Məhkəmə qərarları › İş №2(004)-2292/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2292/2023

19.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2292/2023 19.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Hacıyeva Aysel Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 2820 manat məbləğində pul və ödənilmiş 48,20 manat dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, İ.Əbilov küçəsi ilə M.Muxtarov küçəsinin kəsişməsində ona məxsus olan BMW X5 markalı ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh istifadəsində olan moped ilə toqquşmuşdur. Yasamal rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən, hadisə Cavabdeh tərəfindən Yol Hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin tələbləri pozulduğuna görə baş verdiyi müəyyən edilmişdir. Hadisə nəticəsində onun istifadəsində olan nəqliyyat vasitəsinə 2820 manat məbləğində zərər dəymişdir və nəqliyyat vasitəsinin bərpasına görə, həmin məbləğ ödənilmişdir. Əlavə olaraq Great Motors MMC tərəfindən qüsur aktı qəbul edilmişdir və həmin qüsur aktına əsasən, nəqliyyat vasitəsinə bu məbləğdə ziyan dəymişdir. İddiaçı məhkəməyə teleqram göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, BMW X5 markalı **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən X1 adına qeydə alınmışdır. ƏN-Vİ seriyalı 373876 nömrəli nəqliyyat vəasitələrindən istifadə edilməsi haqqından etibarnamədən görünür ki, X1 ülkiyyətində olan BMW X5 markalı **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı idarə etmək üçün etibar edilmişdir. Great Motors QSC tərəfindən tərtib olnmuş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, BMW X5 markalı **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1710 manat xidmət, 1110 manat ehtiyat hissəsi olmaqla, ümumilikdə 2820 manat məbləğində ziyan dəymişdir. Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis leytenantı Ariz Qədiməliyevin xx.xx.2022-ci il tarixli qərarına əsasən cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə Yasamal rayonu, İ.Əbilov küçəsi ilə M.Muxtarov küçəsinin kəsişməsində ona məxsus olan BMW X5 markalı ** KN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Cavabdeh istifadəsində olan moped ilə toqquşmuşdur. Hazırda İddiaçı BMW X5 markalı **-KN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın əvəzinin ödənilməsini tələb edir. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub təmin edilməli, Cavabdeh 2820 manat məbləğində pul və ödənilmiş 48,20 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2820 manat məbləğində pul və ödənilmiş 48,20 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar