Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2308/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddaçı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş xx xxxxxx 2019-cu il tarixli yol nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan “Hyundai Santafe” markalı **-XX-*** dövlət- qeydiyyat nişanlı avtomobilə vurulmuş 5913 manat məbləğində zərərdən “xxxxxxxxxxxx” Şirkəti ASC tərəfindən ödənilmiş 4477,51 manat məbləğində sığorta pulunun çıxılaraq yerdə qalan 1435,39 manat məbləğində zərərin, avtomaşına vurulmuş zərərin qiymətləndirilməsinə görə “xxxxxxxx” MMC-nin hesabına ödənilmiş 50 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hyundai Santafe markalı **-XX-*** dövlətqeydiyyat nişanlı avtomobil AC-N 340662 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsusdur. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə, saat 14:00 radələrində, “BC” dərəcəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi X6 markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərinin 20 yanvar küçəsindən gəlib Quba şəhərinin Fətəlixan küçəsinə çıxmaq istəyərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin tələblərini pozaraq, yəni yolun sağında quraşdırılmış “STOP- Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının tələblərini pozaraq, kəsişməyə daxil olan sürücüyə yol verməli olduğu halda buna əməl etmədən Fətəlixan küçəsi ilə yolun sağ tərəfindən gələrkən onun adına olan “B” dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi Hyundai Santafe markalı, **-XX-*** dövlət-qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq ona məxsus avtomobillə toqquşub və yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə hər iki avtomobil əzilərək yolun sağ tərəfinə çaxaraq dayanmışdır. Bu zaman avtomobilim zərbədən yolun sağ tərəfində çıxarkən elektrik dirəyinə dəymiş və onu aşırmışdır. Hadisə zamanı onun sağlamlığına da ziyan dəymişdir. Bundan sonra sığorta şirkətindən gələrək avtomobilinə dəymiş ziyan hesablanmış və dəymiş ziyanın 5913 manat olduğu qeyd edilmişdir. Bu barədə xx xxxxxx 2019-cu il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, həmin qərarda Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nın 327.1 və 327.2-ci maddələrilə inzibati tədbir görülməsi üçün RPŞ-nın DYPB-na göndərilməsi qeyd edilmişdir. Bundan sonra İXP- 3029447 nömrəli X4 protokola əsasən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nın 327.1 və 327.2-ci maddələri ilə X4 protokol tərtib edilmişdir. Həmin protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nın 327.1 və 327.2-ci maddələri ilə 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış tərtib edilmişdir. Cavabdehin avtomobili “xxxxxxxxxxxx” ASC-də sığortalandığı üçün həmin şirkət tərəfindən ona verilə biləcək maksimum yəni 4477,61 manat məbləğində pul ödənilmişdir. Lakin onun avtomobilinə dəymiş ziyan bundan artıq olduğu üçün geri qalan pulu Cavabdeh tələb edir. Avtomobilinə dəymiş ziyan 5913 manat məbləğində hesablansa da həmin ziyan da əslində az hesablanmışdır. Bu səbəbdən də o avtomobilimi təmir etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə ərizə təqdim edərək, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasını mümkün hesab edir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İXP ******* saylı X4 Protokoldan görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə, saat 14:00 radələrində X6 markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək, İXM-nin 327.1 və 327.2-ci maddələrini pozmuşdur. İş materiallarında olan Quba RPŞ-nin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan PXA56877 saylı Sığorta aktından görünür ki, İddiaçı məxsus Hyundai Santafe markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 4500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Xalq Bakın Quba filialı tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı hesabına 4500 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 1651 saylı xxxxxxxx MMC tərəfindən verilmiş Ziyan aktından görünür ki, İddiaçı məxsus Hyundai Santafe markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 5913 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Legal Prime MMC tərəfindən verilmiş X1 barədə Mütəxəssis Rəyindən görünür ki, İddiaçı məxsus Hyundai Santafe markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 4400 manatdır. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 14:00 radələrindəCavabdeh idarə etdiyi X6 markalı, **-UR- *** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı məxsus Hyundai Santafe markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobiltoqquşmuş və nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir.İXP ******* saylı X4 Protokoldan görünür ki, Cavabdeh X6 markalı, **-UR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törədərək, İXM-nin 327.1 və 327.2-ci maddələrini pozmuşdur.Quba RPŞ-nin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. xxxxxxxxxxxx tərəfindən verilmiş Sığorta Aktından görünür ki, İddiaçı ona məxsus Hyundai Santafe markalı, **-UR- *** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə 4500 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş xx xxxxxx 2019-cu il tarixli yol nəqliyyat hadisəsi zamanı mülkiyyətində olan “Hyundai Santafe” markalı **-XX-*** dövlət- qeydiyyat nişanlı avtomobilə vurulmuş 5913 manat məbləğində zərərdən “xxxxxxxxxxxx” Şirkəti ASC tərəfindən ödənilmiş 4477,51 manat məbləğində sığorta pulunun çıxılaraq yerdə qalan 1435,39 manat məbləğində zərərin, avtomaşına vurulmuş zərərin qiymətləndirilməsinə görə “xxxxxxxx” MMC-nin hesabına ödənilmiş 50 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xxxxxxxxxxxx tərəfindən verilmiş Sığorta Aktından da göründüyü kimi nəqliyyat hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş 4500 manat məbləğində ziyan X5 ASC tərəfindən iddiaçıya tam olaraq ödənilmişdir. Lakin iddiaçı sonradan xxxxxxxx adlı başqa bir MMC-yə müraciət etmiş və onların verdiyi ziyan aktına əsasən avtomobilə dəymiş ziyanın məbləği 5913 manat müəyyən edilmişdir. Həmçinin Yasamal Rayon Məhkəməsinin 2(004)- 2308/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən “Hyundai Santafe” markalı **- XX-*** dövlət-qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın hesablanması üçün məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Legal Prime MMC tərəfindən verilmiş X1 barədə Mütəxəssis Rəyindən görünür ki, İddiaçı məxsus Hyundai Santafe markalı, **-UR- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 4400 manat olduğu müəyyən edilmişdir. Məhkəmə yuxarıda bütün bunları nəzərə alaraq hesab edir ki, iddiaçının avtomobilinə yol nəqliyyat nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyan sığorta şirkəti tərəfindən tam olaraq ödənilmişdir. Ona görə də iddiaçının cavabdehdən əlavə məbləğdə pul tələb etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Həmçinin iş üzrə ekspertiza təqdiqatının dəyəri olan 200 manat İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq “Legal Prime” X2 hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2308/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2308/2020
14.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver