Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2342/2023 02.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı avtomobilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh qarşı maddi ziyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “HYUNDAİ ELANTRA” minik markalı,**-BF- *** dövlət qeydiyyat nişanlı avtomobilini qəzaya uğardıb tam yararsız hala saldığı üçün ondan həmin avtomobilə vurulmuş zərərin əvəzi olaraq 12008(on iki min səkkiz) manat məbləğdən 500(beş yüz) manat ödədiyini nəzərə alaraq 11508(on bir min beş yüz səkkiz) manat “Auto Azərbaycan” Servis mərkəzinə ödədiyi 100(yüz) manat xidmət haqqının və dövlət rüsumu qismində ödədiyi 127.82(yüz iyirmi yeddi manat səksən iki qəpik) manatın cəmi 11735,82(on bir min yeddi yüz otu beş manat səksən iki qəpik) manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə təqdim edərək, iddiaçı X4 əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmə iddiaçının razılığı ilə iddiaçını əsl iddiaçı ilə əvəz etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh “HYUNDAİ ELANTRA” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini qəzaya uğardıb tam yararsız hala saldığı üçün ondan həmin avtomobilə vurulmuş zərərin əvəzi olaraq 12008(on iki min səkkiz) manat məbləğdən 500(beş yüz) manat ödədiyini nəzərə alaraq 11508(on bir min beş yüz səkkiz) manat “Auto Azərbaycan” Servis mərkəzinə ödədiyi 100(yüz) manat xidmət haqqının və dövlət rüsumu qismində ödədiyi 127.82(yüz iyirmi yeddi manat səksən iki qəpik) manatın cəmi 11735,82(on bir min yeddi yüz otu beş manat səksən iki qəpik) manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, “HYUNDAİ ELANTRA” minik markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili onun mülkiyyətindədir, X1 mülkiyyətində olan “HONDA CİVİC HİBRİD MİNİK” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobili isə cavabdeh etibarnamə əsasında idarə edir. 04 fevral 2023-cü il tarixdə Azadlıq-Ziya Bünyadov ərazisində cavabdeh yol nişanlarının tələbini pozaraq ona məxsus avtomobillə toqquşmuş və avtomobilinə ziyan dəymişdir. “Auto Azərbaycan” Servis mərkəzinin rəyinə əsasən avtomobilə cəmi 12008 manat ziyan dəymişdir. Həmin puldan 500 manat cavabdeh tərəfindən ödənilmişdir. Qüsur aktının tərtibi üçün 100 manat ödəniş etmişdir. Ona görə də, Cavabdeh “HYUNDAİ ELANTRA” minik markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini qəzaya uğardıb tam yararsız hala saldığı üçün ondan həmin avtomobilə vurulmuş zərərin əvəzi olaraq 12008 manat məbləğdən 500(beş yüz) manat ödədiyini nəzərə alaraq 11508 manat “Auto Azərbaycan” Servis mərkəzinə ödədiyi 100(yüz) manat xidmət haqqının və dövlət rüsumu qismində ödədiyi 127.82 manatın cəmi 11735,82 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Qeyd edilən məbləğlə razı deyil. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR DİN Baş dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli protokoldan müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “HONDA CİVİC HİBRİD MİNİK” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edərkən AR İXM-nin 327.1-ci və 469.3-cü maddələrinin tələblərini pozmuşdur. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HYUNDAİ ELANTRA” minik markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “HONDA CİVİC HİBRİD MİNİK” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobili X1 mülkiyyətindədir. İş materiallarında olan ƏN-Vİİ 031224 saylı etibarnamənin surətindən görünür ki, X3 mülkiyyətində olan “HONDA CİVİC HİBRİD MİNİK” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobilini Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixinədək idarə etməyi etibar etmişdir. İş materiallarında olan ƏN-Vİ 244721 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan “HYUNDAİ ELANTRA” minik markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilini X5 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək idarə etməyi etibar etmişdir. İş materiallarında olan “Auto Azərbaycan” şirkətinin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “HYUNDAİ ELANTRA” minik markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtohissələrin qiymətləri nəzərə alınmaqla təmir-bərpa xərci 12008 manat müəyyən edilmişdir. İş materiallarında olan “Auto Azərbaycan” şirkətinin xx.xx.2023-cü il tarixli servis iş kartından görünür ki, “HYUNDAİ ELANTRA” minik markalı,**-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qiymətləndirilməsi üçün 100 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 9/4548 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, “Auto Azərbaycan” şirkətinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “HYUNDAİ ELANTRA” minik markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 8609,00 manat müəyyən edilmişdir. Aparılmış təqdiqatın dəyəri 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, xx.xx.2023-cü il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verən zaman Cavabdeh olan “HONDA CİVİC HİBRİD MİNİK” markalı ** EL *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilmişdir. Hadisə nəticəsində iddiaçıya məxsus “HYUNDAİ ELANTRA” minik markalı **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İddiaçı iddia ərizəsində və məhkəmə iclasında vermiş olduğu izahatında qeyd edir ki, avtomobilə dəymiş zərərdən cavabdeh tərəfindən 500 manat ödəniş edilmişdir. Məhkəmə bildirir ki, nəqliyyat hadisəsinin törədilməsində cavabdehin təqsiri müəyyən olunduğundan iddiaçı tərəfindən ona məxsus avtomobilə dəymiş ziyanın ödənilməsi barədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə dəymiş ziyanın məbləğini - ekspert rəyi ilə müəyyən edilmiş məbləğ 8609 manat hissədə əsaslı hesab edir. Cavabdeh tərəfindən ödənilmiş iddiaçının da etiraf etdiyi 500 manat məbləğ çıxılmaqla avtomobilə dəymiş zərərə görə (8609-500)=8109 (səkkiz min yüz doqquz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən ziyan aktının tərtib olunması üçün 100 (yüz) manat ödənildiyi iş materiallarında olan ödəniş qəbzi ilə sübuta yetirildiyindən iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-BF-*** dövlət qeydiyyat nişalı avtomobilə vurulmuş zərərə görə 8109 (səkkiz min yüz doqquz) manat, qüsur aktının tərtib olunması üçün ödənilmiş 100 (yüz) manat, ödənilmiş 127,82 manat dövlət rüsumunun 102 (yüz iki) manat hissəsi olmaqla, cəmi 8311 (səkkiz min üç yüz on bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən keçirilmiş ekspertiza xərcinin dəyəri 100 (yüz) manat Cavabdeh Məhkəmə Ekspertiza Mərkəzinin hesabına tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “HYUNDAİ ELANTRA MİNİK” markalı, **-BF-*** dövlət qeydiyyat nişalı avtomobilə vurulmuş zərərə görə 8109 (səkkiz min yüz doqquz) manat, qüsur aktının tərtib olunması üçün ödənilmiş 100 (yüz) manat, ödənilmiş 127,82 manat dövlət rüsumunun 102 (yüz iki) manat hissəsi olmaqla, cəmi 8311 (səkkiz min üç yüz on bir) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-2342/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2342/2023
02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver