Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2308/2022 25.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4053 saylı, 01.10.2013cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək 25.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.10.2013-cü il tarixli, 2(006)-4053/2013 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinin qismən təmin edilməsi, Cavabdeh 02.09.2013-cü il tarixdən başlayaraq 25.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin uşağın böyüməsi, təhsillə əlaqədar zəruri və digər xərclərin artması səbəbi ilə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Qiymətlərin qalxması və digər zəruri amillər onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşağın saxlanılmasında onun bir valideyn kimi iştirak etməsinə baxmayaraq onun maddi təminatının təminində bəzi problemlərlə üzləşmişdir. Uşağın maddi təminatının təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştiak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, onun oğlu xəstədir. Əlavə pul ödəməyə imkanları yoxdur. İddiaçıya indiyə kimi nəzərdə tutulan alimenti ödəmişlər. Oğlu hepatit xəstəsidir və hal-hazırda işləmir. Həmçinin vərəm dispanserində qeydiyyatdadır. Sadəcə bərbər işi ilə məşğul olur. O da ki, sadəcə məhlədə evlərə gedir və 3 manata saç kəsir. O pulları da toplayıb ona verir, o da üstünü düzəldib alimenti iddiaçıya ödəyir. Özü isə süpürgəçi işləyir və aylıq 250 manat maaş alır. Öz gəliri də artıq olmadığından köməklik göstərə bilmir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarında olan AZ-İİ seriyalı, 003322 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 25.09.2007-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4053/2013 saylı, 01.10.2013-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh 02 sentyabr 2013-cü il tarixdən başlayaraq hər ay 25.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin 93 manat sabit pul məbləğində tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan 18.04.2022-ci il tarixli 1 nömrəli Vərəm əleyhinə Dispanserdən verilmiş arayışa əsasən 28.08.1981-ci il təvəllüdlü Cavabdeh keçirilmiş ağciyər vərəmindən sonra fibroz bərkimiş ocaqlar şəklində qalıq əlamətlər mövcuddur. İş materiallarında olan 22.04.2022-ci il tarixli 3 saylı Şəhər poliklinikasından verilmiş arayışa əsasən 28.08.1981-ci il təvəllüdlü Cavabdeh 3 saylı Şəhər poliklinikasında qeydiyyatdadır və hepatitlə əlaqədar qəbul edilmiş dərman qəbulu ilə bağlı keçirilmiş ağciyər vərəmindən sonra fibroz bərkimiş ocaqlar şəklində qalıq əlamətlər mövcuddur. İş materiallarında olan ********** nömrəli Ambulator kitabçadan çıxarışa əsasən 28.08.1981-ci il təvəllüdlü Cavabdeh hepatit xəstəliyi aşkar olunmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4053/2013 saylı, 01.10.2013-cü il tarixli qətnaməsi ilə 25.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi onun saxlanması üçün 02.09.2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 93 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin hazırki aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də iddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi isə cavabdehin işləməməsi və mövcud xəstəlikləri ilə əlaqədar yalnız 140 manata qədər pulun ödənilməsi iqtidarında olduqlarını qeyd etdi. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin sağlamlıq vəziyyətini və maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, 25.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh 25.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, iddia ərizəsi qalan hissədə isə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. 25.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 25.09.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-2308/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2308/2022
25.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver