Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-2278/2021 08.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 tərəflərin barışıq sazişi imzaladığını və mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək barışıq sazışinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli barışıq sazişinə əsasən İddiaçı ASC ilə Cavabdeh arasında barışıq sazişi bağlanmışdır. Sazişin məzmunu aşağıdakı kimi müəyyənləşdirilmişdir :
1. Borc məbləği, ödəniş qaydası və borcun tam ödənilməsi: 1.1 Tərəflər Cavabdeh 21-Y-1-0-394-15, xx xxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə xx xxxxxx 2021-ci il tarixinə cəmi borc məbləğini 8508.25 (səkkiz min beş yüz səkkiz manat iyirmi beş qəpik) manat müəyyən edirlər. 1.2 Göstərilən 8508.25 (səkkiz min beş yüz səkkiz manat iyirmi beş qəpik) manat borcun 2390.62 (iyirmi üç min doxsan manat altmış iki qəpik) manat məbləğində hissəsini Cavabdeh 2021-ci ilin aprel ayının 8-də İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. 1.2 Daha sonra borcun qalıq hissəsi olan 6117.63 (altı min yüz on yeddi manat altmış üç qəpik) manat məbləğində olan əsas borcu Cavabdeh xx xxxxxxxx 2021-ci il tarixinədək İddiaçı” ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. 1.3 Cavabdeh kredit müqaviləsi üzrə sazişin imzalandığı günədək hesablanmış cərimə borcu və xx.xx.2021-ci il tarixindən sonra hesablanacaq olan faiz və cərimə borcları bağışlanır. 1.4 Bu sazişlə razılaşdırılmış qaydada İddiaçı ASC-nə 8508.25 (səkkiz min beş yüz səkkiz manat məbləğində borc Cavabdeh tərəfindən ödənildiyi halda, cavabdehin iddiaçı qarşısında öhdəlikləri tam icra olunmuş hesab olunacaqdır. 1.5 Barışıq sazişində qeyd edilən qaydada və tarixdə Cavabdeh tərəfindən banka olan borc məbləği tam ödənilsə borcun olmadığı haqqında arayış təqdim olunacaq. 1.6 Məhkəmə xərcləri Cavabdeh tərəfindən ödəniləcəkdir. 1.7 İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia tələbindən imtina edir.
2. Barışıq sazişi icra edilmədikdə: 2.1 Barışıq sazişinin yuxarıda qeyd edilən şərtləri cavabdehlər Cavabdeh tərəfindən razılaşdırılmış qaydada və müddətdə icra edilmədikdə tərəflər aşağıdakı qaydada razılaşırlar. 2.2 Cavabdeh xx xxxxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 6117.63 AZN əsas, 2070.05 AZN faiz, 28.56 AZN cərimə və kredit müqaviləsi üzrə xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 101.15 AZN məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 8317.39 AZN borcun və 30 manat ödənilmiş dövlət rüsumunu İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür.
3. Barışıq sazişin icra qaydası: 3.1 Barışıq sazişinin təsdiq edilməsinə dair qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) iş günü müddətində qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir. 3.2 Barışıq sazişi Tərəflərin, yaxud onların vəkalətli nümayəndələrinin imzaları ilə təsdiq olunduqdan sonra məhkəməyə təqdim edilir. Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. 3.3 Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. 3.4 Barışıq sazişi azərbaycan dilində, 2 (iki) vərəqdə, 3 (üç) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, biri cavabdehə, biri isə Yasamal rayon rayon Məhkəməsində iş materiallarında saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi imzalaması qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 262-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilsin. İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına tərəflər arasında barışıq sazişinin bağlanması ilə əlaqədar xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 gün ərzində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Günay Axundova