilə yetkinlik yaşma çatmayan xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarı xx.xx.2007-ci il təvəllüdlü X9 münasibətdə artırılması, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda X11 üçün müəyyən olunmuş 160 (yüz altmış manat) bir uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın saxlanılması xərcləri günü-gündən çoxalır, uşaqlarımızın saxlanılması üçün daha çox məbləğə ehtiyac duyulur. Cavabdehdən uşaqların saxlanılması üçün əlavə məbləğ tələb etdikdə etiraz edir, yalnız məhkəmənin müəyyən etdiyi məbləği ödəyə biləcəyini, artıq köməklik göstərməyəcəyini bildirir. Hesab edir ki, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X2 üçün uşağın yetkinlik yaşına çatanadək onun xeyrinə tutulmuş aliment məbləği artırılaraq 300 (üç yüz) manat müəyyən edilməlidir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun itirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 81, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X11 Bakı şəhərində anadan olmuş və anası İddiaçı, atası Cavabdehdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3861/2021 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment” tələbinə dair iddiası qismən təmin edilərək tərəflər arasında bağlanmış xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Səadət Sarayında 2260 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2004-cü il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X5 İddiaçı himayəsində qalması, xx.xx.2004-cü il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apelllyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 6148/2022 saylı qətnaməsinə əsasən Cavabdeh tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(004)-3861/2021 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iddia tələbinin xx.xx.2004-cü il təvəllüdlü X3 üçün alimentin tutulması hissəsində ləğv edilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3479/2022 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası qismən təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Cavabdeh nümayəndəsi (anası) – X4 tərəfindən məhkəməyə təqdim edilmiş 090418 nömrəli vəsiqədən görünür ki, Cavabdeh 2-ci qrup əlildir. İddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş hər ay 160 manat aliment hazırda yetərli deyil və uşağın gündəlik tələbatlarını ödəmir. Ailə Qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Habelə, Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə görə isə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Lakin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları hər iki valideynin vəzifəsidir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması hər iki valideynin vəzifəsi olduğundan iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmasına görə hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar