Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2287/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X5 anadan olmuşdur. Daha sonra Cavabdeh ilə arasında olan ailədaxili münaqişələrdən boşanmağa qərara gəlinərək, iddiaçı Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddia tələbi ilə Yasanal rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5343/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh ilə onun arasında Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxxx 2010-cu il tarixli 2905 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 onun yanında qalınması, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh hər uşağa görə hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda aşağıda qeyd olunanlara əsasən, məhkəməyə alimentin artırılması ilə bağlı müraciət etməli məcburiətində qalmışdır. Uşaqların normal həyat yaşaması üçün hər cür qidalar, vitaminlər, uşaq əyləncələri, geyim əşyaları tələb olunur. Bütün bunları uşağları üçün təşkil etmək, təkbaşına onun üçün olduqca çətindir, hətta qeyri-mümkündür deyərdi. Lakin, cavabdeh məhkəmə qətnaməsində qeyd olunmuş alimenti ödəməklə atalıq vəzifəsini və öhdəliyini icra etmiş hesab edir. Uşağın normal yaşayışını təmin etmək üçün bütün bunların təşkil olunmasına ona hər hansı bir köməklik göstərmir. Hal-hazırda övladlarının yetkinlik yaşına çatmamasını nəzərə alınsa hazırda ödənilən aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və zamanla məsrəfi artmağa başlıyır. Bundan başqa, 2021-ci il üzrə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və hər uşaq üçün 175 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5 343/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, hazırda dünyada və ölkədə baş verən xəstəliklə əlaqədar olaraq, pandemiya hamı kimi onunda işinə öz təsirini göstərmişdir. O, hal-hazırda işləmir. 2020-ci il tarixdə kəsilən 340 manat məbləğində alimentdən artıq ödəniş edə bilməyəcəkdir. Həmin məbləği ödəməkdə çətinlik çəkir. İşə başladığı müddətdən etibarən isə alimentin əmək haqqına yödəldilməsinə belə razıdır. Odur ki, hazırki vəziyyəti nəzərə alaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və mülki işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ünvanladığı etiraz ərizəsində iş üzrə məhkəmə prosesini onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxxx 2010-cu il tarixdə nikah bağlanmış, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı iki uşaqları olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-5343/2020 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxxx 2010-cu il tarixli 2905 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015ci il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Cavabdeh hər uşağa görə hər ay 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin cavabdeh İddiaçı xeyrinə tutulması, alimentin tutulma müddətinin xx xxxxxxx 2020-ci il tarixdən hesablanması, alimentin tutulmasının dərhal icra edilməsi qərara alınmışdır. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin artırılmasını tələb edir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1 -ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-5343/2020 saylı qətnaməsinin qanuni qüvvəyə minməsindən az müddət keçməsinə baxmayaraq, müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılması xahiş etsə də, sonuncu tərəfindən cavabdehin maddi vəziyyətində dəyişilik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə eyni zamanda odu da qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Məhkəmə iddia tələbini təmin etməyərkən eyni zamanda onu da nəzərə alır ki, uşaqlarını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-2287/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2287/2021
01.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver