Məhkəmə qərarları › İş №2(004)-2274/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2274/2023

07.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2274/2023 07.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dəymiş zərərə görə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2023-cü il fevral ayının 3-ü saat 19:30 radələrində Binəqədi rayonu, Mədən 2 ərazisində Cavabdeh tərəfindən idarə olunan SHACMAN SX3315DT406 markalı 90-jv-883 qeydiyyat nişanlı yük maşını tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi pozularaq yolun əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edilərkən yolun sağ kənarında dayanmışı **-TJ-*** qeydiyyat nişanlı Nissan Sunny markalı maşınına zərər yetirilmişdir. Avtomobilini 17 mart 2023-cü ildə qəzada dəymiş zərəri dəqiqləşdirmək üçün texniki baxışdan keçirmiş və nəticədə avtomobilinin qəzadan əvvəlki vəziyyətə qayıtması üçün lazım olan məbləğin 700 mnat olduğunu öyrənmişdir. Cavabdehin yol hərəkət qaydasını pozduğu təsdiqlənib və Binəqədi Rayon DYP tərəfindən tərtib edilən qərarda əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmədə təqsirli bilinərək 40 manat miqdarında cərimələnmişdir. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiış etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddiasını müdafiə edir. 700 manat məbləğində dəymiş maddi ziyanı tələb edir. Nissan Sunny markalı avtomobilinə cavabdeh SHACMAN SX3315DT406 markalı maşını idarə edərkən zərər yetirmişdir. Tərəfə təklif etmişdir ki, servislərdə əvvəlcə 300 manat, daha sonra isə 700 manata qədər müəyyən edilmiş zərəri kompensasiya etsin, razılığa da gəlmişlər, ancaq o bunu sonra ödəməmişdir. Onun avtomobilinin vəziyyəti ilə bağlı başqa xərcləri də yaranmışdı, buna baxmayaraq razılaşdırılmış məbləğlə kifayətlənmişdir. Nəqliyyat vasitəsinin icbari sığortası yoxdur. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan X2 xx.xx.2023-cü il tarixli, ******* saylı Protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP5558318 saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 20:00-da SHACMAN SX3315DT406 markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İnzibati Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan “X3”in xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, **-TJ-*** qeydiyyat nişanlı Nissan Sunny markalı nəqliyyat vasitəsinə dəymiş zərər 700 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan AE 023511 seriya nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-TJ-*** qeydiyyat nişanlı Nissan Sunny markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı **-TJ-*** qeydiyyat nişanlı Nissan Sunny markalı və SHACMAN markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri zədələnmişdir. İş materiallarında olan Cavabdeh Binəqədi RPİ-də verdiyi izahatında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:00-da idarə etdiyi SHACMAN markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı maşınla Binəqədi, Mədən 2 yaşayış sahəsində hərəkətdə olarkən qarşısına maneə çıxdığı üçün sağa manevr etmiş, nəticədə yolun sağ kənarında dayanmış **-TJ-*** qeydiyyat nişanlı Nissan Sunny markalı nəqliyyat vasitəsinin sol hissəsinə yüngül toxunmuşdur. Hadisədən sonra qarşıda sıxlıq yaratmamaq üçün təhlükəsiz yerdə maşını saxlayıb qarşı tərəfin sürücüsünə yaxınlaşıb törətdiyi xətanı səmimi etiraf etmiş və ona dəymiş zərəri ödəyəcəyini söz vermişdir. Qayda pozuntusuna yol verdiyini səmimi qəbul edir. İş materiallarında olan İddiaçı Binəqədi RPİ-də verdiyi izahatında qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində özünə məxsus **-TJ-*** qeydiyyat nişanlı Nissan Sunny markalı maşını ilə Binəqədidən Nurlu yaşayış massivinə gedərkən yolun kənarında marketə düşmək üçün maşını saxlamışdır. Maşından uzaqlaşmadan biraz sonra səs eşidib geri qayıtmış və görmüşdür ki, maşınının sol arxa tərəfindən hərəkət edən SHACMAN markalı **-JV-*** dövlət qeydiyyat nişanlı yük maşınının sürücüsü solundan onu ötüb keçərkən manevr qaydasını pozmuş və nəticədə maşınının sol arxa və qabaq qapıları və sol qabaq qanadı ilə toqquşaraq sol yan güzgüsünü sındıraraq maşına maddi zərər yetirmişdir. İş materiallarında olan İcbari Sığorta Müqavilələrinin mövcudluğunun yoxlanılması barədə Çıxarışdan görünür ki, yol nəqliyyat hadisəsinin baş vermə vaxtı- yəni xx.xx.2023cü il tarixdə SHACMAN markalı, **-JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP5558318 saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 20:00-da SHACMAN SX3315DT406 markalı, **- JV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İnzibati Xətalara Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. Cavabdeh törətdiyi inzibati xəta hadisəsi zamanı İddiaçı avtomobilinə ziyan dəymişdir. İş materiallarında olan “X3”in xx.xx.2023-cü il tarixli dəymiş zərərin hesablanmasına dair Aktdan görünür ki, **-TJ- *** qeydiyyat nişanlı Nissan Sunny markalı nəqliyyat vasitəsinə dəymiş zərər 700 manat məbləğində qiymətləndirilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı yol nəqliyyat hadisəsi zamanı avtomobilə vurulmuş maddi ziyanın əvəzinin cavabdehdən tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuş və cavabdeh bu zərərin yetirilməsi ilə əlaqədar mülki-hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh dəymiş zərərə görə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh dəymiş zərərə görə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar